Cavab: Salam olsun haqq yolda olanlara!
1. Saffat: 130. Salam olsun İlyasa (və Yasinin övladlarına)!
سَلامٌ عَلى‏ إِلْ‏ياسينَ (130 Salamun əla İlyasin.
İl Yasini bəzi təfsir alimləri İbni Abbasıdan nəql olan rəvayətə əsasən Ali-Yasin məna ediblər ki, Yasin Peyğəmbərin adıdır. Bir çox təfsirçilər isə İlyasinidən məqsəd İlyas peyğəmbər və Onun qövmünə təfsir ediblər.
2. Yasin: 12. Əlbəttə, ölüləri dirildən və onların əvvəlcədən göndərdiklərini (həyatda olarkən etdikləri əməlləri) və izlərini (qoyub getdiklərini) yazan Bizik. Biz hər bir şeyi (insanların əməllərini, dünyada baş verən hadisələri) açıq aşkar nüsxələrdə (Lövhi-Məhfuzda) ətraflı surətdə sayıb hesablamışıq.
إِنَّا نَحْنُ نُحْيِ الْمَوْتى‏ وَ نَكْتُبُ ما قَدَّمُوا وَ آثارَهُمْ وَ كُلَّ شَيْ‏ءٍ أَحْصَيْناهُ في‏ إِمامٍ مُبينٍ (12
İnna nəhnu nuhyil-məvta və nəktubu ma qəddəmu və asarəhum və kullə şəyin əhsəynahu fi imamin mubin.

3. İsra 110: …..
Və namazlarını (qışqırma həddində olan) çox uca səslə qılma və çox yavaş da qılma (ki, heç özün eşitməyəsən). Və bu ikisinin arasında (orta) bir yol tut (ucadan qılınan namazlarla yavaş qılınan namazların hər biri səsin əslinin aşkarcasına bilinməsi və bilinməməsi ilə bir-birlərindən fərqlənsin. Yaxud, namazların hamısını ucadan və ya yavaş qılma, bunların ikisinin arasında bir yol tut, bəzisini ucadan, bəzisini də yavaş qıl).»

Haqq yolda sizə müvəffəqiyyət diləyirik.

haqyolu.com


more post like this