Cavab: Səhabələrdən bəziləri, daha doğrusu, münafiqlər “Əqəbə” gecəsində (Peyğəmbər o zaman Təbuk müharibəsindən qayıdırdı və Əlini Mədinədə öz yerinə qoymuşdu) Peyğəmbərin dəvəsinin qarşısına dağdan daş diyirlətdilər ki, dəvə hürküb onu yerə çırpsın.
Əhməd Hənbəlin “Müsnəd” kitabının 5-ci cildinin axırlarında Əbu Tüfeyldən bu xüsusda nəql etdiyi hədisdə qeyd olunur: “Peyğəmbər o gün səhabələrdən bir qrupunu lənətlədi.” Bu hədis məşhurdur və bütün müsəlmanların arasında müstəfiz sayılır.
Tarixçilər və sirə yazanlar aşkar qeyd etmişlər ki, Peyğəmbəri Əkrəm səhabələrdən min nəfərlə birlikdə Ühüd dağına tərəf gedirdi. Oraya çatmamışdan əvvəl münafiqlərdən 300 nəfəri qayıtdı. Amma onlardan bir neçəsi tanınmamaq üçün İslam qoşununda qaldı.
NUR-AZ.COM


more post like this