Səndədir ən yüksək aşiqlik, sədaqət, ya Huseyn,
Həq vücudundan olubsan sən bir ayət, ya Huseyn.

Əkrəmin rəbbin verib həm elmdə irfan sənə,
Verdi xaliq hər nə ki,var eylədi ehsan sənə,
Ol səbəbdəndir doğuşdan yad olub nöqsan sənə,
Olmusan zərr aləmindən çün hidayət, ya Huseyn.

Müstəqimsən getdiyin hər rahdə, ey sərvərim,
Möcüzün göstərdi Allah şahdə, ey sərvərim,
Əmr Allahındır icra etməsi peyqəmbərin,
Kim, demiş Qu’ran ilə oldun əmanət, ya Huseyn.

Gün gəlib yetdi, rəsul getdi bu dünyadən, fəqət
Heç rəvadırmı ki, minbərdə otursun nabələd
Söylədin, qəsb eylədi haqqın sənin əmalı bəd,
Həm əmanət çıxdı yaddan, həm xəyanət, ya Huseyn.

Yetmədi qəsbi-xilafət sonra üsyan eylədi,
Getdi Əkbər, həm Əbəlfəz bağrını qan eylədi,
Kəsdi başın ki, səni ol qana qəltan eylədi,
Görmədi dünya bu cür zülmü cinayət, ya Huseyn.

Etmədi rəhm ol Yəzid bir dəm qohum-qardaşivə,
Salmadı bir an nəzər çeşmindən axmış yaşivə,
Söylədin:”dünya, bu gündən bil, kül olsun başivə”
Gər ki, almişsa fidan Əsğər xəsarət, ya Huseyn.

Bir səda yüksəlmədə titrər bu halətdən fələk,
Yoxmudur imdad edən. etsin o dildarə kömək,
“Göylər ağlar” söyləyir Cəbrail adlı bir mələk
Halinə, avaz ilən eylər tilavət, ya Huseyn.

Çəkmişəm ismin sənin hər dəm yetibsən dadimə,
Salmaq üçün hər gecə, gündüz, səhərlər yadimə,
İsmini mən eşq ilən verdim oğul övladimə,
Çün həya etdim çəkib səndən xəcalət, ya Huseyn.

Rahiyəm, eşqim tükənməz heç zaman bitməz sənə,
Hər nə qədri ş’er yazsam bil, hədər getməz sənə,
Hər iki aləmdə vəsf etsəm yenə yetməz sənə,
Hər nə ki, yazsam sənə, etməz kifayət, ya Huseyn.

— — — — — — — — — — —

Fəraği-yardən, ya rəb, əgər kim, böylə bimarəm,
Nədəndir rəsmdən mən sadəcə ol yarə nəzzarəm?!

Mənə sən aləmi-gülzarə gəl, ərz eyləyən zənnim,
Gözüm səhra görür sayəndə gər kim, bülbüli-zarəm.

Nə əldə ixtiyarım var gedim mən tazədən Zərrə,
Nə də təğyiri-dövran etmək üçün öylə muxtarəm.

Odur kim, qalmışam zikrilə yarın daim avarə,
Çəkərkən ismi-lə’lin də tökür qan tazədən yarəm.

Nedim, ya rəb, yetim mən kamə aşiq tək, ən azından
Ki, səhmi-validim də yox satım olsun ki, yol parəm…

Fəqirəm, Rahiya, qalmıb gümanım vəsli-yarımçün,
Deyəydim kaş məndə Kərbəlayə şükr zəvvarəm.
Müəllif: Vüqar Rahi
http://www.muselman.ws/


more post like this