Bizim üçün gün ərzində qəbul etdiyimiz qidalar arasında ən mühümü birincisidir. Orqanizmimizi müntəzəm olaraq səhər yeməyindən məhrum etməklə biz əslində sağlamlığımızla ciddi şəkildə risk edirik. Bu barədə Avstraliyalı mütəxəssislər məlumat verib.
Səhərlər sıyıq, yumurta, pendir-çörək və s. kimi qidaların qəbul edilməməsi ürək-damar xəstəlikləri və maddələr mübadiləsinin pozulması riskini artırır, piylənmə və diabetə yol açır. Öz növbəsində bütün bu patologiyalar vaxtsız ölümlərin əsas səbəbləri siyahısına daxildir. Tasmaniya universitetinin mütəxəssisləri ilk dəfə səhər yeməyi yeməməyin uzunmüddətli təsiri üzərində araşdırma aparıblar.
Elmi işin müəlliflərindən biri olan Kayli Smit belə deyir: “Möhkəm səhər yeməyinin artıq çəki ilə mübarizə üsulu olduğunu çoxları bilir. Biz sübut etdik ki, səhər qidalanması ürəyin və endoktrin sisteminin düzgün işləməsi üçün son dərəcə vacibdir. (Xüsusilə insulin istehsalı və xolestrinin düzgün mübadiləsi üçün). Özü də bu, bədənin çəkisindən və piyin miqdarından asılı deyil.”
Araşdırmada on mindən artıq avstraliyalı iştirak edib. Onların təxminən 2000-i mütəmadi olaraq səhər yeməyi yemirdilər. 20 illik müşahidə ərzində onların əksəriyyətində patoloji əlamətlər görünməyə başladı. Bu əlamətləri həkimlər məhz qida rejiminin pozulması ilə əlaqələndirirlər.
Avstraliyanın qida Komitəsinin göstəricilərinə görə əhalinin ən azı 23%-i bu və ya digər səbəblər üzündən hər gün səhər yeməyi yemirlər. Hər 10 uşaqdan biri səhər yeməyi yeyə bilmir. Bu rəqəmlər daim böyüyür.
Mütəxəssislərin rəyinə görə insan səhər yeməyi zamanı sutkalıq enerji tələbatının heç olmasa 25%-ini qəbul etməlidir. Elə ona görə də səhər yeməyi maksimum həddə balanslaşdırılmalıdır. Dietoloqlar hesab edirlər ki, arıq qalmaq istəyənlər belə, məhz səhər yeməyi zamanı yağlı və zülallı qidalar (məsələn, yağ ilə ağ çörək, dənli bitkilərdən hazırlanan sıyıqlar və ya yumurta) yeyə bilərlər.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this