806. Ruzi verən

Quran

«Həqiqətən, ruzi verən də, yenilməz qüvvə sahibi də Allahdır.»[1]

«Həqiqətən, Rəbbin istədiyi kəsin ruzisini artırar, ya azaldar. O, öz bəndələrinin halını bilən və görəndir.[2]

Hədis:

2549. İmam Əli (ə):«Ruzinin azalıb çoxalmasının ixtiyarı ruzi verən Allahdan başqa heç kəsin əlində deyil.»[3]

2550. İmam Əli (ə) :«Allah-taala ruziləri təyin etdi, bu vaxt onları az, ya çox, genbol və sıx surətdə ədalətlə böldü ki, istədiyi kəsi ruzinin bolluğu və ya azlığı ilə imtahana çəksin və bunun vasitəsilə varlının və kasıbın şükrünü səbrini aşkara çıxartsın.»[4]

 

807. Ruziyə zəmanət verilməsi

Quran:

«Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisi Allahın öhdəsində olmasın. Allah onun olduğu və qayıdacağı (öləcəyi) yeri bilir. Çünki bunların hamısı açıq-aydın kitabdadır (Lövhi-məhfuzdadır).»[5]

Hədis

2551. Allahın Peyğəmbəri (s):«Zəmanət verilmiş ruzini qazanmaqla məşğul olmağın səni Allahın vacib etdiyi əməlləri yerinə yetirməkdən saxlamasın. Çünki sənin qismətində nə varsa sənə çatacaqdır və qismətində olmayan şeyə sənin əlin yetməyəcək.»[6]

2552. İmam Əli (ə):«Hər canlının öz ruzisi var.»[7]

2553. İmam Əli (ə):«Bu qarğadır, o isə qartal, bu göyərçindir, o da dəvəquşu. Hər bir quşu adı ilə çağırıb və onun ruzisinə zəmanət verib.»[8]

2554. İmam Əli (ə) :«İnsanlar Allahın çörəyini yeyənlərdir. Allah

 

onların ruzisinə zamin durmuş və yeməklərini təyin etmişdir.»[9]

2555. İmam Əli (ə):«Ruzini axtarın. Çünki ruzi onu axtaran üçün zamin olunmuşdur.»[10]

2556. İmam Əskəri (ə) :«Zəmanət verilmiş ruzi səni vacib işlərdən çəkindirməsin.»[11]

 

808. Hərislik və ruzinin artması

57. Allahın Peyğəmbəri (s):«Nə hərisin acgözlüyü ruzini ona tərəf çəkər, nə də kimsənin ruzidən xoşlanmaması ruzini ondan çəkindirər.»[12]

2558. İmam Əli (ə):«Bilin ki, Allah-taalanın bəndəyə qismət etdiyi ruzi, onun zirəkliyi və tədbirliliyi az olsa da, əyər-əskiklik olmadan onun əlinə yetişəcək. Eləcə də, çox zirək və tədbirli olsa da, Allah-taalanın onun üçün təqdir etdiyindən çox ruzi  əlinə çatmayacaq.»[13]

2559. İmam Sadiq (ə) :«Ruzi hər kəsə öz miqdarında təyin olunubsa hərislik nəyə lazım?»[14]

2560. İmam Sadiq (ə) :«Allah-taala sadəlövhlərin ruzisini bol etdi ki, əql sahibləri ibrət alsın və bilsinlər ki, dünya çalışmaq və zirəkliklə əldə olunmaz.»[15]

 

809. Ruzini orta həddə istəməyə həvəsləndirmək

2561. Allahın Peyğəmbəri (s):«Həqiqətən, Cəbrayıl qəlbimə belə təlqin etdi ki, heç kəs öz ruzisini tam şəkildə əldə etməmiş dünyadan köçməz. Beləliklə, Allahdan qorxun, ruzi istəməkdə orta həddi gözləyin və ruzinin gec gəlib çatması sizi onu haram yollarla axtarmağa vadar etməsin. Çünki Allahın nemətləri ona itaətdən qeyri bir yolla ələ gəlməz.»[16]

2562. İmam Əli (ə):«Dünyadan sənə nə çatarsa, götür və səndən nə üz döndərərsə, onu tərk et. Əgər belə etməsən, ən azı dünyanı istəməkdə orta həddi gözlə.»[17]

2563. İmam Sadiq (ə):«Yaşayışın üçün istədiyin ruzinin miqdarı ruzi dalınca getməyən kimsənin istəyindən çox və qəlbini dünyaya bağlayan, ondan razı olan həris şəxsin tələbindən az olsun. Mötədil və həyalı ol, tənbəllikdən və zəiflikdən çəkin. Mömin üçün nəsib edilən ruzidən ötrü çalış.»[18]

 

 

 

810. Ruzi və onu axtaran

2564. Allahın Peyğəmbəri (s):«Əgər insan ölümdən qaçdığı kimi ruzidən qaçsaydı, ölüm gəlib onu haqladığı kimi, ruzi də yenə gəlib ona çatardı.»[19]

2565. İmam Əli (ə):«Ruzi, onu axtarmayanın sorağındadır.»[20]

2566. İmam Əli (ə):«Ruzi iki növdür:  Birinci, sənin onun dalınca getdiyin ruzi, ikinci də onun sənin arxanca gəldiyi ruzi.Əgər sən də onu axtarmasan, özü sənin yanına gələcək.»[21]

2567. İmam Sadiq (ə):«Allah-taala möminlərin ruzisini, onların heç fikirləşmədikləri yerdən çatdırar. Səbəbi də budur ki, mömin ruzisinin haradan gələcəyini bilməyəndə çox dua edər.» [22]

 

811. Sabahın ruzisinin qəmini çəkmək

2568. Allahın Peyğəmbəri (s):«Sabahın ruzisinin qəmini çəkmə. Çünki hər sabah öz ruzisini gətirər.»[23]

2569. İmam Sadiq (ə):«Öz ruzisinin qəmini çəkənə bir günah yazılar.»[24]

 

812. Ruzinin gəlişinin gecikməsi

2570. Allahın Peyğəmbəri (s):«Böyük və pak Allah buyurur:«Məni ruzi verməkdə ləng hesab edən bəndə qorxsun ki, qəzəbə gəlib dünyanın bir qapısını onun üzünə açaram.»[25]

2571.  Allahın Peyğəmbəri (s):«Allah-taala hər kəsə bir nemət bəxş edərsə, həmin şəxs Allaha həmd və şükr etməlidir. Kimin ruzisi tə‘xirə düşərsə Allahdan günahlarının bağışlanmasını istəsin.»[26]

2572. Allahın Peyğəmbəri (s):«Öz ruzisinin tə‘xirə düşdüyünü və az olduğunu görən şəxs, gərək çoxlu təkbir desin və qəmi-qüssəsi çox olan, çoxlu istiğfar etsin.»[27]

 

813. Ruzi gətirən və artıran şey

2573. Allahın Peyğəmbəri (s):«Camaata yemək ehsanı verən şəxsin ruzisi, bıçağın dəvənin belinə batmasından daha tez gələr.»[28]

2574. Allahın Peyğəmbəri (s) («İstəyirəm ki, ruzim çox olsun» deyə müraciət edənə buyurub): «Həmişə təharətdə (şəriət qaydalarına əsasən təmizlik) və pak halda ol, ruzin artar.»[29]

2575.  Allahın Peyğəmbəri (s):«Çoxlu sədəqə verin ki, Allah sizə ruzi yetirsin.»[30]

2576. İmam Əli (ə) :«Din qardaşına maddi kömək etmək ruzini artırar.»[31]

2577. İmam Əli (ə):«Əmanətə sadiq qalmaq ruzini artırar.»[32]

2578. İmam Əli (ə):«Sədəqə verməklə ruzini (yerə) endirin.»[33]

2579. İmam Əli (ə):«Xoş niyyətli olanın, ruzisi çox olar.»[34]

2580. İmam Baqir (ə):«Həmişə din qardaşına dua et ki, bu əməl ruzini sənə tərəf yönəldər.»[35]

2581. İmam Baqir (ə):«Zəkat vermək ruzini artırar.»[36]

2582. İmam Sadiq (ə):«Ailəsi ilə mehriban davrananın ruzisi artar.»[37]

2583. İmam Sadiq (ə):«Yaxşı işlər görmək ruzini artırar.»[38]

2584. İmam Sadiq (ə):«Gözəl əxlaq ruzini artırar.»[39]

 

814. Ruzinin kəsilməsinin səbəbi

2585. Allahın Peyğəmbəri (s):«Kim müsəlman qardaşının hüquqlarından birini yerinə yetirməsə, tövbə etmədiyi halda, Allah-taala ruzinin bərəkətini ona haram edər.»[40]

2586. İmam Baqir (ə):«Bəndə günah edər və bu səbəbdən ruzi ondan geri götürülər.»[41]

2587. İmam Sadiq (ə):«Çox haram yemək ruzini aradan götürər.»[42]

 

815. Halal ruzi axtarmaq

2588. Allahın Peyğəmbəri (s):«İbadət on hissədir, onun doqquzu halal ruzi axtarmaqdır.»[43]

2589. Allahın Peyğəmbəri (s):«Ailəsinin dolanışığı üçün zəhmət çəkən şəxs, Allah yolunda cihad edən mücahid kimidir.»[44]

2590. Allahın Peyğəmbəri (s):«Allah-taala, bəndəsini halal ruzi qazanmaq yolunda yorğun görməyi sevər.»[45]

2591. Allahın Peyğəmbəri (s):«Halal ruzi qazanmaq hər müsəlman kişi və qadına vacibdir.»[46]

2592. Allahın Peyğəmbəri (s):«Öz zəhməti ilə çörək yeyən şəxs sirat körpüsündün ildırım kimi keçəcək.»[47]

2593. Peyğəmbər (s):«Allah-taala öz zəhməti ilə çörək yeyən kəsə rəhmət nəzərilə baxar və heç vaxt ona əzab verməz.»[48]

2594. Allahın Peyğəmbəri (s):«Öz ailəsinin xərcini təmin etməyən kəs məl‘undur, məl‘un.»[49]

2595. Müfəzzəl ibn Ömər:«Dünyanın bəzi şeylərindən axirət üçün kömək götürün. Çünki imam Sadiqin(ə) belə buyurduğunu eşitdim:«Bəzi dünya şeylərindən axirət üçün kömək götürün və insanlara artıq yük olmayın.»[50]

 

816. Ən yaxşı ruzi kafi həddə olandır

2596. Allahın Peyğəmbəri (s):«İlahi! Məhəmməd və onun ailəsinin haqqına, Məhəmməd və onun ailəsini sevən kəsin hörmətinə pak və kifayət edən qədər ruzi ver. Məhəmməd və onun ailəsini düşmən bilən kəsə mal-dövlət və övlad bəxş et.»[51]

2597. Allahın Peyğəmbəri (s):«Ən yaxşı ruzi kifayət edən miqdarda olandır.»[52]

2598. Allahın Peyğəmbəri (s):«Az və kifayət edən miqdarda olan ruzi, çox və Allahı yad etməkdən çəkindirən ruzidən yaxşıdır.»[53]

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] Zariyat, ayə58

[2] İsra, ayə30

[3] Ğurərul-Hikəm, hədis 10838

[4] Nəhcül-Bəlağə, xütbə 91

[5] Hud, ayə6

[6] Biharul-Ənvar, c.77,səh.187, hədis10

[7] Əmali-Səduq,səh. 264, hədis9

[8] Nəhcül-Bəlağə, xütbə 185

[9] Nəhcül-Bəlağə, xütbə 91

[10] əl-İrşad, c.1,səh. 303

[11] Biharul-Ənvar, c.78,səh. 374 , hədis22

[12] Biharul-Ənvar, c.77,səh. 68 , hədis 7

[13] Əmali-Mufiq,səh. 207 , hədis39

[14] Əmali-Səduq,səh.16 , hədis5

[15] Biharul-Ənvar, c.103,səh. 34 , hədis63

[16] əl-Kafi, c.2,səh. 84 , hədis2

[17] Nəhcül-Bəlağə, hikmət 393

[18] Biharul-Ənvar, c.103,səh. 33 , hədis63

[19] Məkarimul-Əxlaq, c.2,səh. 377

[20] Ğurərul-Hikəm,hədis 1408

[21] Nəhcül-Bəlağə, məktub 31

[22] Nurus-Səqəleyn, c.5,səh. 354 , hədis34

[23] Biharul-Ənvar, c.77,səh. 67 , hədis6

[24] Əmali-Tusi,səh. 300 , hədis593

[25] Biharul-Ənvar, c.81,səh. 195 , hədis52

[26] Uyune Əxbare Rza, c.2,səh. 26 , hədis171

[27] Kənzul-Ummal,hədis 9325

[28] Biharul-Ənvar, c.74,səh. 362 , hədis71

[29] Kənzul-Ummal,hədis  44154

[30] Biharul-Ənvar, c.77,səh. 172, hədis10

[31] Biharul-Ənvar, c.74,səh. 395, hədis22

[32] Biharul-Ənvar, c.75,səh. 172, hədis8

[33] Nəhcül-Bəlağə, hikmət 137

[34] Biharul-Ənvar, c.103,səh. 21 , hədis18

[35] Biharul-Ənvar, c.76,səh. 60 , hədis14

[36] Biharul-Ənvar, c.96,səh.14 , hədis27

[37] Biharul-Ənvar, c.69,səh. 408 , hədis117

[38] Biharul-Ənvar, c.74,səh. 81 , hədis84

[39] Biharul-Ənvar, c.71,səh. 396 , hədis77

[40] Əmali-Səduq,səh. 350 , hədis1

[41] əl-Kafi, c.2,səh. 270 , hədis8

[42] Tuhəful-Uqul,səh. 372

[43] Biharul-Ənvar, c.103,səh. 9 , hədis37

[44] Biharul-Ənvar, c.103,səh. 13 , hədis59

[45] Kənzul-Ummal,hədis 9200

[46] Cami-Əxbar,səh. 389 , hədis1079

[47] Cami-Əxbar,səh. 390 , hədis1085

[48] Cami-Əxbar,səh. 390 , hədis1078

[49] Biharul-Ənvar, c.103,səh. 13 , hədis62

[50] Biharul-Ənvar, c.78,səh. 384 , hədis1

[51] əl-Kafi, c.2,səh. 140 , hədis3

[52] Biharul-Ənvar, c.77,səh. 168 , hədis4

[53] Əmali-Səduq,səh. 395 , hədis1


more post like this