Cavab: Salam olsun haqq yolda olanlara!
1. Xeyr, şəkillər həqiqi deyil və alimlər buna icazə vermirlər.
2. Peyğəmbər (s) buyurub: Qiyamət günü möminlərin dünyadan getmiş uşaqları hesab vaxtı hazır olarlar. Allah-təala Hz. Cəbrailə deyər ki, buları behiştə daxil et. Amma uşaqlar behiştin qapısında dayanarlar və valideynlərin soruşarlar, onlara deyilər ki, valideynləriniz sizin kimi deyil onların günahları var, hesab kitab olacaqlar. Uşaqlar ağlamağa başlayarlar və deyərlər ki, biz ata-anamız olmadan behiştə girmərik, Allah-təala Hz. Cəbrailə deyər ki, insanların arasından o uşaqların ata-analarının əlindən tut uşaqları ilə behiştə sal ki, rəhmətim onlarada şamil olur.
İmam Sadiq (ə) buyurur: Möminlərin uşaqları dünyadan gedəndə ata-anası dünyadan gedənə qədədr o uşağı verərlər Hz. Zəhraya (s) ki saxlasın və sonra ata-anasına qaytarar.
3. Quranda peyğəmbərlərə nisbət verilən günahların yozumu var. Peyğəmbər (s) barədə deyilən günah həqiqətdə insanların gözündə olan günahdır. Peyğəmbər (s) müşrüklərin bütlərin sındırmışdı onlarda belə təsəvvür edirdilər ki, Peyğəmbər (s) böyük günaha mürtəkib olub və s….
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
salam xais edirem vahibeler haqqinda mene melumat vererdiz onlar beyem Peygembere(s.a.a) inanirlar ,neye inanmirlar,bu melumati oyrenmek isteyiremki qarsilasanda sece bilim ALLAH razi olsun
Cavab: Salam olsun haqq yolda olanlara!
Vəhhabilər Peyğəmbəri (s) dünyasın dəyişdikdən sonra qəbul etmirlər onların nəzərində Peyğəmbər (s) başqa dünyasın dəyişən insanla heç fərqi yoxdur hətta onlar Peyğəmbərin (s) ziyarətgahın dağıtmaq istəyirlər. Mədinə məscidində imam-camaət olan bir vəhhabi fəxrlə deyirdi ki, mən 25 ildi burda namaz qılıram birdəfədə bu qəbrin sahibinə salam verməmişəm. Vəhhabi məzhəbi həqiqətdə siyasi bir məzhəbdir müsəlmanların arasında ixtilaf salmaq məqsədi ilə 18 ci əsrdə ingilis casusunun planı ilə yaranıb, indidə vəhhabi alimləri islam düşmənlərinin meylinə uyğun fətvalar verirlər. Vəhhabiyyət barəsində saytımızın kitabxanasında olan kitablara müraciət edin.
Kitabın adı: Mister Hemferin xatirələri Mövzu: Tarix Müəllif: Mister Hemfer
http://www.haqqyolu.org/kitabxana/read.php?id=20081025025644
http://www.haqqyolu.org/kitabxana/index.php?muellif=Ustad+%C5%9Eeyx+N%C9%99cm%C3%BCddin+T%C9%99b%C9%99si
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

(1
Salam aleykum. Qardaşlar zəhmət olmasa bu suallarım cavab verində. 1. Sual qeybdə olan neçə Peyğəmbərimiz var? 2. Sual 6 şey varki valdeyinləri yoxdu.Onlar nələrdi?
Cavab: Salam olsun haqq yolda olanlara!
1. 4 peyğəmbər diridir 1) Xızr (ə) 2) İsa (ə) 3) İdris (ə) 4) İlyas (ə).
2.
Kufə məscidində Şam əhlindən olan bir kişi Həzrət Əliyə (ə) yaxınlaşıb ondan bir neçə sual soruşdu: “Ana bətni görməyən altı məxluq kimlərdir?” Buyurdu: “Adəm (ə), Həvva (ə), İbrahimə (ə) göndərilən qurbanlıq qoç, Musanın (ə) əsası, Salehin (ə) dəvəsi, İsanın (ə) düzəltdiyi yarasa.” (İsa (ə) onu düzəltdi, ona üfürdü və o da Allahın izni ilə cana gəlib uçdu.”

Haqq yolda sizə müvəffəqiyyət diləyirik.
salamun eleykum..Bilmek isterdim ki Hevva anamizin Adem eleyissalamin qabirqasindan yaradilmasi meslesi duz bir seydirmi?? Yeni bunu Quran tesdiq edirmi?
Cavab: Salam olsun haqq yolda olanlara!
Mötəbər hədislər qadının qabırğadan yaranması fikrinin qətiyyətlə rədd edir.
Əmr bin Əbi’l-Miqdam atasından rəvayət edir ki, bir dəfə İmam Məhəmməd Baqirdən (ə) soruşdular: “Allah Həvvanı nədən yaradıb?”. İmam Baqir (ə) bu barədə camaatın nə danışdığını xəbər aldı. Ona cavab verirlər ki, camaatın dediyinə görə, guya Həvva Adəmin qabırğasından yaradılıb. İmam buyurdu: “Yalan deyirlər! Məgər Allah onu qabırğadan başqa bir şeydən yaratmağa acizdirmi?” Soruşdular: “Ey Peyğəmbərin övladı! Bəs Həvva əslində nədən yaradılıb?” İmam belə cavab verdi: “Atam öz ata-babalarından, o da Peyğəmbərdən rəvayət ediblər ki, Allah-Təala bir ovuc gildən öz qüdrətiylə Adəmi xəlq etdi. Həmin gildən bir az artıq qaldı, Allah o artıqdan Həvvanı yaratdı”.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this