Həzrət Peyğəmbər (s) buyurur: “Həqiqətən, sizin aranızda iki canişin qoyuram: Allahın kitabı, göylə yer arasında uzanmış bir ip; itrətim, Əhli-beytim. Həqiqətən bu iki şey hovuz (behişt hovuzu) kənarında mənə yetişənədək bir-birindən ayrılmaz.” (“Müsnədi-Əhməd”, c. 5, s. 181.)

Bu hədisdə həzrət Peyğəmbər (s) buyurur ki, kitab və itrətim (Əhli-beytim) qiyamət gününədək bir-birindən ayrılmaz. Uyğun buyuruğa əsasən, qeyd olunan iki əmanətdən biri olmadıqda ikincisi də aradan götürülməlidir. Quran əlimizdədirsə, Əhli-beytin hüzuru da zəruridir.

İbn Hicr Məkki deyir: “Əhli-beytin (ə) tapşırıldığı hədislərdə belə bir nöqtəyə diqqət etmək lazımdır ki, qiyamət gününədək yer üzü Əhli-beytsiz ola bilməz. Əhli-beyt (ə) yer əhli üçün əmin-amanlıq kimi tanıtdırılır. Rəvayətdə deyilir: “Hər bir qövm və güruh arasında mənim Əhli-beytimdən olan ədalətli şəxs var.” (“Səvaiqul-muhriqə”, s. 90.)

Hafis Səmhuri deyir: “Səqəleyn” hədisindən məlum olur ki, hər bir dövrdə Əhli-beytdən bir şəxs olmalıdır. Qiyamət gününədək belə bir şəxsə üz tutmaq lazımdır. Çünki Əhli-beyt yer əhli üçün aman sayılmışdır. Onlar yer üzündən getsə, yer məhv olar.” (“Cəvahirul-əqdeyn”.)

Eyni məna Süyutinin “Cameus-səğir” kitabında Əllamə Minavidən nəql olunur. Şiə və sünnilərin yekdil olaraq mütəvatir hədis kimi qəbul etdiyi “Səqəleyn” hədisi təsdiqləyir ki, hər bir dövrdə peyğəmbər Əhli-beytindən məsum bir İmam olmalıdır. Bu məsum şəxslər mütləq hidayətə çatmış və zəlalətdən uzaq dayanmışlar. Bu səbəbdən də başqalarını hidayət edə bilir, azğınlıqdan çəkindirirlər. Dövrümüzdə bu şəxs yalnız Həzrət Mehdi (ə) ola bilər. http://sualcavab.ge

 


more post like this