Əhli sünnə və şiə arasında olan ən böyük ixtilafi məsələ və ən çox həssas nöqtə səhabələr və onların ədalətlərinin dərəcələri məsələsidir. Əhli sünnənin görüşünə görə səhabalar hamısı ədalətli olub, onları tə’nə edən heç bir dəxalət etmələr ola bilməz. Onları tənqid etmək və ya onları şəkk etməyi Peyğəmbər (s) hədisinə görə caiz bilmirlər. Onlar bununla səhabənin rəvayət etdikləri hər şeyə əməl edirlər.

Əhli sünnəyə görə səhabə, Nəvəvinin səhih Müslimə yazdığı şərhinin müqəddiməsində qeyd etdiyi kimi: “Müsəlmanlardan kim ki, bir anda olsa Peyğəmbəri (s) görərsə, o doğru deyir və bu ibn Hənbəlin məzhəbində, Buxari öz səhihində və bütün hədis söyləyənlərdə təsdiq olunmuşdur”. { «Səhih-Muslim bi şirhin-Nəvəvi» kitabı. Cild 1, səh 28. “Daruş-şə’b” çapı. }

Şiələrə gəlincə, onların fikrinə görə səhabələr birinci dərəcəli ədalət sahibləri deyillər. Onlar Qur’ani-Kərimdən və pak Peyğəmbər (s) sünnətindən möhkəm dəlillərə istinadən tənqid və məzəmmətə məruzdurlar. Ancaq bununla şiəyə bütün səhabələri inkar etməkdə iftira yaxıb, onları güya söyüb, lə’nətləmələri açıq bir yalandır. Səhabəni tənqid etmək bə’zi axmaqların yazdığı kimi, onları inkar etmək deyil. Əkər bu tənqidlər qənaətbəxş sübutlara istinad edirsə, onda bütün bu qəzəb və səs-küy nə üçündür?

Allah-təala Qur’ani Kərimdə mö’min səhabələrə belə səna etmişdir: “And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bey’ət etdikləri zaman Allah mö’minlərdən razı oldu”… { 48.Fəth surəsi, 18}

Necə ki, Əllamə Lətfullah Əssafi bu ayənin şə’nindən qeyd etdiyi kimi: “Həqiqətən Allah-Təalanın sənası (təşəkkürü) ağac altında bey’ət edənlərdən yalnız mö’min səhabələrə aid olub, Ubeyd oğlu Abdullah və Xolay oğlu Ous kimi həmin bey’ətdə iştirak edən münafiqlərə şamil deyil. Heç də ayə bey’ət edənlərin hamısına dəlalət etməyib, bey’ət edən mö’minlərin hamısı məsələni yaxşı sona yetirməyə dəlalət etmir.

Ayə Allah-təalanın onların bu bey’ətlərindən razı qalmağından artıq bir şeyə dəlalət etmir.

Yə’ni onlardan bu bey’əti qəbul edib, onları mükafatlandırdı. Allah-Təalanın bu bey’ət əhlindən əbədi razı qalması hökmən deyildir. Buna sübut Allah-Təalanın onların haqqında buyurduğudur: “(Ey Peyğəmbər!) sənə bey’ət edənlər, şübhəsiz ki, Allaha bey’ət etmiş olurlar. Allahın (qüdrət) əli onların əməllərinin üstündədir. Kim (bey’əti) pozsa, ancaq öz əleyhinə pozmuş olar. Kim Allahla etdiyi əhdi yerinə yetirsə, Allah ona böyük mükafat verər!” { 48.Fəth surəsi, 10 }

Əgər bey’ət edənlərdən öz bey’ətini pozanlar olmasaydı, Allah-təlanın onlardan razı qalması əbədi olardı. Öz sözündə buyurduğu kimi: “Kim (bey’əti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər)”. { Əllamə Lütfüllah Əs-Safi, «Kitab ma’əl-xətib fi xututihil-ərizə» } Buxarinin öz Səhih kitabında Səhl ibn Səddən sənədlə çıxartdğı aşağıdakı hədislə Peyğəmbərin (s) vəfatından sonra səhabələrdən yolundan dönməsi və beləliklə, onların Qiyamət günündə həlaka uğramaları xəbərində deyilir: “Eşitdim ki, Peyğəmbər (s) deyir: Mən cənnət hovuzuna sizdən ən tez çatanınızam. Kim gəlib ondan sonra su içərsə, əbədi susamaz. Tanıdığım və onlardan məni tanıyan tayfalar mənə dönərlər bu zaman mənimlə onlar arasında maneə əmələ gələr. Səhl ibn Sə’d deyir: Eşitdim ki, Peyğəmbər (s) əlavə edərək dedi: Onlar bizlərdəndir. Onda deyirlər: Sən bilmirsən ki, onlar səndən sonra nələr dəyişdirərlər. Mən deyərəm: Məndən sonra dəyişiklik edən məhv olsun, məhv olsun!” { Səhih-Buxari, cild 9, səh 144. «Kitabul-fitən vəttəqu fitnətən la tusibənnəlləzinə zələmu minkum xassətən» babı. }

Abdullahdan deyilir: “Peyğəmbər (s) səhabələrlə söhbətində buyurub: “Mən sizlərdən cənnət hovuzuna çatan ən birinci olaçağam, sizlərdən bir neçə nəfər yanıma gələr, əyilib onlara su verdiyim zaman mən deyərəm: Rəbbim onlar mənim səhabələrimdir: Allah-təala buyurar: “Səndən sonra nə edəcəklərini bilmirsən”. { Səhih-Buxari, cild 9, səh 144. «Kitabul-fitən vəttəqu fitnətən la tusibənnəlləzinə zələmu minkum xassətən» babı. }

Hadisələr və dəyişikliklərə işarə edən yuxarıdakı iki hədisə istinad edərək Peyğəmbər (s) onları – kəlamı öz obyektivliyindən təhrif edən Nəsrani və Yəhudi millətlərinə oxşatmışdır. Əbu Səid Xidridan Peyğəmbər (s) buyurub: “Sizdən əvvəlki Peyğəmbərlərin sünnətlərini qarış-qarış, arşın-arşın izləyin. Hətta onlar kərtənkələ yuvasına girsələr də onları izləyin. Dedik: Ey Allahın Rəsulu, Yəhudilər və Nəsraniləri? Dedi: Bəs kimi?”. { Səhih-Buxari, cild 9, səh 315. «Kitabul-i’tisam bil-kitabi vəs-sunnə»; «Lətəttəbi’unə mən kənə qəbləkum» babı }

Allah-təala səhabələr haqqında öz əziz kitabında buyurmuşdur: “Onlar (mö’minlər) bir alış-veriş, yaxud bir əyləncə gördükləri zaman səni ayaq üstə qoyub ona tərəf cumdular”. { 62.Əl-Cümə surəsi, 11 }

Bu ayə Peyğəmbərin (s) cümə günündə xütbə edən zaman Şamdan gələn karvanın səsini eşidən kimi xütbəni tərk edib gedən səhabələr haqqında nazil olmuşdur. Hansı ki, minlərlə səhabədən yalnız on iki nəfər qaldı.

Cabir ibn Abdullahdan buyurulur: “Biz cümə günü Peyğəmbər (s) ilə birlikdə idik ki, karvan yaxınlaşdı və bütün camaat getdilər on iki nəfərdən başqa. Onda Allah-təala bu ayəni nazil etdi: “Onlar bir alış-veriş, yaxud bir əyləncə gördükdə ona tərəf cumdular…” { Səhih-Buxari, cild 6, səh 391. «Kitabut-təfsir» }

Başqa bir rəvayətdə deyir: “Biz Peyğəmbərlə (s) namaz qıldığımız vaxt ərzaqla yüklənmiş karvan yaxınlaşdı və onlar ona tərəf dönüb çıxdılar ta ki, Peyğəmbərlə (s) yalnız on iki nəfər qaldı və bu ayə nazil oldu”. { Səhih-Buxari, cild 6, səh 28. «Kitabul-iman» }

Səhabələrdən həmin sayda Uhud müharibəsində Peyğəmbərin (s) yanında qaldıqdan sonra qalan səhabələrin sayı on iki oldu. Peyğəmbərlə (s) həmin gün qalanlar bəraət qazanmışlar oldular. Azib oğlu bəraət haqqında deyib: “Peyğəmbər s.a.s Uhud döyüşündə piyadalara Cübeyr oğlu Abdullahı sərkərdə tə’yin etdi. Onlar isə məğlub oldular. Peyğəmbər (s) onları çağırdığı zaman, onunla yalnız on iki nəfər qalmışdı”. { Səhih-Buxari, cild 6, səh 67. «Kitabut-təfsir» }

Ənəsdən (Allah ondan razı olsun) nəql olunur: “Əmim Nəzr oğlu Ənəs Bədr döyüşündən qaldı və Peyğəmbərə (s) dedi: Ey Allahın Rəsulu, sənin müşriklərlə etdiyin birinci vuruşdan qaldım, qoy Allah-təala müşriklərlə vuruşanda mənim nə edəcəyimə şahid olsun. Uhud döyüşündə isə müsəlmanlar uğursuzluğa düçar oldular. Onda Ənəs dedi: Allahım, yoldaşlarımın etdiklərindən məni üzürlü et!” { Səhih-Buxari. Cild 4, səh 47. «Kitabul-cihad»; «minəl-mu’mininə ricalun sədəqu» babı }

Hüneyn günü, yə’ni Hüneyn döyüşündə səhabələrin qaçması baxmayaraq ki, minlərlə idilər çox ağınaçaqlı idi. Allah-təala onların bu biabırçı işlərini məzəmmət edərək öz sözü ilə Qur’ani Kərimdə nazil etmişdir: “Hüneyn (vuruşu) günü. O gün çox olmağınız sizi valeh etsə də, bir faydası olmadı, gen dünya sizə dar oldu, sonra dönüb qaçdınız. Sonra da Allah öz Peyğəmbərinə və mö’minlərə arxayınçılıq nazil etdi…” { 9.Tövbə surəsi, 25-26 }

Başqa bir ayə digər bir qrup səhabə qrupu haqqında Allah-təala nazil etmişdir: “Heç bir Peyğəmbərə yer üzündə öldürməyənə qədər əsirləri özünə mal etmək (onları öldürməyib fidyə müqabilində azad etmək) yaramaz. (Ey mö’minlər) Siz (fidyə almaqla) puç dünya malını istəyirsiniz, Allah isə (sizin) axirəti qazanmağınızı istəyir. Allah yenilməz qüvvət və hikmət sahibidir! Əgər əvvəlcə (bu barədə) Allahdan bir hökm olmasaydı, aldığınız (fidyə) müqabilində sizə şiddəti bir əzab üz verərdi (toxunardı)”. { 8.Ənfal surəsi, 67-68 }

Bu ayə bir qrup səhabənin haqqında Əbu Süfyanın karvanındakı yükləri götürmək fikrinə görə və Peyğəmbərin (s) Bədr döyüşündən qabaq onların döyüşə rəğbətini və hazırlığını öyrənmək üçün onlarla məsləhətləşdiyi zaman döyüşdən çox karvanın yüklərinə üstünlük verdiklərinə görə nazil olmuşdur.

Cabir ibn Abdullahdan nəql olunan rəvayətə görə Peyğəmbər (s) səhabələrin cahillik münaqişələrinə və qəbiləçiliyə çağrışlarına görə onları tənbeh etmişdir: “Bir dəfə vuruşda ikən Süfyan dedi: qoşunda mühacirlərdən biri ənsarlardan birinə arxadan vurdu, Ənsar bu zaman: ey ənsarlar, deyə çağırdı. Mühacir isə mühacirləri çağırdı. Peyğəmbər (s) bunu eşitdikdə dedi: “Cahiliyyətin çağırışına bir baxın”. { Səhih-Buxari, cild 9, səh 397. «Kitabut-təfsir»; «Səvaun ələyhim istəğfartə ləhum» babı } Bu cahil çağırış ənsar qrupunu təşkil edən Ous və Xəzrəc qəbiləsi arasında az qala müharibəyə səbəb olsun.

Ayişədən nəql olunub: “…Sə’d ibn Məaz dedi: Ey Allahın elçisi, mən səndən o adama görə üzr diləyirəm. Əgər Ous qəbiləsindəndirsə boynunu vuraram, əgər qardaşlarımız Xəzrəc qəbiləsində olarsa sənin əmr etdiyin kimi edərik. Bunu eşidən əvvələr saleh adam olmuş Xəzrəc qəbiləsinin ağası Sə’d ibn İbadə ayağa durdu və dedi: «Allaha and olsun yalan danışırsan. Vallahi onu özüm öldürərəm. Sən münafiqsən və münafiqlərdən ötrü mücadilə edirsən». Beləliklə iki Ous və Xəzrəc qəbilələri bir-birlərinin üstünə qalxmaq istədilər. Bu zaman Peyğəmbər (s) mənbərdən enib onları sakitləşdirdi və özü də sakin oldu”. { Səhih-Buxari, cild 3, səh 508, «Kitab əş-şəhadət» }

Səhabələrdən nifaq əlamətlərindən olan Əliyə qarşı ikrah edənlər də var idi. Əbi Bureydədən deyilir: “Peyğəmbər (s) Əlini Xalidin yanına xüms yığmağa göndərdi. Bu zaman mən də Əliyə nifrət edirdim. (Xalidə dedim) o, yuyunurdu, mən Xalidə dedim: “Bunu görürsənmi?” Peyğəmbərin (s) yanına gəldikdə ona bunu danışdım. Peyğəmbər (s) dedi: Sən Əliyə nifrət edirsən? Dedim: bəli. Dedi: Ona nifrət etmə. Bundan çox xüms ona düşür”. { Səhih-Buxari, cild 5, səh 447. «Kitabul-məğazi»; «Bə’su Əliyyin və Xalid iləl-yəmən» babı. }

Səhabələrdən bə’zisi Peyğəmbərin (s) qərarlarına tənə ediblər, necə ki, Üsamə bin Zeydin hakimiyyətinə kimi İbn Ömərdən buyurulur: “Usamə bin Zeyd başçılığı ilə Peyğəmbər (s) qoşun göndərdi. Bə’ziləri onun başçılığına tabe olmadılar. Peyğəmbər (s) buyurdu: Bundan əvvəl onun atasının başçılığına tabe olmadığınız kimi, onun da başçılığına tabe olmadınız “. { Səhih-Buxari, cild 5, səh 57. «Kitab fəzailis-səhabə»; «Mənaqib Zeyd» babı. }

Peyğəmbərin (s) axırıncı vəsiyyətini yazmağa əmr etdikdə ona e’tiraz edənləri hansı ki, onu hədyan kimi qələmə verən səhabələri öz məclisindən qovmuşdur.

Səid ibn Cübeyr ibn Abbasdan demişdir: “Həftənin dördüncü günü deyib ağladı. O qədər ağladı ki, yerdəki daşlar islandı. Soruşdum: Ey ibn Abbas hansı dördüncü gün? Dedi: Allahın elçisinin ağrıları şiddətləndi. Və dedi: Mənə qələm-dəftər gətirin ki, sizin bundan sonra əbədi yolunuzu azmamağınız üçün kitab yazım. Peyğəmbərin yanında mübahisə etməyə gərək olmadığı halda bir-biriləri ilə mübahisə etməyə başladılar. Dedilər: «Peyğəmbərdən soruşun. Deyəsən O, sayıqlayır». Peyğəmbər (s) “Məndən əl çəkin, siz dediyinizdən mən uzağam!” deyərək onları otaqdaq qovdu». { Səhih-Buxari, cild 4, səh 260. «Kitabul-xums»; «İxracul-Yəhud min cəziratil-ərəb» babı }

Peyğəmbərin (s) vəfatından sonra səhabələr arasında hakimiyyət uğrunda mübahisələr hətta o yerə gəldi ki, onlardan bə’ziləri eyni zamanda iki əmirin, biri mühacirlərin, digəri isə ənsarların əmiri tə’yin olunmasını tələb edirdilər. Onların islamda olmalarına baxmayaraq cahiliyyət qəbilə münasibətlərindən əl çəkmələri saray hadisələri fəslində təfsilatı ilə qeyd olunmuşdur.

Bu tədqiqatdan digər yerlərdə də Əbu Hüreyrəyə və Müaviyəyə həsr olunmuş xüsusi fəsillər vardır.

Bəlkə də əhli sünnənin səhabələrin məqamlarını qaldırmaqda müalicə etmələri onların Peyrəmbərlə (s) yoldaşlıq etmələri şərəfinə qayıdır. Ancaq bu onun həyat yoldaşı olmaq tərəfindən çox fərqlənmir. Belə ki, Allah-təala Peyğəmbərin (s) zövcələri haqqında buyurmuşdur:

Siz ey Peyğəmbərin zövcələri! Sizdən hansı biriniz açıq-aşgar bir çirkin (günah) iş görsə, onun əzabı ikiqat olar. { 33.Əhzab surəsi, 30 }

Həmçinin Həfsə və Ayişə haqqında Peyğəmbərə (s) nazil olan ayədə deyilir: «(Ey Həfsə, ey Ayişə!) Əgər ikiniz də (bu hərəkətinizə görə) Allaha tövbə etsəniz (çox yaxşı olar). Çünki (Peyğəmbərə əziyyət verməklə, ona xoş getməyən bir hərəkət etməklə) qəlbləriniz (onun barəsində bir qədər qeyri-səmimiliyə, günaha) meyl etdi. Əgər Peyğəmbərə qarşı bir-birinizə kömək etsəniz (bilin ki) Allah onun hamisi… -dir.{ 66.Təhrim surəsi, 4-10 }

Buna məqsədimiz Peyğəmbərlə (s) ünsiyyətdə olmağın çoxluğu, ünsiyyətdə olanın iman dərəcəsinin yüksək olmasına dəlalət etmədiyini qeyd etməkdir. Əlavə olaraq Peyğəmbərin (s) səhabələri haqqında keçən rəvayətləri qeyd etmək olar. Buna oxşar (bəlkə daha aqressiv, daha çirkin rəvayətlər) Peyğəmbərin (s) zövcələri haqqında söylənilmişdir.

İbn Abbasdan deyilir: “Bir il mən Ömərdən Peyğəmbərə (s) qarşı nümayiş edən iki qadın haqqında soruşmağa hazırlıq gördüm. Bir gün o “Ərak”a daxil olub çıxdığı zaman bunu ondan soruşdum: O dedi: Ayişə və Həfsə idi. Sonra əlavə edərək: Cahiliyyət dövründə idik, qadınları heç bir şeyə hazırlamamışdıq. İslam gəldiyi zaman isə Allah-təala onları zikr etdikdə gördük ki, bununla onların bizim boynumuzda haqqı vardır. Lakin onları öz işlərimizdə müdaxilə etməyə imkan vermədik.

Mənimlə zövcəm arasında sözümüz kəskinləşdi və ona dedim: Xoş olsun sənin halına, O dedi: Sən bunu mənə deyirsən ancaq qızın Allahın Rəsuluna əziyyət verir. Onda Həfsəni çağırtdırıb ona dedim: səni Allaha və onun Rəsuluna asi olmaqdan uzaq olmağı xəbərdarlıq edirəm”. { Səhih-Buxari, cild 7, səh 489. «Kitabul-libas» }

Ayişədən nəql olunub: “Allahın Rəsulu Cəhş qızı Zeynəbin yanında qalaraq, orada bal içirdi. Mən və Həfsə ilə sözləşdik ki, Peyğəmbər (s) hansımızın yanına daxil olsa ona deyək: “Məğafir” yemisən? Mən səndən “məğafir” qoxusu duyuram. O Həzrət dedi: Yox, ancaq, Cəhş qızı Zeynəbin yanında bal içmişəm. Ona bir daha qayıtmayacağam. Artıq and içmişəm, bunu heç kəsə xəbər etmə”. { Səhih-Buxari. Cild 6, səh 404. «Kitabut-təfsir»; «Əyyuhən-nəbiyyu limə tuhərrim» babı. } Ayişədən nəql olunur: “Peyğəmbərin (s) qadınları iki hissəyə bölünmüşdülər. Birində Ayişə, Həfsə, Səfiyyə və Sudə idi, digərində isə Ummu Sələmə və Peyğəmbərin (s) digər qadınları idi”. { Səhih-Buxari. Cild 3, səh 454. «Kitabul-hiba»; «Mən əhdə ila sahibihi» babı. }

Ayişədən nəql olunur: “Allahın Rəsuluna özünü həsr edən qadınları mən qısqanırdım. Və Peyğəmbərə deyərdim: Qadın özünü sənə həsr etmişdirmi? Allah-təala bu ayəni nazil etdikdə: “Qadınlardan hansını istəsən, növbəsini tə’xirə sal və hansını istəsən, öz yanında saxla. Və əgər yenə də saxladıqlarından birni yanına çağırsan sənin üçün günah yoxdur”. (33.Əhzab surəsi, 51) Ayişə davam edir: «Mən hiss edirəm ki, Allah-təala sənə sənin istədiyini verir». { Səhih-Buxari. Cild 6, səh 295. «Kitabut-təfsir»; «Turci mə təşəu minhum» babı. } Ayişədən nəql olunan digər bir hədisdə deyilir: «Bir gün xanım Xədicənin (r.ə) bacısı Halə binti-Xuveylid Rəsulullahı (s) ziyarət etmək üçün izn istədi. Rəsulullah (s) da buna icazə verdi. Həzrət (s) onu görəndə “Bu Halədirmi” -deyə təəccübləndi. Bu zaman Ayişə qısqanaraq dedi: «Xədicə Qureyşin qoca qarılarından idi. Allah-təala sənə ondan qat-qat yaxşı qadın vermişdir. Onu nəyə görə unudmursan?». { Səhih-Buxari. Cild 5, səh 195. «Kitabun-NəbiTəzvicun-Nəbi»; «Xədicətun və fəzləha» babı. }

Peyğəmbərin (s) bütün qadınlardan fərqlənən Xədicənin haqqında Ayişənin başqa söyləmələri də vardır. Xədicə Peyğəmbərin (s) də’vətini insanların yalan saydığı vaxt təsdiqləməsi, insanların Peyğəmbəri (s) hər şeydən məhrum etdiyi zaman Xədicə öz malını əsirgəməməsi, Peyğəmbərə (s) oğul bəxş etməsi, xüsusən Peyğəmbərin (s) onun hətta ölümündən sonra belə fəzilətlərini daim zikr etməsi, Ayişənin onu şiddətli qısqandığını sübut edən məsələdir. Bununla da ötən rəvayətdəki Allahın onu daha xeyirlə əvəz etməsi Ayişənin bu sözü ilə zidiyyət təşkil edir.

Ayişədən nəql olunur: “Peyğəmbərin (s) qadınlardan Xədicəni qısqandığım kimi heç kimi qısqanmamışam”. Baxmayaraq ki, onu görməmişəm. Ancaq Peyğəmbər (s) onu çox zikr edərdi. Bəlkə də qoyun kəsib onu bölərək Xədicə üçün sədəqə verirdi. Bir dəfə ona dedim: «Elə bil dünyada Xədicədən başqa qadın olmayıb. O isə onun fəzilətlərin çox zikr edib dedi ki, o mənə oğul bəxş etmişdi». { Səhih-Buxari. Cild 5, səh 104. “Kitab nənaqibul-ənsar təzvicun-nəbi”; «Xədicətun və fəzləha» babı. }

Bütün səhabələrin ədalətli olmasını güman edənlərin diqqətini Peyğəmbərin (s) aşağıdakı sözünə cəlb edirlər: “Mənim səhabələrim ulduzlar kimidir, onların hansının ardınca getsəniz hidayət olunarsınız”. Digər bir rəvayətdə isə “hansının sözunü əsas tutsanız…”

Baxmayaraq ki, əhli sünnə səhabələrin hamısının mə’sum olmasını açıqlıqla demirlər, yalnız bu rəvayətin doğru olduğunu deyənlərdən bu da labüddür. Onların hamısının mə’sum olmasına e’tiqad etsinlər. Ona görə ki, ola bilməz ki, Peyğəmbər (s) hər hansı qeyd-şərtsiz mütləq iqtida etməyi əmr etsin – necə ki, bu söylənilən rəvayəti açıqlayır – bir insanın məsiyət etməyə ehtimal olunduğu halda.

Beləliklə, diqqətlə nəzər yetirdikdə ötən rəvayətlərdə səhabələrin ədalətinin çoxluğu haqqındadır. Belə ki, onların çoxu Peyğəmbərlə (s) uzun müddət yoldaşlıq edənlərin rəvayətləri haqqındadır. Onda Peyğəmbəri (s) bir an belə sadəcə görməklə səhabə adlandıranların ədaləti?? Görəsən bu mübaliğə nə üçündür? Ədalət və təqva Peyğəmbəri (s) bir anda da olsa görməklə əldə olunur, yoxsa onun buyurduqlarına itaət edib xalis və yaxşı niyyət ardı ilə getməklə qazanılır??

İnsan fitrətinin və sağlam ağlın qəbul etmədiyi bu zidiyyət İbni Teymiyyə kimi əhli sünnədən olan müsəlmanların bə’zi alimləri Əbi Süfyan oğlu Müaviyəni Xəlifə Ömər ibn Əbdül Əzizdən üstün tutması açıq şəkildə aydınlaşır. Bu isə heç bir şeylə deyil, yalnız Müaviyənin səhabə, Ömərin isə ardıcıl olması ilə izah olunur. Buna baxmayaraq mö’minlərin əmiri Əliyə (ə) qarşı çıxmaqla və Süffeyndə müsəlmanlar arasında fəsad törətməklə məşhurlaşmış Müaviyənin əksinə olaraq Ömər ibn Əbdül Əziz ədalətliliyi və təqvalılığı ilə tanınmışdır. Bundan başqa Ömər ibn Əbdül Əziz bu xüsusiyyətlərlə tanındığına görə Əhli sünnə onu Raşidi Xəlifələrindən beşincisi hesab edir. Bu isə özü-özlüyündə Müaviyənin haqsız olmasına dəlalət edir. Öz növbəsində də bir kəsin Peyğəmbəri (s) sadəcə görməsi onun haqlı olması demək deyildir.

Bu məqamdə yaxşı olar ki, Peyğəmbərin (s) onlarla səmavi möcüzələrini öz gözlərilə gördükdən sonra ona iman gətirənin hansı daha yüksək məqam sahibidir??

Həqiqətdə mən səhabələrin təqvasını bu dərəcədə mübaliğə etməkdə heç bir aydınlıq görmürəm. Onların hamısının ədalətli olması fikrini yaymaqla qanuni sahiblərini xilafətdən uzaqlaşdıran bə’zi səhabələri tənqid edənlərin üzünə qapını bağlamaqdır. Və həmçinin əhli sünnədən çoxları Əhli-Beytin (ə) müsəlmanlara rəhbərlik etmə ən layiqli olmalarının bütün danılmaz dəlillərini rədd edirlər. Heç bir şeysiz yalnız bütün səhabələrin ədalətli olmaları e’tiqadına görə. Ona görə də onlar hansı əməllər görürlərsə doğru edirlər.

Bu səhv fikri yayanlar Əhli-Beyt imamlarının (ə) öz təhdid etmə təhlükəsini görürdülər və bu məsələdə Əhli-Beytin (ə) haqq olmaları onlara bəlli idi. Onların yerinə zahir olan ayə və hədislərə hərc-mərclik və qaranlıq salma kimi əlavələr etməyə can atmaları labüd idi. Eyni zamanda səhabələrin hamısının məqamını qaldırmaqla Peyğəmbərin (s) vəfatından sonra islam ümmətinə imamlığı Allahın ixtiyarına verib və Allah-təala da Əhli-Beyti (ə) bu imamlığa layiq bilmişdir.

Beləliklə söylənilən hədis və bütün səhabələrin ulduz olmalarını deyən hansı ki, Peyğəmbərin (s) hədisindən onun mə’nası və sözlərin artıq mə’lumdur.

“Ulduzlar yer əhlini qərq olmaqdan amanda saxlayır, Əhli-Beytim isə Ümmətim üçün ixtilafdan amandır. Əgər ərəblərdən bir qəbilə ona müxalif çıxarsa, iblisin dəstəsindən olar”. {«Mustədrəkus-səhiheyn». }

muselman.ws


more post like this