909. Səcdələr

2922. İmam Əli (ə):«Bəndəni heç nə çoxlu səcdələr və rukular qədər pak olan Allaha yaxınlaşdırmaz.»[1]

2923. İmam Sadiq (ə) :«Səcdə, Adəm övladının ibadətinin zirvəsidir.»[2]

2924. İmam Sadiq (ə) (Səid ibn Yəsarın «Ruku halında dua edim ya səcdə halında?» sualına cavabından): «Bəli, səcdə halında dua et. Çünki bəndənin Allaha ən yaxın halı səcdədir. O halda dünyan və axirətin üçün Allahın dərgahına dua et.»[3]

 

910. Səcdəni uzatmaq

2925. Allahın Peyğəmbəri (s):«Allahın səni mənimlə birgə qəbirdən qaldırmasını istəyirsənsə, vahid Qəhhar olan Allahın dərgahına uzun səcdə et.»[4]

2926. İmam Əli (ə):«Səcdələri uzadın. Çünki iblis üçün Adəm övladını səcdə halında görmək qədər daha ağır və xoşagəlməz bir mənzərə yoxdur. Belə ki, səcdə etmək ona əmr olunsa da, əmrə itaət etmədi.»[5]

2927. İmam Sadiq (ə); «Bir dəstə insan Allahın Rəsulunun yanına gəlib ərz etdi:«Ey Allahın Rəsulu! Rəbbinin qarşısında Cənnəti bizə zəmanət ver.» Allahın Rəsulu(s) buyurdu:«Bir şərtlə ki, siz də uzun səcdələrlə mənə kömək edəsiniz.»[6]

2928. İmam Sadiq (ə):« Əli ibn Hüseyn (ə) səcdəyə gedəndə, bədənindən tər axanadək başını səcdədən qaldırmazdı.»[7]

 

911. Səcdə əlaməti

Quran:

«Üzlərində səcdələrin əsər-əlaməti var.»[8]

Hədis:

2929. İmam Əli (ə):«Mən kişi üçün alnının saf görünməyini və onda

 

səcdədən bir əsər-əlamət olmamasını bəyənmirəm.»[9]

2930. İmam Baqir (ə):«Atamın səcdə yerində bir nişanə peyda yaranmışdı. İldə iki dəfə və hər dəfə beş qabar ondan kəsərdi. Buna görə o Həzrətə «Zus-səfənat» yə’ni «qabar sahibi» deyərdilər.»[10]

 

912. İmam Hüseynin (ə) torpağına səcdə etmək

2931. İmam Sadiq (ə):«Hüseynin (ə) torpağına səcdə etmək yeddi hicabı yarar.»[11]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 



[1] Ğurərul-Hikəm,  hissə 10888

[2] əd-Də‘vat,səh. 33, hədis 70

[3] Biharul-Ənvar, c.85,səh. 131, hədis 6

[4] Biharul-Ənvar, c.85,səh. 164, hədis 12

[5] əl-Xisal,səh. 616, hədis 10

[6] Əmali-Tusi,səh. 664, hədis 1389

[7] Biharul-Ənvar, c.85,səh. 137, hədis 17

[8] Fəth, ayə 29

[9] Biharul-Ənvar, c.71,  səh.344, hədis 4

[10] İləluş-Şəraye, səh.233, hədis 2

[11] Biharul-Ənvar, c.85səh.153, hədis 14


more post like this