Cavab: Salam olsun haqq yolda olanlara!
Həzrət Əlinin (ə) anası üçün Kəbənin divarı parçalanır və bir çox insanlarda bunun Allahın izni ilə kəramət olduğunu görurlər yenədə bu gün bəziləri bu kəraməti inkar edirlər. Əgər qapıdan girsəydi mümkün idi şübhələnib ordan çıxardardılar və möcüzə olduğunu anlamazdırlar.
Ümumiyyətlə İmamət məqmı nübuvvət məqamından üstündür. Allah-təalada Quranda buyurur:
Bəqərə 124. Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o (İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara imam və rəhbər təyin etdim.» (İbrahim) dedi: «Övladlarımdan necə?» Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz.»
Ayədən göründüyü kimi İbrahim (ə) əvəlcə nəbi və peyğəmbər idi sonra imamlıq məqamıda ona verildi. Bütün peyğəmbərlərdə imamət məqamı olmayıb, bəlkə bəzilərində olub.
Allah-təalanın işləri hikmət üzündən, səbəb və vasitə ilə həyata keçir. Allah-təala buyurur Biz bu Quranı qoruyub saxlayacıq, qorumaqın bir yoluda budur ki, imamların adın aşkar etməsin ki, onların düşmənləridə Quranı təhrif etməyə çalışsınlar, misal üçün sizin 10 min manat pulunuz olsa onu maşında oturacaqın üstünə qoyub getmərsiz bəlkə gözə dəyməyən yerə qoyarsız tainki kiminsə maşına xəsarət yetirib pulu götürməyinin qarşısını alasız. Birdə əlamət daha dəqiqdir ad çəkməkdən. Misal üçün desələr ki, sizin məntəqədə həsən adlı insan yaxşı adamdır mümkündür bir neçə nəfərin adı həsən olsun və məlum olmasın hansı həsən amma deyilsə ki, müəllimdir ağ rəngdə maşını var evi flan küçədədir və s. artıq müəyyən olur.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
sələm `əleykum. yaddaşı gücləndirmək üçün hansı dualar var? çox sağolun.
Cavab: Salam olsun haqq yolda olanlara!
1) Quranda Bəqərə surəsi 255 ci ayəni “Ayətul kürsini” çox oxuyun.
2) Çoxlu istiğfar edin bu cümləni deyin: “Əstəğfirullahə rəbbi və ətubu iləyh”
3) Mütaliə zamanı bu duanı oxuyun.
اَللّهُمَّ اَخْرِجْنى مِنْ ظُلُماتِ الْوَهْمِ وَ اَكْرِمْنى بِنُورِ الْفَهْمِ اَللّهُمَّ افْتَحْ عَلَيْنا اَبْوابَ رَحْمَتِكَ وَانْشُرْ عَلَيْنا خَزائِنَ عُلُومِكَ بِرَحْمَتِكَ يا اَرْحَمَ الرّاحِمينَ
Allahumə əxricni min zulumatil-vəhm və əkrimni binuril-fəhm, Allahumməftəh ələyna əbvabə rəhmətik vənşur ələyna xəzainə ulumik berəhmətikə ya ərhəmər-rahimin.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
Salamaleykum,ehli sunne alimlerinde hansilar Quranin tehrif olunmasini deyibler?Senedleri hansilardir?
Cavab: Salam olsun haqq yolda olanlara!
Bu barədə təhqiq etməmişik amma əhli-sünnət alimlərindən Quranın təhrif olması ilə bağlı kitab yazanlarda olub. Misirli müasir alim Əl-Əzhər universitetinin ustadı olmuş Mühəmməd Əl-Xətib “Əl-Furqan fi təhrifil Quran” adlı kitab yazıb Quranın təhrif olması barədə, ya qədim alimlərindən Əbu Davud Sicistani vəfatı 316 h.q “Əlmüshəf” adlı kitabında təhrifi isbat edir. Alusi (1270 h.q) ki, vəhabi əqidəlidir yazır: Quranın təhrif olması ilə bağlı Əhli-sünnət kitablarında hədsiz dərəcədə hədislər mövcuddur. Ruhul Məani cild-1 səh 24. Əbdul-Vəhab Şərani (973) yazır: Əgər bəzi imanı zəif müsəlmanlar əqidəsində sarsılmasaydı Osmanın müshəfindən düşən ayələri qeyd edərdim. Kibritul-Əhmər səh 143 və s.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
Salam..Xahiş edirik, İslam sözünün lüğət və istilahi mənasını yazın.
Cavab: Salam olsun haqq yolda olanlara!
İslam sözü lüğətdə “Allahın” müqabilində kamil surətdə təslim olmaq” deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq.
İslam, Məhəmməd peyğəmbərin Allah tərəfindən gətirdiyi dindir.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
Bismilləh.salam aleykum. Sualım budur ki,İsa peyğəmbər (ə) din gətirdi,şəriət gətirdi. Bəs nə üçün islamaqədər bu ilahi dini Haşimi oğulları qəbul etməyib,İbrah peyğəmbər (ə)ın dinində qalmışdılar?
Cavab: Salam olsun haqq yolda olanlara!
İsa peyğəmbər bəni israil üçün göndərilmiş peyğəmbərdir, İbrahim peyğəmbər Məkkədə yaşamış və Hz. Məhəmməd peyğəmbərin (s) ata babaları İbrahimin (ə) vəsisi olublar.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this