924. Şadlanmağa  layiq olan şey

2978. İmam Əli (ə) (Abdullah ibn Abbasa xitabən): «Allahı tərif etdikdən sonra bə’zən insan hər bir halda onun əlinə çatacaq bir şeyi qazananda sevinir. Bə’zən də, heç vaxt ona çata bilmədiyi bir şeyi əldə etməyəndə qüssələnir. Beləliklə, sən axirət işlərindən birinə çatanda sevin və onun işlərindən birini əldən verən zaman qüssələn.» İbn Abbas deyərdi ki, Allahın Rəsulunun (s) sözündən sonra, bu söz qədər heç bir sözdən faydalanmadım.»[1]

 

925. Şadlığın amilləri

2979. İmam Əli (ə):«Şadlığa yumşaq xasiyyətdən başqa heç bir şeylə kömək etmək olmaz.»[2]

2980. İmam Əli (ə):«Əqlin kökü qüdrət, onun meyvəsi isə sevincdir.»[3]

 

926. Kim bir qəlbi sevindirərsə…

2981. Allahın Peyğəmbəri (s):«Cənnətdə darul-fərəh (yə’ni şadlıq sayarı) adlanan saray var. Oraya yalnız möminlərin yetimlərini sevindirənlər daxil olacaq.»[4]

2982. Allahın Peyğəmbəri (s):«Həqiqətən, Cənnətdə «darul-fərəh» adlı bir saray var ki, oraya yalnız uşaqları sevindirənlər daxil olar.»[5]

2983. İmam Əli (ə):«And olsun bütün avazları eşidən kəsə, bir qəlbi şadlandıran elə bir şəxs olmayıb ki, Allah-taala o şadlıqdan bir lütf yaratmasın. Həmin şəxs bir çətinliyə, müsibətə düşəndə bu lütf üzüaşağı axan su kimi müsibətin üzərinə axar və qərib dəvə sürüdən qovulduğu kimi, o müsibəti ondan uzaqlaşdırar.»[6]

2984. İmam Sadiq (ə):«Sizlərdən hər hansı biriniz bir mömini sevindiribsə yalnız onu sevindirdiyini fikirləşməsin. Əslində, Allaha and olsun ki, bizi sevindirmişdir. Allaha and olsun, Allahın Rəsulunu (s) sevindirmişdir.»[7]

 

927. Mömini sevindirən, Allahı sevindirmişdir

2985. Allahın Peyğəmbəri (s):«Kim bir mömini sevindirsə, məni sevindirmişdir. Kim məni sevindirsə, Allahı sevindirmişdir.»[8]

 

928. Möminin qəlbindən qəmi aparmağın savabı

2986. İmam Sadiq (ə):«Kim möminin qəmini aparsa, Allah-taala axirət qəmlərini ondan uzaqlaşdırar və qəbirdən rahat qəlblə qaldırar.»[9]

2987. İmam Sadiq (ə):«Allah-taala mömini qəbrdən çıxaranda, onunla bir surət də çıxar və möminin qabağınca gedər. Mömin Qiyamət gününün qorxulu səhnələrindən birini görəndə, həmin surət deyər:«qorxma və kədərlənmə….» Mömin ona deyər:«Sən kimsən?» Surət deyər:«Mən mömin qardaşına çatdırdığın həmin şadlıq və sevincəm.»[10]

2988. İmam Rza (ə):«Kim möminin işinin düyününü açsa, Qiyamət günü Allah-taala onun qəlbinin düyününü açar.»[11]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Şərhe Nəhcül-Bəlağə, c.15,səh. 140

[2] Mətalibus-Suul,səh. 50

[3] Biharul-Ənvar, c.78,səh. 7 , hədis 59

[4] Kənzul-Ummal, hədis 6008

[5] Kənzul-Ummal, hədis 6009

[6] Nəhcül-Bəlağə, hikmət 257

[7] əl-Kafi, c.2,səh. 189 , hədis 6

[8] əl-Kafi, c.2,  səh.188 , hədis 1

[9] əl-Kafi, c.2,səh. 199 , hədis 3

[10] əl-Kafi, c.2,səh. 190 , hədis 8

[11] əl-Kafi, c.2,səh.200 , hədis 4


more post like this