Cavab:
Ələykum salam.
Ümumiyyətlə imamət məqamı nübüvvət və risalət məqamından üstündür. 124.000 peyğəmbərdən 313 nəfəri mürsəl, yəni, risalət sahibi olmuş, 5 ya 7 nəfəri ulul-əzm və 2 yaxud 3-ü imam olmuşlar. Bu da imamın nəbidən (peyğəmbərdən) üstün olduğunu bildirir.
Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün sizə təşəkkür edirik.

Sual:
(2 SALAM ALEYKUM eziz ve mohterem mominler. ISze sualim bext ve qismet baresindedir. Bilmek isdiyerdim BExt ve qismet baresinde dinimiz ne deyir bu meseleye inanmaq olarmi. Bu sozler bizim cemiyet arasinda cox iwlenir, meselen deyilerki kiminse bexti getirdi qabaga getdi kiminse qismetine yaxwi heyat yoldawi cixdi ve yaxutda eksine qismeti pis oldu bexti getirmedi.Cox sagolun Allah iszden razi olsun
Cavab:
Ələykum salam.
İslama əsasən, bütün xeyir işlərin kiməsə verilməsi və ya ondan alınması üç şeyə əsaslanır: 1. Savab və günahların qarşılığı. 2. İmtahan. 3. İlahi məsləhət. İstənilən bir nemət istənilən bir insana ya hansısa savab əməlin qarşılığında, ya onu imtahan etmək və yaxud İlahi məsləhətə əsasən verilir. Cəza və bəlalar da belədir.
Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün sizə təşəkkür edirik.

Sual:
(3 Dabbetun erz nedir?
Cavab:
Salamun ələykum.
Dabbə – tərpənən, ərz – yer deməkdir. Dabbətul-ərz isə, yerdən bir tərpənən şəxsin çıxacağı deməkdir. Bəzi hədislərə əsasən, bu ayə İmam Əlinin (ə) rəcəti haqqındadır.
Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün sizə təşəkkür edirik.

Sual:
(4 Salam..Ummu Gulsum kim idi? zehmet olmasa mene onun barasinde etrafli melumat veresiniz..evvelceden tewekkur edirem.Allah razi olsun.
Cavab:
Ələykum salam.

Ümmü-Gülsüm İmam Əli (ə) və Xanım Zəhranın (s.ə.) dördüncü övladı, ikinci qızı olub. Hicrətin 6-cı ili dünyaya gəlib. Kərbəla hadisəsində də iştirak edib. Bəzi hədislərə əsasən, vəfatı hicrətin 54-cü ili olub. Həyat yoldaşı isə, öz əmisi oğlu Ovn ibn Cəfər olmuşdur.
Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün sizə təşəkkür edirik.
Sual:
(5 ассаламу алейкум!ислам айларынын адларыны дейердиз? тешеккур едирем!
Cavab:
Ələykum salam.
Məhərrəm, səfər, rəbiül-əvvəl, rəbiüs-sani, cəmadiül-əvvəl, cəmadiül-axir, rəcəb, şəban, rəməzan, şəvval, zil-qədə, zil-həccə.
Sualınıza cavab olaraq bizim saytı seçdiyiniz üçün sizə təşəkkür edirik.

haqyolu.com


more post like this