Cavab:
Allahın salam və rəhməti olsun sizə.

Qurani-kərimdə buyurulur: «Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır» Rəd surəsi ayə 38-39.
«Əsl kitab» kimi tərcümə olunmuş ifadə, Qurani-kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin 22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.
Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.
Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.
İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar»78.
Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda ‒ lövhi məhfuz və lövhi məhvə və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir.

Məlumdur ki Peyğəmbər və İmamlar Allahla əlaqədə olmaları sayəsində qeybi məlumatlardan bəhrələnmiş bu məlumatlardan bir növ hidayət vasitəsi kimi istifadə etmişlər.

Bucür evlənmək Peyğəmbər (s) zamanında təbii qarşılanırdı. O zamanda adətən yetkinlik yaşına çatan qızlarla evlənirdilər. Cəmiyyətdə də bu məsələ bir adət idi. Heç bir problemdə ortaya çıxmırdı. Çünki o zamanda Peyğəmbərin düşmənləri ki hərcür iftiralar Peyğəmbərə deyirdilər heçvaxt Onun 9 yaşlı Aişə ilə evlənməyinə görə müttəhim etməyiblər. Həmçinin çox arvad almaqı. Peyğəmbərin çox arvad almaqı bəzi siyası və ictimai məsləhətlərə görə idi. Peyğəmbər (nəüzünbillah) şəhvətə xatir bu arvadlarla evlənmirdi. Peyğəmbər 25 yaşında 40 yaşlı Xədicə ilə evlənir və Onunla yaşayan müddətdə başqa arvad almır. Buda Peyğəmbərin şəhvət dalıyca olmamasına dəlalət edir. Bir tayfa və qəbilədən evlənmək birnöv onlarla bğlılıq hesab olurdu və buda islamın yayılmasına səbəb idi. Əlbətdə bu məsələnin çoxlu hikmətləri var. Birdə bu məsələ nisbidir məsələn 50-100 il bundan öncə cəmiyyətdə 11-12 yaşlı qızla evlənirdilər ki heçdə o zaman pis qarşılanmırdı və indi 17-18 yaş mümkündür 50 ildən sonra 25-26 yaşdan aşağı cinayət hesab olsun və s. Nəticədə hər ictimai məsələni öz zamanına nəzər edməsək həl edə bilmərik.

 

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this