247.Pak şəhər

Quran:

«Pak şəhər və bağışlayan Rəbb.»[1]

«Onlar ilə bərəkət verdiyimiz abadlıqlar arasında bir-birinə birləşik abadlıqlar və onlarda məlum  yol müəyyənləşdirmişik. Odur ki, gecələri və gündüzləri həmin şəhər və kəndlərdə qorxusuz gəzib dolanın.»[2]

Həmçinin müraciət et: Ənbiya 71, 81; Muminun 50; Qəsəs 29, 30; Naziat 16; Bələd 1, 2; Tin 1-3.

 

248.Böyük şəhərlərdə yaşayın

847.İmam Əli (ə) Haris Həmdaniyə yazdığı məktubda buyurmuşdur:«Böyük şəhərlərdə məskunlaş. Çünki onlar müsəlmanların bir yerə toplaşdıqları məkandır. İnsanları nadan və kobud olan yerlərdən uzaqlaş.»[3]

 

249.Şəhərlərin ən yaxşısı

848.İmam Əli (ə):«Sənin üçün bir şəhər digərindən üstün deyil. Şəhərlərin ən yaxşısı səni öz çiyinlərində aparandır (rifah və asayiş ilə yaşadığın şəhərdir).»[4]

 

250.Bütün şəhərlərin əhalisinin zəruri ehtiyacı

849.İmam Sadiq (ə):«Bütün şəhərlərin əhalisinin öz dünya və axirət işlərində müraciət etmələri üçün üç şeyə ehtiyacı var və əgər həmin şeylərə malik olmasalar nadanlıq və intizamsızlığa düçar olacaqlar: savadlı və təqvalı fəqihə, yaxşı və itaət edilən başçı və hakimə, mahir və etibarlı həkimə.»[5]

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Səba, ayə 15

[2] Səba, ayə 18

[3] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.18, səh.42

[4] Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.20, səh.90

[5] Tuhəful-Uqul, səh.321


more post like this