Cavab: Şəhid Dəstğeybin elmi və əxlaqi şəxsiyyəti ilə tanış olmaq məqsədi ilə bir neçə nöqtəyə diqqət edək:

Əzəmətli şəhid Ayətullah hacı Seyyid Əbdul- Hüseyn Dəstğeyb Şirazi öz ibtidai təhsil mərhələsini Şirazın elmi hözəsində Şeyx İslamil, Molla Əhməd Darbb i və Ayətullah Molla Əli Əkbər Ərsəncani kimi ustadların yanında sona yetirdi. Şəhidin təhsilinin bu dövrü Rzaxan tərəfindən hicabın qadağan edilmə dövrünə təsadüf edirdi. Şəhid bu cavanlıq yaşında ki təxminən 25 yaşı var idi bu böyük hücuma qarşı çıxdı. 1314 şəmsi ilində şiddətli səxıntılar qarşısında məcbur qalıb Nəcəfə tərəf hərəkət etdi və Nəcəf Əşrəfdə öz təhsilini Seyyid bul- Hüseyn İsfəhani, ğa ziya İraqi, Ağa Seyyid Baqir İstehbanati, Şeyx Mühəmməd Kazim Şirazi 1 kimi ustadların hüzurunda ki Nəcəf elmi hövzəsinində onun elmi ustadlarından idilər davam etdirdi ardıcıl çalışmaqla yeddi il müddətində ictihad dərəcəsinə yüksəldi. Şəhid yüksək elmi dərəcəsindən əlavə pak və arif bir insan idi ki, fiqh, ilahiyyat, əxlaq, irfan, və elmlərdə mütəxəssis idi onun əsas elmi əsərləri əxlaqi moizələr, insani cəmiyyətin əxlaqi tərbiyəsi, etiqadi mövzularda dəlil gətirmə cəmiyyətdə olan insanların ümumi səviyyəsindədir buna əsasən çox faydalıdır. Əlbəttə o mütəxəssis olduğu üçün çox yerdə xüsusi oxucuları qane etmək üçün öz şəxsi fikrini bəyan etmişdir.

Şübhəsiz şəhid bir fərəciyə yetişmişdi ki, hər şeyi ki, deyirdi özünün ona yəqini var idi və ona əməl edirdi. Bu cəhətdən onun kitabları və əsərləri müsbət təsir bağışlayıbdır. Şəhid öz kitablarında və çıxışlarında mövzuları təxəssüsü şəkildə ki hər elmin mütəxəssislər səviyyəsində olsun bəyan etmirdi bəklə sadə şəkildə bəyan edirdi. Hər halda o çox gözəl fikirli əməl əhli olan alilmərdən biri idi ki, həyat yaradıcılığında çox bərəkətli işlər yerinə yetiribdir ki, o cümlədən yazdığı kitabdır: 1. Abadi əz Quran.

2. Sərayi digər.

3. Merac.

4. Məarifi əz Quran.

5. Raz quyi və Quran.

6. Qəlb Quran.

7. Həqaiqi əz Quran.

8. Qiyamət və Quran.

9. Behişt cavidan.

10. Fatihətul- kitab.

11. Səlatul- xaşiin.

12. Bəndəgi razı afərineş.

13. İman.

14. Böyük günahlar.

15. Gəncineyi əz Quran.

16. Seyyiduş- şühəda.

17. Siddiqeyi Kubra Fatimeyi Zəhra ələyhəs- səlamın yaşayışı.

18. Qəlb səlim.

19. İstiazə.

20. Şərh fəvaidul- usul Şeyx Ənsari.

21. Şərh kifayətul usul Axund Xorasani.

22. Təqriratı dərs fiqh və usul Ayətullah Şeyx Məhəmməd Kazim Şirazi (Nəcəf Müctəhidlərindən)

23. Dastanhayi şeqeft.

24. Risalə Tozihul- məsail.

25. Siddiqeyi Kubra.

26. Marağlı datsanlar kitabı.

27. Həştad iki sorğu.

28. Nəcm surəsi.

29. Məad.

30. Allahın ayı və qeyriləri ki 56 əsərə yetişir ki, bütövlükdə etibarlı etimadlı və faydalıdır.

Bunu da qeyd etmək lazımdır ki, məsum olmayan insanların razılığı hər kitab elmi və təxəssüsi tənqidlərdən siğortalanmayıbdır. Şəhid Dəstğeybin kitablarında bu qaydadan müstəsna deyil.

NUR-AZ.COM


more post like this