1025. Dünyada vasitəçilik

3284. Allahın Peyğəmbəri (s):«(Xeyir işlərdə) Vasitəçilik edin ki, mükafat görəsiniz.»[1]

3285. Allahın Peyğəmbəri (s): «Kim öz vasitəçiliyi ilə bir ziyanın qarşısını alsa, ya bir xeyri bərpa etsə, Allah-taala qədəmlər titrəyən günü onun qədəmlərini möhkəm edər.»[2]

3286. İmam Sadiq (ə): «Vasitəçilik, məqamın zəkatıdır.»[3]

 

1026. Axirətdə səfaət

Quran:

«De ki, şəfaət tamamilə Allaha məxsusdur. Göylərin və yerin hakimiyyəti Onundur. Anında Ona tərəf qaytarılacaqsınız.»[4]

«Kim Onun izni olmadan Onun yanında şəfaət edər?» [5]

«Rəhman Allahdan əhd-peyman almış şəxsdən başqa, heç kimdə səfaət olmaz.»[6]

«O gün Rəhman Allahın izn verdiyi və sözündən şad olduğu kimsədən başqasının şəfaəti fayda verməz.»[7]

Hədis:

3287. Allahın Peyğəmbəri(s):«Ummətimin arasında mənim şəfaətim, yalnız mənim Əhli-Beytimi (ə) sevən şəxsin halına şamil olacaq.»[8]

3288. Allahın Peyğəmbəri (s): «Mən Qiyamət günü qəlbində ağcaqanadın qanadı qədər iman olan şəxsə, hökmən şəfaət edərəm».[9]

3289. Allahın Peyğəmbəri (s): «Mahmud (həmd olunmuş) məqaına çatanda, ümmətimdən böyük günahlar edənlər üçün şəfaət edəcəm və Allah-taala onların barəsində mənim şəfaətimi qəbul edəcəkdir. Allaha and olsun, övladlarımı incidənə şəfaət etməyəcəm.»[10]

3290. Allahın Peyğəmbəri (s): «Hər peyğəmbər Allah dərgahına dua etmiş və Ondan bir şey istəmişdir. Amma mən (Allahdan) öz xahişimi Qiyamət günü ummətimə şəfaət etmək üçün saxlamışam»[11]

3291. İmam Baqir (ə): «Tezliklə Rəbbin sənə elə bir şey bəxş edər ki, ondan razı olarsan» ayəsi barədə- «Bu şəfaətdir. Allaha and olsun, şəfaətdir, Allaha and olsun ki, şəfaətdir.»[12]

3292. İmam Sadiq (ə):- «Şəfaət haqqı yalnız… «ayəsi barədə-  «Yalnız Əmirəl-möminin (ə) və ondan sonra gələn imamlara etiqadı olanlara məxsusdur. Bu da Allah yanında sahib olduqları həmin əhd-peymandır.»[13]

 

1027. Şəfaətdən məhrum olanlar

3293. Allahın Peyğəmbəri (s): «Mənim şəfaətim iki nəfərə çatmaz:«Qüdrət sahibi olan zalıma və dindən çıxmış üsyankara.»[14]

3294. Allahın Peyğəmbəri (s): «Mənim şəfaətim müşriklər və zalımlar istisna olmaqla, böyük günah edənlər barəsindədir.»[15]

3295. Allahın Peyğəmbəri (s): «Namazı yüngül sayan mənim şəfaətimə çatmayacaq. Allaha and olsun ki, Kövsər hovuzunun kənarında mənimlə görüşməyəcək.»[16]

3296. Allahın Peyğəmbəri(s): «Kim mənim şəfaət etməyimə iman qətirməsə, Allah-taala mənim şəfaətimi ona çatdırmayacaq»[17]

3297. İmam Sadiq (ə) (dünyadan köçmək anı gələndə, qohuməqrəbasının o Həzrətin (ə) yanına toplaşmasın tapşırdı sonra buyurdu): «Namazı yüngül sayan, heç vaxt bizim şəfaətimizə nail olmayacaq.»[18]

3298. İmam Sadiq (ə): «Nasibi olan şəxsin barəsində hətta müqərrəb (yaxın) mələklər və mürsəl peyğəmbərlər də şəfaət etsə, şəfaətləri qəbul olunmayacaq.»[19]

 

1028. Hamının şəfaətə möhtac olması.

3299. «Biharul-Ənvar»:«Əbu Əymən İmam Baqirə (ə) dedi: «Ey əbu-Cəfər! Siz həmişə xalqı aldadıb, Məhəmmədin şəfaəti, Məhəmmədin şəfaəti – deyirsiniz.» Həzrət (ə) o qədər narahat oldu ki, üzünün rəngi qaraldı. Sonra buyurdu: «Vay olsun sənə, ey Əbu Əymən! Qarnının və şəhvətinin iffəti səni aldatdı?! Əgər Qiyamətin dəhşətli səhnələrini görsən hökmən Məhəmmədin (s) şəfaətinə möhtac olacaqsan. Vay olsun sənə, məgər şəfaət yalnız Cəhənnəm atəşi onlara vacib olan şəxslərə aiddir?» Bu vaxt buyurdu: «İlk insanlardan sonuncuyadək elə bir şəxs yoxdur ki, Qiyamət günü Məhəmmədin (s) şəfaətinə möhtac olmasın.»[20]

 

1029. Şəfaət edənlər

3300. Allahın Peyğəmbəri (s): «Allah yanında üç dəstə şəfaət edər və səfaətləri qəbul olunar: «Peyğəmbərlər, sonra alimlər, sonra da şəhidlər.»[21]

3301. Allahın Peyğəmbəri (s): «Şəfaət etmək peyğəmbərlərə, vəsilərə, möminlərə və mələklərə məxsusdur.»[22]

3302. Allahın Peyğəmbəri(s):Şəfaət edənlər beşdir: Qur‘an, qohum, əmanət, sizin Peyğəmbəriniz və Peyğəmbərinizin Əhli-Beyti(ə) [23]

3303. Allahın Peyğəmbəri (s): «Tövbədən faydalı şəfaətçi yoxdur.»[24]

3304. İmam Əli (ə): «İnsanların şəfaətçisi haqqa əməl etmək, sədaqət və doğruluğa vəfalı qalmaqdır.»[25]

1030. Vasitə

Quran

«Ey möminlər! Allahdan qorxun. Ona (pənah gətirməyə) yaxınlaşmağa çalışın və Onun yolunda cihad edin ki, bəlkə nicat taparsınız.»[26]

Hədis

3305. Allahın Peyğəmbəri (s): «Allahdan mənim «vasitə» olmağımı diləyin… Kim mənim «vasitə» olmağımı diləsə, ona şəfaət olunar.»[27]

3306. Allahın Peyğəmbəri(s): «İmamlar Hüseynin (ə) nəslindəndir. Kim onlara itaət edərsə, Allaha itaət etmişdir. Kim onlara itaətsizlik göstərərsə, Allaha itaətsizlik etmişdir. Onlar Allaha yaxınlaşmaq üçün ən möhkəm vasitədirlər.»[28]

1031. Şəfaətə ən çox ləyaqəti olan insan

3307. Allahın Peyğəmbəri(s):«Həqiqətən, sabah, Qiyamətdə sizlərdən mənə ən yaxın və mənim şəfaətimə ən çox ləyaqəti olan şəxs ən doğru danışanınız, əmanətə hamıdan çox sadiq olanınız, hamıdan əxlaqlı və insanlara ən yaxın olanınızdır.»[29]

 

1032. Möminin şəfaəti onun əməli qədərdir.

3308. Allahın Peyğəmbəri (s): «Möminlərin arasında da elələri var ki, «rəbiə» və «muzir» qəbilələri qədər şəfaət edəcəklər. Şəfaətə hamıdan az haqqı olan möminlər fəqət otuz nəfərə şəfaət edəcəklər.»[30]

3309. İmam Baqir(ə): «İnsan var öz xalqına və qohum əqrəbasına şəfaət edəcək, insan var öz ailəsinə şəfaət edəcək, insan da var öz əməli qədər iki nəfərin haqqında şəfaət edəcək. Budur, elə Mahmud (bəyənilmiş)
məqamı.» [31]

 

 

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Kənzul-Ummal, hədis 6489

[2] Kənzul-Ummal, hədis 6496

[3] Tuhəful-Uqul,səh. 381

[4] Zumər, ayə 44

[5] Bəqərə, ayə 255

[6] Məryəm, ayə 87

[7] Ta-ha, ayə 109

[8] Kənzul-Ummal, hədis 39057

[9] Kənzul-Ummal, hədis 39043

[10] Əmali-Səduq,səh. 242 , hədis 3

[11] əl-Xisal,səh. 29 , hədis 103

[12] Biharul-Ənvar, c.8,səh. 57 , hədis 72

[13] Biharul-Ənvar, c.8,səh. 57 , hədis 9

[14] əl-Xisal,səh. 63 , hədis 93

[15] əl-Xisal,səh. 355 , hədis 36

[16] əl-Məhasin, c.1,  səh.159 , hədis 223

[17] Uyune Əxbare Rza, c.1, səh. 136 , hədis 35

[18] əl-Məhasin, c.1, səh. 294 , hədis 587

[19] əl-Məhasin, c.1, səh. 159 , hədis 225

[20] Biharul-Ənvar, c.8,səh. 38 , hədis 16

[21] əl-Xisal,səh. 156 , hədis 197

[22] Biharul-Ənvar, c.8,səh. 58 , hədis 75

[23] Biharul-Ənvar, c.8,səh. 43 , hədis 39

[24] Biharul-Ənvar, c.8,səh. 58 , hədis 75

[25] Ğurərul-Hikəm, hədis 5789

[26] Maidə, ayə 35

[27] Səhihi-Muslim , hədis 384

[28] Uyune Əxbare  Rza (ə), c.2,səh.58 , hədis 217

[29] Əmali-Səduq,səh. 411 , hədis 5

[30] Biharul-Ənvar, c.8,səh. 58 , hədis 75

[31] Biharul-Ənvar, c.8,səh. 43 , hədis 41


more post like this