1111. Mьharibə vaxtı sьlh
Quran:
«Əgər sьlhə meyl etsələr, sən də sьlhə doğru get və Allaha təvəkkьl et ki, Allah eşidən və biləndir.»
Hədis:
3582. İmam Əli (ə): «İslama zəiflik gətirməyən halda, mən sьlhь mьharibədən daha faydalı bilirəm.»
3583. İmam Əli (ə) (Malik Əştəri Misirə vali təyin etdiyi fərmanından): «Əgər dьşmən səni sьlhə зağırsa və Allahın razılığı bunda olsa, onu rədd etmə. Зьnki sьlh, qoşununun və sənin цzьnьn qьssələrdən rahat, asudə olmağının və vətəninin əmin-amanlığının mənşəyidir. Amma sulhdən sonra dьşmənindən зox ehtiyatlı və agah ol. Belə ki, bəzən dьşmən qəflətən hьcum etmək ьзьn цzьnь sənə yaxınlaşdırar. Beləliklə, ehtyiatlı və uzaqgцrən ol, dьşmənə arxayın və nikbin olma.»

1112. İmam Həsənin (ə) sьlhь
3584. İmam Əli(ə): (ibn Mьlcəmin qılınc zərbəsindən sonra цz alicənab oğlu Həsənə (ə) tцvsiyəsindən): «Bil ki, Muaviyə mənə mьxalif olduğu kimi sənin də əleyhinə зıxacaqdır. Beləliklə, əgər onunla sьlhə və barışığa gəlsən, Bəni Zцmrə və Bəni Əşcə qəbilələri ilə sьlh bağlayan cəddin peyğəmbərin (s) yolunu getmiş olarsan. Dьşməninlə mьharibə etmək istəsən, (bil ki,) atanın tərəfdarlarında olan xeyir və vəfalılıq heз vaxt sənin tərəfdarlarında olmayacaq.»
3585. İmam Sadiq (ə): «Həsən ibn Əli (ə) цzьnə qarşı sui-qəsddən sonra o Həzrətin (ə) ardıcılları onunla mьbahisəyə qalxanda xilafət işini Mьaviyəyə təhvil verdi. Bu vaxt onun şiələri Həzrətə(ə) belə salam verdilər: Salam olsun sənə, ey mцminləri xar edən. Həzrət (ə) buyurdu: Mən mцminləri xar edən deyiləm, əslində mцminlərə izzət bəxş edənəm. Sizin dьşmən muqabilində qьdrətiniz olmadığını gцrəndə işi ona təhvil verdim ki, mən və siz onların arasında olaq. Belə ki, o mьdrik (Xızır peyğəmbər (ə)) gəminin цz sahiblərinə qalmasından цtrь onu deşdiyi kimi, onların arasında qalmağımız ьзьn mənim və sizin əhvalatınız də buna bənzər.»

1113. İnsanlar arasında barışıq yaratmağın əhəmiyyəti
Quran:
«Həqiqətən, mцminlər bir-biri ilə qardaşdır. Buna gцrə də qardaşlar arasında barışıq yaradın və Allahdan qorxun. Ьmid var ki, Allah sizə rəhm etsin.»
«Onların pıзıldaşmalarının зoxunda bir xeyir yoxdur, yalnız sədəqə verməyi, ya yaxşı iş gцrməyi, ya da insanlar arasında sьlh yaratmağı əmr edənlərdən başqa. Kim Allah razılığına xatir belə edərsə, tezliklə ona bцyьk mьkafat verərik.»
Hədis:
3586. Allahın Peyğəmbəri(s): «Sizə namazdan, orucdan, sədəqədən (zəkatdan) daha fəzilətli bir şeydən xəbər verimmi? Bu, insanlar arasında sьlh yaratmaqdır. Зьnki insanlar arasında əlaqənin pozulması цlьmə və dinin aradan gцtьrьlməsinə bərabərdir.»
3587. İmam Sadiq (ə): «İnsanlar Bir-birilə ixtilafa və dьşmənзiliyə dьзar olanda onların arasında sьlh yaratmaq, bir-birlərindən uzaqlaşan zaman onları yaxınlaşdırmaq, Allahın sevdiyi bir sədəqədir.»
3588. İmam Sadiq (ə): (Mьfəzzələ xitabən): «Bizim şiələrdən iki nəfərin зəkişdiyini gцrdьkdə, mənim malımdan ixtilafa səbəb olan xərci цdəməklə, onların arasında barışıq yarat.»

1114. Barışıq xatirinə yalana icazə verilməsi
3589. İmam Sadiq (ə): «Barışıq yaradan yalanзı deyil.»
3590. İmam Sadiq (ə): «Sцz ьз nцvdьr: doğru, yalan və insanlar arasında sьlh yaratmaq ьзьn deyilən sцz.» İmama (ə) dedilər: «Sənə fəda olaq, insanlar arasında sьlh yaratmaq nədir?» Buyurdu: «Bir nəfərin digəri barədə, həmin şəxsin qulağına зatarsa onun narahatзılığına səbəb ola biləcək sцzlər dediyini eşitdikdə, sən o biri şəxsi gцrəndə «filankəsin, sənin yaxşılığın barədə …. dediyini eşitdim.» deyərsən.»
Mizanul – hikmətin xülasəsi kitabı – I I cild

 


more post like this