islamic mənbələri

    1. home

    2. article

    3. Şahidlik

    Şahidlik

    Şahidlik
    Rate this post

     

     

    Məhkəmə məsələlərində

    1050. Ədalətli şahidlik

    Quran

    «Ey möminlər! Allahın razılığı naminə qalxın və ədalətlə şahidlik edin. Bəzi insanlarla düşmənçiliyiniz sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun ki, bu təqvaya daha yaxındır və Allahdan qorxun ki, Allah etdiklərinizdən xəbərdardır.»[1]

    Hədis

    3363. Allahın Peyğəmbəri (s): «Mən ədalətliyəm və ədalətdən qeyri bir şeyə şahidlik etmərəm.»[2]

    3364. İmam Əli (ə): «Ədalət, şahidliyin ruhudur.»[3]

     

    1051. Şahidlik etməyə həvəsləndirmək

    Quran:

    «Allaha xatir doğru şahidlik edin» [4]

    «Şahidlər, şəşadət vermək üçün çağırılanda, ondan boyun qaçırmamalıdırlar.»[5]

    Hədis

    3365. Allahın Peyğəmbəri (s): «Kim bir nəfər müsəlmanın haqqını bərpa etmək üçün haqqına şahidlik edərsə, Qiyamət günü üzünün nuru göz işləyən məsafədə görünən halda gətirilər və məxluqlar onu adı, əsl-nəcabəti ilə tanıyar.»[6]

    3366. İmam Sadiq (ə): -»Şahidlər, şahidlik etmək üçün…» ayəsi barədə- «Bir şəxs şahidlik etmək üçün də‘vət olunduqda «Mən sizin üçün şəhadət vermirəm» deməməlidir.» [7]

    3367. İmam Sadiq (ə):«Şahidlik etmək üçün də‘vət olunanda, də‘vəti qəbul et.»[8]

     

    1052. Şəhadəti gizlətmək

    Quran

    «Allah tərəfindən gələn şəhadəti özündə gizlədən şəxsdən daha zalım kim ola bilər?.» [9]

    «Şəhadəti gizlətməyin. Kim onu gizlədərsə, qəlbi günahkar olar. Allah etdiklərinizi bilir.»[10]

    Hədis

    3368. Allahın Peyğəmbəri (s):«Kim şahidlik etmək üçün çağırılan zaman, öz şəhadətini gizlədərsə, yalan şəhadət verən şəxs kimidir.»[11]

    3369. Allahın Peyğəmbəri (s):«Kim öz şəhadətindən dönüb onu gizlətsə, Allah-taala (Qiyamət günü) məxluqların yanında onun ətini özünə yedizdirər və o, öz dilini çeynəyə-çeynəyə Cəhənnəmə gedər.»[12]

     

    1053. Sahidliyi qəbul olunan şəxslər

    3370. İmam Əli (ə): -Şureyhə xitabən- «Bil ki, öz günahının cəzasına görə şallaq vurulmuş və tövbə etməmiş, ya yalan şəhadət verməsilə məşhurlaşan, ya barəsində bədgüman olunmuş (şübhəli) şəxsdən başqa müsəlmanlar bir-birilə münasibətdə ədalətli sayılırlar.»[13]

    3371. İmam Sadiq (ə):«Fasiqin şahidliyini, yalnız özünə zidd olacaq halda qəbul edərəm.»[14]

    3372. İmam Sadiq (ə):«Əmirəl-möminin (ə) nə söyüş söyən və acı dili olanın, nə də keçmişdə dinsizliyi ilə məşhur olan şəxsin şahidliyini qəbul etməzdi.»[15]

     

    1054. Şəhadət verməyin ədəbi

    3373. Allahın Peyğəmbəri (s)-şəhadət vermək barədə sualın cavabında-»Günəşi görürsənmi? Mövzu sənin üçün həmin günəş kimi aydın, işıqlı olanda şahidlik et və əks halda şəhadət verməkdən  çəkin.»[16]

    3374. İmam Sadiq (ə):«Şəhadətini ovcunun içi kimi tanımasan şahidlik etməməlisən.»[17]

    Mizanul-hikmətin xülasəsi 1-ci cild

     



    [1] Maidə, ayə 8

    [2] Kənzul-Ummal, səh. 17735

    [3] Ğurərul-Hikəm,hədis 356

    [4] Təlaq, ayə 2

    [5] Bəqərə, ayə 282

    [6] Biharul-Ənvar, c.104, səh. 311 , hədis9

    [7] Təfsirul-Əyyasi,səh. 156 , hədis524

    [8] Təhzibul-Əhkam, c.6, səh. 275 , hədis752

    [9] Bəqərə, ayə 140

    [10] Bəqərə, ayə 283

    [11] Kənzul-Ummal, hədis 17743

    [12] Səvabul-Əmal,səh. 333

    [13] Mən la yəhzuruhul-Fəqih, c.13,səh. 15 , hədis3243

    [14] əl-Kafi, c.7, səh. 395 , hədis5

    [15] əl-Kafi, c.7, səh. 396 , hədis7

    [16] Vəsailuş-Şiə, c.18, səh. 250 , hədis3

    [17] əl-Kafi, c.7, səh. 383, hədis3