Əgər bir dilənçi pul istəyirsə və ya nəzirin olub ona pul verirsənsə bilmədən ki onun buna ehtiyacı var ya yalançıdır sədəqə verilənə savab yazılırmı? Başqa dindən olan şəxslərə sədəqə vermək düzgündürmü? Bir də “filan işim düzəlsin, filan qədər nəzir vərəcəm” demək nə dərəcədə dogrudur? Ümumiyyətlə sədəqə ilə bağlı geniş məlumat versəniz sad olaram. Cavab: Dini təlimlərə əsasən sədəqə verməyin altı fayda və xasiyyət vardır: 1- Sədəqə verənin malı bərəkətli və çox olar. 2- Sədəqə verənin ömrü uzanar və qəfil ölüm və pis hadisələrdən amanda qalar. 3- Sədəqə fəqr və yoxsulluğu aradan aparır 4- Sədəqə verənin xəstəlikləri məhv olar və canı həmişə sağlam qalar 5- Səqəqə qiyamət günü əməl tərəzisini ağırlaşdırır və sədəqə verənlər sirat körpüsündən asan keçərlər. 6- Səqəqə qiyamət günü cəhənnəm odu ilə sədəqə verənin arasında qalxan olar. Başqa bir hədisdə Peyğəmbər (s) buyurur: “Sədəqə yetmiş növ bəlanı insandan uzaqlaşdırır”. Və həmçinin buyurmuşdur: Sədəqə vermək şeytanın belini sındırar. (Səfinətul-bihar, 2/23 və Siracul-qulub, s.97). Peyğəmbər (s) Şəbaniyyə xütbəsində buyurur: “Ramazan ayında fəqir (yoxsuldur, amma heç vaxt kimdənsə kömək istəmir) və miskinlərə (özü kömək istəyir və yoxsulluğunu aşkar edir) sədəqə verin (Fəqirlərə daha çox kömık edin. Çünki onlar özünün və müsəlmanların şərəf və izzətini qoryur və dilənmirlər). Sədəqə səbəb olar ki, orucun fəzilət və savabı daha çox olsun”. Əllamə İbni Fəhəd sədəqə barəsində deyir: “Sədəqə və hədiyyə vermək altı növdür (və ya bu altı şeyin sədəqəsi verilməlidir): 1- Dillə sədəqə vermək (insanların arasında sülh yarat) 2- Məqam və adından sədəqə vermək (insanların problemlərini həll et) 3- Ağıl və şüurunla sədəqə vermək (səndən məsləhət istəyənlərə doğru yol göstər və onlara xəyanət etmə) 4- Nitqinlə sədəqə vermək (İslamdan və məzlumların hüquqlarından müdafiə et) 5- Elv və biliyinlə sədəqə vermək (Başqalrına elm öyrət və müsəlmanların fikri inkişafında çalış) 6- Mal-dövlətindən sədəqə vermək”. (Vəzayife ma dər mahe rəməzan, səh.116). Peyğəmbər (s) buyurur: Sədəqə verməklə ruzinizi çoxaldın….Sədəqə cəhənnəm odunu söndürür. Allahın qəzəbini insandan uzaqlaşdırır. Ömrü uzun edir. Böyük günahlar tez bağışlanır…. Sədəqə bəlanı uzaq edir… Sədəqə ruhu sakitləşdirir (psixi rahatlıq)… Cümə gecəsi və cümə günü, Ramazan ayı, sədəqə verməyin savabı daha çoxdur…. Küçəyə atılmış bir zibili də yerdən götürüb münasib yerinə qoymaq sədəqədir…. Xəstələrə baş çəkmək sədəqədir… İnsanlara salam verib, onları xoş dindirmək də sədəqədir… Qocalara və valideynlər hörmət etmək sədəqədir. Ölülərə Fatihə və salavat oxumaq və onlar üçün bağışlanmaq istəmək… (yəni ən yaxşı sədəqənin savabı bu işlərə veriləcəkdir). (Biharul-ənvar – Təfsire Safi – Adabun-nəfs-Əmaliye Tusi – Usuli kafi- İxtisas Mufid- Vəsailuşşiə – Töhəful uqul və s… kitablar)… Amma qaldı ki müsəlman olmayanlara kömək etmək, əgər müsəlmanların fəqiri və yoxsulu olmazsa onlara da kömək etmək olar. Amma birinci müsılman sonra qeyri-müsəlman. Hətta kafir ölkəsində yaşayırsansa müsəlman qadını olan yerdə, qeyri-müsəlmanla evlənmək imamlar tərəfindən pislənib. (Hətta müvəqqəti nikahda da). Elbette bir yerdesen ki müsəlman yoxdur və ya kömək istəyən qeyri-müəlmanın vəziyyəti çox pisdirsə və sənin köməyindən asılıdırsa ona kömək etməyin eybi yoxdur. Elbette bu o haldadır ki sən ona kömək edəndən sonra onun müsəlmana zərər vurmaq fikri olmasın. Həmçnin Azərbaycanda yayılmış qaraçılara sədəqə verməyin ki onlar yoxsul deyil və dilənmək onlar peşəsidir və ikincisi də onları dini yoxdur.Və sənə əl açan adamın düz danışdığını yoxlamaq vacib deyil, məgər ki sən ona külli miqdarda kömək etmək fikrində olasan. Məsələn istəyəsən ki onun bir illik ruzisini verəsən. Bu halda dəqiq məlumat toplamaq lazımdır. Elbette gərək elə edəsən ki abrı və mənliyi tapdalanmasın. Sədəqə nəzir etməyin də eybi yoxdur.


more post like this