Firqələr tərəfindən nəql olunmuş rəvayətlərə əsasən, həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) Nuhun gəmisinə (“Səfinə”) bənzətmişdir.

İbn Hicr Məkki həzrət Peyğəmbərin (s) dilindən belə nəql edir: “Həqiqətən, mənim Əhli-beytim (ə) Nuhun gəmisi kimidir. Hər kəs bu gəmiyə süvar olsa, nicat tapar.”

Bu hədis müxtəlif yollarla, müxtəlif şəkillərdə nəql olunmuşdur. Onun məzmunu haqqında dərindən düşündükdə aydın olur ki, qiyamət gününədək hər bir dövrdə məsum İmam olmalıdır. Yalnız İmamın varlığı ilə qurtuluş gəmisinə süvar olub fitnə dəryasından keçmək və behiştə yetişmək olar.

http://sualcavab.ge


more post like this