ÜÇÜNCÜ İMAM

HÜSEYN İBNİ ƏLİ İBNİ ƏBİ TALİB (əleyhissalam)

Atası: Əli (əleyhissalam)

Anası: İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) qızı və qadınların üstünü Fatimədir.

Hicrətin dördüncü ilində Mədinədə doğulmuşdur. Hicrətin 61-ci ilində 72 nəfər əshabı, Əhli-Beyti (əleyhissalam) ilə məhərrəm ayının onuncu (aşura) günündə Kərbəla səhrasında şəhid olub və Kərbəlada dəfn olunub.

Birinci şəxsdir ki, Mədinədə ona xatir torpaq qızardı. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm)-in zövcəsi Ümmi Sələməyə bir qabda torpaq verib buyurur:

“Cəbrail nazil olub mənə xəbər verdi ki, Ümmətindən bir dəstəsi Hüseyni qətlə yetirəcək. Bu türbəti də mənə verdi. Dedi ki: Elə ki, bu torpaq qızardı bil ki, Hüseyn şəhid olur.”

Bu türbət o vaxta qədər Ümmi Sələmənin yanında qalır ki, imam Hüseyn (əleyhissalam) Kərbəlaya yola düşür.  Hər saatda torpağa baxır. Elə ki, torpaq qızarır,  vay Hüseyn!  Peyğəmbərin balası!  – deyə fəryad çəkir. Qadınlar hər tərəfdən gəlirlər. Mədinədə görünməmiş bir şivən qopur.

İmam Hüseyn (əleyhissalam) oğlu Zeynal-Abidin (əleyhissalam)-a belə vəsiyyət edir:

“Oğlum! Allahdan başqa köməyi olmayan bir nəfərə zülm eləmə!”[1]

DÖRDÜNCÜ İMAM

ƏLİ İBNİ HÜSEYN ZEYNAL-ABİDİN (əleyhissalam)

Hicrətin 38-ci ilində şə`ban ayında cümə günü Mədinədə dünyaya gəlir. Həcrətin 99-cu ilində zəhərlənir və şəhid olur. Rəvayətdə var ki, anası fars şahlarından Yəzdigərin qızıdır.

İmam Zeynal-Abidin (əleyhissalam) on yaşında ikən Kərbəlada iştirak edib. Ağır qızdırma içində olduğuna görə o hadisədə şəhid olmur. (Bu da Allahın bir hikmətindən idi) Zöhd və ibadətinə görə məşhur idi. Ona görə də “abidlərin ziynəti” ləqəbi qoyurlar. Alnında səcdə izləri çox qalardı. Gecələr fəqirlərə təam verməkdən ötrü onların mənzillərinə gedərdi.

Həzrət hədislərindən birində buyurur:

“Tənbəllik və əzəyyət verməkdən uzaq ol! Bu iki sifət bütün şərr işlərin açırıdır. Çünki, əgər tənbəl olsan haqqı qaytarmazsan. Əziyyət verən də olsan, haqq sözə səbr etməzsən”

BEŞİNCİ İMAM

MÜHƏMMƏD İBNİ ƏLİ ƏL-BAQİR (əleyhissalam)

Hicrətin 57-ci ilində Mədinədə dünyaya gəlmiş və 114-cü ilində zəhərlənərək şəhadətə yetmişdir. Mədinədə Bəqi qəbrəstanlığında dəfn olunmuşdur.

İslam Peyğəmbərinin (səlləllahu əleyhi və alehi və səlləm) səhabələrindən biri Cabir ibni Ənsaridən imam Baqir (əleyhissalam) belə rəvayət edir: Mən hələ balaca idim. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) bir gün Sizə salam göndərdəi. Soruşdular ki: Bu necə oldu? Cavab verir: Bir gün Peyğəmbərin (səlləllahu əleyhi və alehi və səlləm) yanında oturmuşdum. İmam Hüseyn (əleyhissalam) da orda idi. İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) mənə xitabən buyurdu:

“Ya Cabir! Bu balamın bir övladı olacaq. Adı da Əli olacaq. Qiyamət günündə nida edən çağrıcaq: Abidlərin ağası dursun! Bu zaman Hüseynin bu oğlu duracaq. Sonra Onun da (Zeynal-Abidinin) oğlu olacaq. Adı Mühəmməd olar. Sən onu görəcəksən. Onu görəndə məndən də ona salam de!”[2]

Başqa bir rəvayətdə isə belə nəql olunur ki, İslam Peyğəmbəri (səlləllahu əleyhi və alehi və səlləm) Cabirə buyurur:

“Sən o qədər yaşayarsan ki, balam Hüseynin övladından birini görərsən. Onun adı Mühəmməd olar. Elmləri, o cümlədən din elmini yaran və çox bilən olar. Elə ki, onu gördün məndən ona salam söylə!”[3]

İmam Mühəmməd Baqir (əleyhissalam) İslam elmlərini ən çox yayan olub və çoxlu şagirdləri olub. İmam hədislərdən birində buyurur:

“İnsanlarla, sizin başqalarının sizə ən yaxşı münasibəti və davranışı olmasını istədiyiniz kimi davranın! Allah-taala möminlərə söyüş verənə, təhqir edənə və əziyyət edənə qəzəb edər!”[4]  ALTINCI İMAM

CƏ`FƏR İBNİ MÜHƏMMƏD ƏS-SADİQ (əleyhissalam)

Hicrətin 80-cı ilində doğulub və 148-ci ildə Mədinədə vəfat edib. Bəqi qəbrəstanlığında dəfn olunub. İslam və dünyəvi elmləri çox tə`lim etmişdir.  Vəşşa adlı ravi belə nəql edir: Mən kufə məscidində oldum. 700 nəfər alimlə görüşdüm ki, hamısı deyirdi: Cə`fər ibni Mühəmməddən (əleyhissalam) nəql edirəm. Yə`ni, O mənə deyib. Həzrətin şagirdlərindən, Zürarə ibni Ə`yən, Mühəmməd ibni Müslim əs-Səqəfi və tanınmış kimya alimi Cabir ibni Həyyanın adını çəkmək olar.

İmam Sadiq (əleyhissalam)-ın dövrü elmi və mədəni inkişaf çox qabaqa getmişdi. Bu sahədə Əhli-Beyt (əleyhimussalam)-a və bu məktəbə münasib vaxt gəldi ki, bütün dünyaya yayılsın. Həzrət o qədər Əhli-Beyt (əleyhimussalam) məktəbinin şagirdlərini hazırlayır ki, şiə məzhəbinin adı O həzrətin adı ilə bağlıdır. (Cə`fəri məzhəbi)

Əbu Cə`fər Mənsur, imam Sadiq (əleyhissalam)-a bir nəfərdən sifariş göndərir ki: Nəyə görə başqa camaat kimi siz də bizə qoşulmursunuz? Həzrət (əleyhissalam) cavabında yazır:

“Biz dünya malına vurulmamışıq ki səndən qorxub sənə müraciət edək və sənin də yanında axirətdən bir şey də yoxdur ki, ona görə sənin yanına gələk!”[5]

İmam  Sadiq (əleyhissalam)-dan nəql olunur:

Zalimin öz zülmünə dəlillərindən biri budur ki, Allah-taala zülm olunan şəxsi ona müsəllət edər. Əgər çağırsa ona cavab verməz.”

DOQQUZUNCU DƏRS

YEDDİNCİ İMAM

MUSA İBNİ CƏ`FƏR ƏL-KAZİM (əleyhissalam)

Hicrətin 128-ci ilində dünyaya gəlmiş, 183-cü ildə Bağdadda Harun Ər-Rəşidin zindanında zəhərlənib şəhid olmuşdur. Bağdadın ətrafında dəfn olunur və həmin münasibətlə o yerə Kazimiyyə deyiblər. Zalim hakimlərin zülm və əziyyətləri müqabilində çox səbrli, həlim və dözümlü olduğuna görə ona Kazim ləqəbi verilib. Xüsusilə, O həzrətə (əlyehissalam)  Harun Rəşid çox zülm etmiş, zindana salmış və dəfələrlə əziyyətə salmışdır. Mühəmməd ibni Təlhə Şafi imam Kazim  (əlyehissalam)  barəsində yazır:

“Çox əzəmətli və məqamlı imam idi. Şə`n və şöhrəti müsəlmanlar arasında mə`lum idi. Din yolunda ən çox bilən və çalışan və ən çox ibadətdə məşhur olan idi. Çoxlu kəramətləri olub və itaətdə olardı. Gecəni səcdə və qiyam halında keçirir, gündüzlər oruc tutur və sədəqə verirdi. Çox həmlələrə və zülmlərə dözdüyünə görə həzrətə Kazim (səbrli) ləqəbi deyilib.” [6]

İmam (əleyhissalam) Hişam ibni Həkəmə belə vəsiyyət edir:

“Həqiqətən, Allahın insanlar üzərində iki höccəti var. Birinci zahiri höccət, ikinci batini höccət. Zahiri höccət, peyğəmbər, rəsullar və imamlardır. Amma batini höccət isə ağıldır… Ya Hişam! Ağıllı adamdan az əməl çoxluqla qəbul olar. Amma cahil və nəfsinə tabe olandan baş verən çox əməl rədd olunar!”

SƏKKİZİNCİ İMAM

ƏLİ İBNİ MUSA ƏR-RİZA (əleyhissalam)

Hicrətin 148-ci ilində dünyaya gəlmiş 203-cü ildə Xorasan vila  yətinin Tus məntəqəsində zəhərlənərək şəhid olur. Müsəlmanlar arasında o qədər fəzilət, kəramət və hikməti ilə tanınır ki, hakim dövran Mə`mun Abbasi Həzrətdən istəyir ki onun canişini olsun. Zorla da olsa İmama (əleyhissalam) bu məsuliyyəti qəbul etdirirlər və İmam (əleyhissalam) şərt qoyur ki, heç bir dövlət məsuliyyətini və hökmünü öhdəsinə almayacaq.

İmam Riza (əleyhissalam) bir çox münhəriflərlə o cümlədən, zənadiqlərlə elmi münazirə aparmış və onları tutarlı dəlillə rədd etmişdir. Bu yolda qarşı tərəf düşmənçilik etmək əvəzinə İmamı (əleyhissalam) dost tutmuş və Ona iman gətirmişdir.

İmam Riza (əleyhissalam) hədislərdən birində buyurur:

“Hər bir insanın dostu onun ağlı, düşməni isə cəhalətidir.”

Həzrət başqa bir hədisdə buyurur:   “Təmizliyə riayət etmək peyğəmbərlərin əxlaqlarındandır!”

DOQQUZUNCU İMAM

MÜHƏMMƏD İBNİ ƏLİ ƏL-CAVAD (əleyhissalam)

Hicrətin 195-ci ildə dünyaya gəlmiş və 220-ci ildə Mö`təsim Abbasinin hiyləsi ilə zəhərlənib şəhid olub Kazimeyn şəhərində imam Kazim  (əleyhissalam)-ın yanında dəfn olunub.

Az yaşında imamətə gəlməsinə baxmayaraq çox elmli və hikmətli bir insan olub. Həzrəti öz nəzarətində saxlamaqdan ötrü Mə`mun öz qızını Ona verir. İmam Cavad (əleyhissalam)-ın az yaşında imamətə gəlib belə bir elmə, fəzilətə və savada malik olması dəlalət edir ki, Əhli-Beyt (əlyehimussalam)-ın elmi xüsusi elmdir və bu elmi almaqdan ötrü müəllimə ehtiyac yoxdur. Onların elmi bir başa Allahdandır.

İmam (əleyhissalam) hədislərdə buyurur:

“Əgər cahil sakit olsa, insanlar ixtilaf etməz!”

İmam (əleyhissalam) başqa hadisdə buyurur:

“Mö`min şəxs bir neçə şeyə möhtacdır: Allahdan ona tofiq verilsin, nəfsi tərəfindən özü-özünü moizə etsin və onu nəsihət edəni qəbul etsin!”

ONUNCU İMAM

ƏLİ İBNİ MÜHƏMMƏD ƏL-HADİ (əleyhissalam)

Hicrətin 212-ci ilində dünyaya gəlmiş 254-cü ildə Samerrada zəhərlənib və orada dəfn olunub.

İmam Hadi (əleyhissalam) elə bir hakim və xəlifələrin dövründə yaşayıb ki, Əhli-Beytə qarşı (əleyhimussalam) şiddətlə qəzəb və düşmənçilikləri olub. Onlardan Mütəvəkkil Abbasini qeyd etmək olar.   Bu həmin hakimdir ki, göstəriş verir ki, imam Hüsyen (əleyhissalam)-ın qəbrini şumlatdırıb yerində buğda əkdirir. Mütəvəkkil Yəhya ibni Hərsəməti Mədinəyə göndərir ki, imam Hadi (əleyhissalam)-ı İraqa gətirsin. Yəhya nəql edir: Mədinəyə yola düşdüm. Elə ki, şəhərə daxil oldum əhalidən elə yanıqlı bir fəryad eşitdim hələ indiyə qədər heç kimdən elə bir yanıqlı səslər eşitməmişdim. Onlar mənim gəlişimlə imam Hadi (əleyhissalam)-ın canına xətər olduğunu hiss edib fəryad edirdilər. Sanki, bütün dünya ayağa durdu. Ona görə ki, hamı o Həzrəti çox sevir və onların yanında qalmasını istəyirdilər. Əhali bilirdi ki, İmamın (əleyhissalam) dünyaya heç bir meyli yoxdur. Yəhya nəql edir: mən orda bir müddət qaldım və onlara and içdim ki, mən imama heç bir hiylə qurmaqdan ötrü gəlməmişəm. Bizim ona heç bir iradımız yoxdur. Sonra İmamın (əleyhissalam) mənzilinə yola düşdüm. Həzrətin evində elmi kitablar və Allah-taala ilə munacat dualarından başqa bir şey tapmadım. Bununla da Həzrət mənim gözümdə əzəmətli oldu…..”[7]

İmam (əleyhissalam) hədislərdən birində buyurur:

“Hər kəsə nəfsi üstün gəlsə, onun şərrindən amanda qalmaq olmaz!”

ON BİRİNCİ İMAM

İMAM ƏL-HƏSƏN ƏSGƏRİ (əleyhissalam)

Hicrətin 232-ci ilində doğulmuş 260-cı ildə Samerra şəhərində vəfat etmiş və orada da dəfn olunmuşdur.

Mühəmməd ibni Əbdül-Əzizi Bəlxi nəql edir: Bir gün sübh tezdən çöldə qoyunların yanında oturmuşdum. Birdən gördüm ki, imam Həsən Əsgəri (əleyhissalam)-ı mənzilindən çıxarıb saraya tərəf aparırlar. Öz-özümə fikirləşdim görəsən nə olar ki, fəryad çəkim ay camaat! Bu kişi Allahın yer üzündə höccətidir. Bunu hamınız tanıyın! – deyim.  Sonra  qoy məni öldürsünlər.

Elə ki, İmam (əleyhissalam) mənim yanımdan keçdi, barmağını ağzına tutub mənə sakit olmağımı işarə etdi. Həmin gecə Həzrəti yenə gördüm, buyurdu: “Sən orda ya gizlətməli idin ya da ölməli idin. Allah buyurur ki, özünüzü qoruyun!”[8]

Dövranının zalim hakimi dəfələrlə Həzrəti zindana salmışdır. Həzrət (əleyhissalam) Abbasilərin zindanında olanda zindan başı Saleh ibni Vəsifə tapşırırlar ki, Həzrəti sıxıntıda saxlasın. Saleh onlara cavab verir: Mən onunla nə edə bilərəm? Ona iki keşikçi qoymuşam ki, ən şərr adamlardır. O, bu iki şərr adamı ibadət və namaza tərəf gətirmişdir. Bu böyük bir işdir. Hakim göstəriş verir ki, o iki nəfəri çağırsınlır. Onlardan soruşur: Ar olsun sizə! Bu kişi sizə nə edib? Cavab verirlər: Biz, gündüzləri oruc tutub gecələri ibadətdə olan bir şəxs barəsində nə deyə bilərik. İbadətdən başqa bir şey danışmır və məşğul olmur. Elə ki, bizə baxırdı biz Onun yanındı xəcalət çəkirdik. Abbasi zalimləri bu sözləri eşitdikdə xəcalətlərindən başlarını  aşağı saldılar.[9]

İmam Həsən Əsgəri (əleyhissalam) hədislərindən birində buyurur:

“Təvazökarlıqdan biri də budur ki, müsəlman hər yanından ötənə salam versin və məclisdə aşağı tərəfdə otursun!”

Başqa hədisdə buyurur:

“Övladın uşaq vaxtı atasına cür`ət etməsi böyüyəndə onun ağ valideyn olmasına işarədir.”

ƏQİDƏMİZ NƏDİR? (ON DƏRS) KITABI

 


more post like this