Cavab: Quranda oxuyuruq: فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَة (Sadalanan on dörd qismdən başqa) müvəqqəti evləndiyiniz qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin. Ayədə sözügedən اسْتَمْتَعْتُمْ ifadəsi ərəb dilində متعه sözündən törəmişdir. Bu söz Peyğəmbərdən (s) və səhabələrdən nəql olunan hədislərdə müvəqqəti nikah mənasını ifadə edən termin kimi işlənmişdir. Təbii ki, əgər اسْتَمْتَعْتُمْ ifadəsini hərfi mənasında (faydalanmaq) başa düşsək o zaman ayə belə bir məna verəcək: “(Sadalanan on dörd qismdən başqa cinsi baxımdan) faydalandığınız (daimi) qadınların mehriyyələrini vacib (mal) olaraq ödəyin“. Halbuki İslamda mehri ödəmək qadınlardan cinsi zəmində faydalamaqla şərtlənməmişdir. Məşhur nəzəriyyəyə görə mehrin hamısı, digər nəzəriyyəyə görə isə yarısı daimi əqd oxunan kimi vacib olur. Böyük səhabə va tabeilər hamısı (məşhur təfsirçi İbn Abbas, Übəyy ibn Kəb, Cabir ibn Abdullah, Səid ibn Cübeyr, Mücahid, Qutadə, Südəyy, əhli-sünnə təfsirçilərinin böyük əksəriyyəti və əhli-beyt təfsirçiləri bütünlüklə) məlum ayənin müvəqqətu izdivac haqqında olduğunu bildirmişlər. Maraqlı burasıdır ki, bu kimi məsələlərə böyük həssaslıqla yanaşan görkəmli təfsirçi Fəxr Razi məlum ayənin müvəqqəti nikah haqqında olduğunu bildirir.
Sual:
(2
Salamun ələykum! İlk növbədə sizə və bütün həmkarlarınıza bu saytın açılmasına və xidmətinizə görə öz təşəkkürümü bildirirəm. Allah xidmətinizi qəbul etsin Amin! Sualımız belədir: Nəhcül bəlağədə 6-cı məktubda İmam Əlinin (ə) Müaviyyəyə yazdığı məktubunda belə uyururlur: “Şübhəsiz Əbubəkrə, Ömərə, Osmana biət edənlər onlara biət etdikləri şəkildə mənə də biət etdilər. Orada olanlar seçki haqqı olmadığı kimi olmayanların da rədd etmə haqqı yoxdur. Şura ancaq Mühacirlərə və Ənsara aiddir. Onlar yığılıb birini (imam və ya xəlifə) seçərsə deməli bu işdə Allahın da razılığı vardır. Kim onların hökümlərinə razı olmayıb qınayaraq və ya bidətə uyaraq onların işlərini tərk edərsə, onu geri qaytararlar. Qəbul etməzsə, möminlərin yoluna tabe olmadığı üçün onunla savaşarlar və döndüyü şeyin vəbalını da Allah, onun boynuna yükləyər.” Məktuba əsasən zikr olunan üç xəlifənin xilafətə seçilməsi İmam Əli (ə) tərəfindən Allahın razı olduğu bildirilir. Xahiş edirəm bu mövzunu bizə açıqlayasınız. İmam bu sözləri ilə nəyi nəzərdə tutur?! Allah sizdən razı olsun.
Cavab: 6-cı məktubun tərcümə və izahı belədir: Әbu Bәkr, Ömәr vә Osmanla beyәt edәnlәr (onları xilafәtә tәyin edәnlәr) һәmin yolla mәnimlә beyәt edәrәk әһd-peyman bağladılar (işlәrin idarәçiliyini mәnә tapşırdılar). Odur ki, (xilafәtin Allaһ vә Peyğәmbәr tәrәfindәn tәyin edilmә ilә deyil, ümmәtin ümumi rәyi ilә bәrqәrar olmasına vә xalqın ümumi rәyә gәlәrәk Әbu Bәkr, Ömәr vә Osmanı xәlifә tәyin etmәlәrinә әqidә bәslәyәn sizlәr bilmәlisiniz ki, mәni dә xilafәtә һәmin şәxslәr, yәni, xalq kütlәsi tәyin edib. Buna görә dә) orada (beyәtdә) olanların (Tәlһә vә Zübeyr kimilәrin) ondan başqasını seçmәk һaqqları yoxdur. Orada olmayanın da (sәnin kimilәrin dә) onu qәbul etmәmәk һaqqı yoxdur. (Sizin әqidәnizә görә xilafәt mәsәlәsindә) mәşvәrәt aparmaq Müһacirlәrin (Mәkkәdәn Mәdinәyә gәlәrәk hәzrәt Peyğәmbәrә – sәllәllaһu әleyһi vә aliһ – qoşulanların) vә Әnsarın (Mәdinәdә hәzrәt Peyğәmbәrә iman gәtirәrәk yardım edәnlәrin) һaqqıdır. Onlar toplaşaraq bir nәfәri xәlifә vә imam adlandırsalar, Allaһın razılığı da һәmin işdә olar. Әgәr kimsә (xәlifәdә) eyb vә nöqsan tapması sәbәbindәn (bәһanәsi ilә, mәsәlәn, Müaviyәnin Osmanın öldürülmәsini ona nisbәt vermәsi kimi) vә ya (dindә rәva olmayan şeyi ona daxil etmәk Tәlһә, Zübeyr vә onların tәrәfdarlarının әһd-peymanlarını pozmaları kimi) bidәt nәticәsindә onların әmrlәrindәn (onların gördüklәri işlәrdәn) boyun qaçırsa, onu itaәt etmәyә vadar edәrlәr. Әgәr (Öyüd-nәsiһәt fayda vermәsә vә) onların göstәrişlәrini qәbul etmәsә, (sizin әqidәnizә görә) onunla möminlәrin yolundan başqa bir yol ilә getdiyi üçün vuruşarlar. Allaһ (da) onu üz tutduğu şeyin öһdәsinә buraxar.

haqyolu.com

 

haqyolu.com


more post like this