817. Rüşvət

2599. Allahın Peyğəmbəri (s):«Rüşvət almaqdan çəkinin ki, həqiqətən, o, xalis küfrdür. Rüşvətxor Cənnətin ətrini duymayacaqdır.»[1]

2600. Allahın Peyğəmbəri (s):«Allah rüşvət verənə, rüşvət alana və onların arasında vasitəçi olana Lənət etsin.»[2]

2601. İmam Əli (ə):«Sizdən qabaqkılar ona görə ölümə və pozğunluğa düçar oldular ki, xalqı öz haqlarından məhrum etmişdilər və insanlar (çarəsiz qalıb rüşvət verməklə) o haqqı aldılar. Onlar insanları batil əməllərə və əyintilərə vadar etdilər, insanlar da onların ardınca getdilər.»[3]

2602. İmam Əli (ə):«Siz bilirsiniz ki, müsəlmanların namusunun, canının, qənimətlərinin (mallarının), hökmlərinin Məsuliyyətini və idarəçiliyini öz öhdəsinə götürən şəxs xəsis olmamalı və qərar verərkən, mühakimə edərkən rüşvət almamalıdır. Çünki əks halda, o, hüquqları pozacaq və haqqı haqq sahibinə çatdırmayacaqdır.»[4]

2603. İmam Əli (ə) («Çox haram yeyənlərdir» ayəsi haqda): «Bunlar, din qardaşlarının çətinliklərini həll etdikdən sonra onun hədiyyəsini qəbul edənlərdir.»[5]

2604. İmam Sadiq (ə):«Mühakimədə rüşvət almaq Allaha küfr etməkdir.»[6]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 

 

 

 



[1] Biharul-Ənvar, c.104,səh. 274 , hədis12

[2]  Kənzul-Ummal, hədis 15080

[3]  Nəhcül-Bəlağə, məktub 79

[4] Nəhcül-Bəlağə, xütbə 131

[5]  Biharul-Ənvar, c.104,səh. 273 , hədis5

[6]  əl-Kafi, c.8,səh. 409 , hədis2


more post like this