Ruslan Növrəs

Səni, ey ahu, xəyalində gətirmiş bir adam,

Yenə göz yaşlı xəyal ilən ötürmüş bir adam.

 

Dəxi, ey dil, demə: – Hökm et! Məni incitməyə yar,

Hökm edə bilməz özü hökmün itirmiş bir adam.

 

Yarı yoldan onu atmaz, çəkər hər cövrün – ola,

Bu yükü çiyninə xoşluqla götürmüş bir adam.

 

Özü çox yaxşı bilirdi düşəcüy ayrı, gülüm,

Bu işin axırın əvvəldə bitirmiş bir adam.

 

O adam Cavid olub, Növrəs, onun qədrini bil,

Səni şair kimi aləmdə yetirmiş bir adam.

canderyasi.com


more post like this