Cavab: Salam olsun haqq yolda olanlara!
İmam Zamanın (ə) qeybətdə olmasının mənası budur ki Onu görərlər amma tanımazlar. O insanların arasında yaşayar.
Rəvayətlərə görə, onun qeybdə olması, günəşin qara buludlar arxasında gizlənməsinə bənzəyir. Buludlar onun önünü kəssə də, günəşin nuru bütün dünyaya çatır və insanlar onun nurundan, istisindən bəhrələnirlər.
Bu vəzifə də eynilə imam Zaman (əleyhis-salam)-ın kiçik qeybət dövründə xüsusi naiblər, böyük qeybət dövründə isə ümumi naiblər təyin etməsi ilə baş verir.
O həzrətin ümumi naibləri qeybət əsrində yaşayan cameüş-şərait fəqihləridir ki, camaat onlara müraciət etməlidirlər. Çünki əsrin imamı onları camaat üzərində höccət qərar verib buyurub: “(Mənim qeybə çəkildiyim zaman) baş baş verəcək hadisələrə gəldikdə isə, Bizim hədislərimizi nəql edənlərə (müctehidlərə) müraciət edin. Həqiqətən onlar mənim sizin üçün höccətimdir, mən də Allahın höccətiyəm.” İmam Zaman (ə) müctəhidlərin adın yox xüsusiyyətin açıqlayıb ki, hansı müctəhidə müraciət etməliyik.
Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this