Cavab:
Allahın salam və rəhməti olsun sizə.
Təqva özünü qoruma, nəfsə nəzarətdir. Həzrət Əli (ə) buyurur: “Sizi təqvaya çağırıram. Çünki təqva nəfsi yaxşılıqlara tərəf cilov kimidir.”

Quranda buyurulur: “Ey insanlar! Sizi və sizdən qabaqkıları yaradan Pərvədigarınıza ibadət edin, bəlkə təqvalı olasınız.” Bəqərə ayə 21.
Peyğəmbəri-Əkrəm (s.ə.v.v) Əbuzərə buyurdu: “Təqva əldə etmək üçün əməlin özündən daha artıq səy göstər, çünki təqva ilə olan heç bir əməl az, kiçik deyildir. Allah tərəfindən qəbul olunan bir əməl necə az və kiçik hesab edilə bilər, halbuki Quranda buyurulur: “Allah (yaxşı əməlləri) yalnız müttəqilərdən (təqva sahiblərindən) qəbul edir.” Maidə 27.
Sonuncu sualınızın izahlı cavabın bilmək üçün saytın kitabxanasına müraciət edib qeyd olunan kitabı yükləyin.
Kitabın adı: Övsafül-Əşraf səhifə 41 Mövzu: Əxlaq Müəllif: Xacə Nəsirəddin Tusi
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

haqyolu.com


more post like this