1. Ya Lətif! irhəm əbdəkəz zaif.

Ey Lətif!(Lütf edən) zəif bəndənə rəhm et.

2. Yə Cəlil! irhəm əbdəkəz zəlil.

Ey Cəlil!(Cəlallı) zəlil bəndənə rəhm et.

3. Yə vəliyyəl afiyəh! nəs’əlukəl afiyəh! Afiyətəd dini vəd dunya vəl axirah.

Ey Afiyət Sahibi! Səndən din, dünya və axirət afiyətini (salamatçılığını) istəyirik.

4. Yə xəyral məs’ulinə və ya xəyral mutin. Urzuqni vərzuq iyəli min fəzlik fəinnəkə zul fədlil əzim.

Ey hacət istənilənlərin ən yaxşısı, Ey əta edənlərin ən yaxşısı! Mənə və mənim əhli-əyalıma Öz fəzlindən ruzi əta et. Çünki Sən həqiqətən böyük fəzl və kərəm sahibisən.

5.Subbuh,Quddus! Rəbbul məlaikətu vər ruh.

Paksan, Müqəddəssən! Mələklər və ruhun Rəbbisən.

6.Yə muqallibəl qulub! Səbbit qulubəna əla dinik.

Ey Qəlblərin Sahibi! Qəlblərimizi dinində sabit elə.

 

Qunut duaları.

1. Rəbbəna atina fid dunya həsənətən və fil axirəti həsənəh və qina əzabən nar.

Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi cəhənnəm əzabından qoru.

2. Rəbbənəğ fir ləna vəli validəyyə və lil mu’mininə yəvmə yəqumul hisab.

Ey Rəbbimiz! Məni, valideynlərimi və bütün möminləri Haqq-Hesab günü bağışla.

3. Rəbbəna amilna bifəzlik və lə tuamilna biədlik yə kərim.

Ey Kərim olan Rəbbimiz! Bizimlə fəzlinlə rəftar et ədalətinlə yox.

4. Rəbbəna la tuziğ qulubəna bə’də iz hədəy təna vəhəb ləna min lədunkə rahməh, innəkə əntəl vəhhab.

Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra ürəklərimizə şəkk-şübhə salma! Bizə Öz tərəfindən bir mərhəmət bəxş et, çünki Sən həqiqətən, bəxş edənsən.

 

Hədislər.

1.Peyğəmbər(s.a.v.v.s) buyurub: Cəbrail (ə) Səfa və Mərvə dağı arasında mənə gəlib belə xəbər verdi: Ya Muhəmməd (s.a.v.v.s), sənin ümmətindən xoş o kimsələrin halına ki, səmimi qəlb ilə «la ilahə illallah» deyər. (Savabul ə’mal. səh 16)
2.İmam Sadiq (ə) buyurub: Kim yüz dəfə «la ilahə illallah» desə, həmin gün onun əməli bütün insanların əməlindən daha üstündür. Yalnız o kimsələrdən başqa ki, bunu daha artıq demiş ola. (Savabul ə’mal. səh 14)

www.Ehlibeyt-AkA.com
www.SonUmid.org

http://ehlibeyt-aka.com


more post like this