Cavab:
Ələykum salam. Dinin buyurduğu hökmlərin fəlsəfəsi bizə tam məlum deyil. Əqidə məsələlərində dəlil-sübut lazımdır. Şəri hökmlərdə isə, tabe olmaq lazımdır. Amma, şəri hökmlərin bəzisinin sirri elmi məsələlərlə izah edilə bilər. Məsələn, it havada və ətraf mühitdə olan mikrobları özünə çəkir. Demək olar ki, donuzdan sonra ən çox mikrob cəzb edən heyvan itdir. Ola bilsin ki, buna görədir. Allah daha yaxşısını bilir.

Sual:
(2 Salam aleykum ve rehmetullah. Insan Fitreten Allaha iman getirir? Allah amaninda.
Cavab:
Ələykum salam. İnsan fitri olaraq təkallahlı yaradılır. Allahdan başqa şeylərə iman fitri deyil. Yalnız Allah və Onun buyurduqlarına (nübüvvət, imamət, cənnət, cəhənnəm və s.) iman fitridir.

Sual:
(3 Salam. Hicablı bir xanım ayağın üstü açıq gəzə bilərmi? Yəni, çöldə vetnamka (üstü açıq) ayaqqabı ilə gəzmək olar?
Cavab:
Salamun ələykum. Naməhrəm qarşısında olmaz və örtməsi vacibdir. Namaz halında isə, istisnadır. Ayağı açıq namaz qıla bilər. Əlbəttə, burada da naməhrəm qarşısında olsa, yenə ayağını örtməlidir. Naməhrəm qarşısında istisan olan yer, ancaq üz və əllərdir.

Sual:
(4 Salam sizi herden narahat etdiyime gore uzr isteyirem.Sualim ise beledir; adeten biz gozle gorduyumuzu tesevvur edirik.Bes Allah ise gozle gorunmur,ne bilek ki,O var? Eger deyirik ki,insanlar Allah terefinden yaranib,demeli bele melum olurki,insanlari gunah etmeye werait yaradan allahdir? Eger Allah insanlari yaradibsa demeli insan ixtiyari uzunden yaranmayib.Ele ise eger yaranmasaydi gunah etmezdi.Belke oz ixtiyarina qalsaydi hec gunah etmezdi? Eger qebul etsekki,zerr alemi var,insansa orada oldugundan melumatsizdir,ele ise hec yadina bele gelmirki,hacansa ehd verib.Indi niye gunah edib ebedi cehennemde yanmalidir? Eger cavabi tez yazsaniz wad olaram ve cavab yazan wexsin adini bilmek mene xow olardi.azindan buna goreki,ne qeder elmli oldugunu bilerdim ve cavabi qebul ederdim
Cavab:
Ələykum salam. İnsan gözlə görmədiyi bir çox şeyləri qəbul edir. Məsələn, ağıl, nifrət, məhəbbət və s. Təsəvvür baxımından isə, bəli, gördüklərini “təsəvvür” edir, yəni gözü qarşısında canlandırır. Allahın varlığına dəlil istəmək səhvdir. Bu barədə sual belə qoyulur: -Əgər Allah olmasaydı, kainatdakı nizam-intizam necə izah oluna bilərdi?
Hansısa məxluqun Allah tərəfindən yaradılması o demək deyil ki, onu günah etmək üçün yaradıb. Televizor istehsalçısı televizoru istehsal edib və satışa çıxarıb. Onu alan günahda istifadə etsə, televizor da elə xidmət edəcək. Əksi də həmçinin.
Allah insanı Özü məcbur olduğu üçün yaratmayıb. Allah insanı yaradıb ki, ona yaxşılıq etsin. İnsana günah etməməsi üçün bütün yollar göstərilir. O öz nəfsinə uyub günah edir. Allah isə, həm Özü, həm də mələkləri insanları zülmətdən nura hidayət etmək üçün, insanlara yol göstərirlər. Günah etmək Allahdan yox, insanın özündəndir.
Allahın mühakiməsi təklif qarşısındadır. Bu da zərr aləmindən sonrakı dövürlərə aiddir. Təklif yaşı qızlarda 9, oğlanlarda 15 yaşdır. Bundan əlavə, ağıl və şəri hökmləri yerinə yetirmək üçün qüdrət də olarsa, insan şəri hökmlər qarşısında məsuliyyət daşıyır. Əgər öz məsuliyyətinə əməl etməzsə, Allah onu cəzalandıra bilər. İstəsə də, əfv edər.
Cavablar Quran, hədis və alimlərin sözlərinə əsasən verilir.

Sual:
(5 Assalamun aleykum agam. size bir sualim var . Cume qusulunu cume gecesi vermek olar yoxsa cume gunu? hansi daha duzgundur. eger gume gecesidirse hansi saatdan sonura qusul vermek olar ve yaxud cume gunu vermek duzgundurse hansi saata kimi qusul vermek duzgundur? onceden teshekur edirem.
Cavab:
Ələykum salam. Cümə qüslünü cümə günü sübh azanından zöhr azanına qədər vermək məsləhətdir. Zöhr azanına nə qədər yaxın olsa, o qədər daha yaxşıdır.

haqyolu.com


more post like this