Məsələ 1078: İnsan düzgün şəkk ilə qarşılaşdığı vaxt namazı kəsə bilməz. Belə məqamlarda zəruri göstərişə əməl olunmalıdır. Bütün şəklərdən öncə bir qədər fikirləşmək lazımdır. Əgər ehtimallardan heç birinə əminlik yaranmazsa və ya mö’təbər ehtimal müəyyənləşməsə, şəkk batil şəklərdən olduqda namaz kəsilir. Şəkk düzgün şəkdirsə lazımı göstərişə əməl edilməlidir.
Məsələ 1079: Namazın rəkətlərində zənn-güman əminlik hökmündədir, gümanı əsas götürüb namazı davam etdirmək lazımdır. Amma şəkk birinci və ikinci rəkətlə bağlı olduqda vacib ehtiyat budur ki, namaz yenidən qılınsın.
Məsələ 1080: Əgər öncə bir tərəfə güman güclü olarsa, sonra hər iki güman eyni gücdə qalarsa və şəkk halı yaranarsa, şəkk göstərişinə əməl olunmalıdır. Amma öncə şəkk halı yaransa, sonra bir tərəfə güman güclü olsa, güman əsasında əməl edilir. Namazı batil edən şəklərdə isə şəkk təsdiqləndikdə namaz yenidən qılınır, bu şəkkin güclü olub-olmamasının əhəmiyyəti yoxdur.
Məsələ 1081: Bir şəxs qarşısına çıxan halın şəkk, yoxsa zənn-güman olduğunu bilməsə, şəkk hökmünə əməl etməlidir.
Məsələ 1082: Əgər təşəhhüdə başladıqda və ya növbəti rəkətə keçdikdən sonra şəkk etsə ki, iki səcdə qılıb, yoxsa yox, eləcə də ikinci səcdədən sonra baş verən düzgün şəklə qarşılaşsa, (məsələn, iki və üç arasında şəkk), səcdələri yerinə yetirdiyini qəbul etməli, şəkk göstərişinə tabe olmalıdır. Bu halda namazı düzgündür. Amma səcdə məhəlli ötməmiş şəkk etsə, namazı batildir.
Məsələ 1083: Əgər şəkki aradan qalxsa və başqa bir şəkk yaransa, ikinci şəkki əsas götürməlidir. Məsələn, iki və üç arasında şəkdən sonra əmin olsa ki, üçüncünü qılıb, sonra üç və dörd arasında şəkk etsə, üç və dörd arasında şəkk göstərişinə əməl etməlidir.
Məsələ 1084: Əgər namaz gedişində şəkk etdiyini bilsə də, iki, ya üç, iki ya dörd arasında şəkk etdiyini müəyyənləşdirmədikdə, vacib ehtiyat budur ki, hər iki göstərişə əməl etsin, həm də namazını yenidən qılsın.
Məsələ 1085: Oturaq namaz qılan şəxs şəkki müqabilində bir rəkət ayaq üstə, yoxsa iki rəkət oturaq namaz qılacağını bilmədikdə, bir rəkət oturaq namaz qılmalıdır. Əgər şəkki müqabilində iki rəkət ayaq üstə ehtiyat namazı qılınmalı olsa, iki rəkət oturaq qılmalıdır. Digər şəklər də belədir.
Məsələ 1086: Ayaq üstə namaz qılan şəxs ehtiyat namazını həmin vəziyyətdə qıla bilməsə, oturaq halda namaz qılan şəxsin vəzifəsinə əməl etməlidir. Ötən Məsələdə deyildiyi kimi ehtiyat namazı qılmaq lazımdır. Əksinə, oturaq halda namaz qılan şəxs ehtiyat namazını ayaq üstə qıla bilərsə, ayaq üstə qılan şəxsin vəzifəsini yerinə yetirməlidir.
həzrət Ayətullahül-üzma Məkarim Şirazinin Şəriət risaləsi

 


more post like this