Ruhi rahatlıq əldə etmək – insan həyatının mühüm hədəflərindəndir. Üç mühüm yol vardır ki, əgər onunla irəliləsək, çətinliklər qarşısında müqavimətimiz daha güclü olar.
1. Allaha ümidvar olmaq.
Çətinliklərə düçar olan zaman Allahın sonsuz qüdrət və lütfünə ümidvar olmaq lazımdır. Belə bir insan Allaha təvəkkül edərək, bütün çətinliklərə qələbə çalar. Ancaq əgər insan Allahdan qeyrisinə söykənərsə, şübhəsiz ki, fayda əldə etməyəcəkdir.
Bu haqda ayətullahul-Üzma Əraki buyurur: “Mən həcc səfərinə gedən zaman çox istəyirdim ki, Həcərul-əsvədi görüm. Bir gün dostlarımla bir yerdə təvaf etmək üçün getdik ki, bəlkə onların yardımı ilə Həcərul-əsvədə yaxınlaşa bilərik. Qəflətən toplumda bir sıxışma oldu ki, bizi kənara atdı. Hər birimiz bir tərəfə atıldıq. Nəticəsi bu idi ki, Allahdan qeyrisinə ümid bəsləyib, onların yardımına etimad etmişdik”.
İmam Əli (ə) buyurur: “Sizlərdən heç biri Pərvərdigarından qeyrisinə ümidvar olmasın”.
Bütün alimlər bu inancdadır ki, ümidvar olmaq böyük müvəffəqiyyət əldə etməyin birinci şərtidir. Ümid edərək hər bir ümidsizliyə qalib gəlmək olar.
Allahın layiqli bəndəsi ehtiyaclarını Allahdan istəyər. Çarə yolunu Ondan istəyər. Allah da Öz iradəsi ilə onun çətinliklərini həll edər. Necə ki, Həzrət Yunus (ə) dənizin dərinliyində balığın qarnından nicat tapır.

2. Mənfi arzuları tərk etmək.
O kəslər ki, həqiqəti görən deyildirlər, mənfi arzular qurar və uzun arzuların ardınca olarlar. Onların layilqi şəxsiyyətləri olmaz. Bədbin olmaq onları cəmiyyətdə dəyərsiz edər. Dostlarının arasında da etibarsız olarlar. İnsan gərək ağlının köməyi ilə həqiqətləri dərk etsin və mənfi arzuları qəlbindən çıxartsın. Çünki uzun və mənfi arzular insanın düşüncə və ağlını zəiflədər.
İmam Əli (ə) buyurur: “Bilin ki, xam və mənfi arzular ağlı qəlfətə düçar edər”.
Uzun arzular insanı başqalarına möhtac edər və onu mənəvi həyatdan uzaqlaşdırar. İnsan ən aşağı mərtəbəyə süqut edər. Rey hökumətinin arzusu Ömər ibni Sədi Kərbəlaya tərəf çəkir və əlini Məsum İmamın (ə) qanına batırır.
Qurani-Kərimdə bu barədə buyurulur: «Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». (“Furqan” 28).

3. Səbir və hövsələ.
Həyatda nailiyyət qazanmağın ən mühüm amillərindən biri – səbir və hövsələdir. İnsan gərək həyatın xoşagəlməz hadisələri qarşısında səbir etsin. İnsan ictimai və iqtisadi çətinliklərə səbir edərək qələbə çala bilər. Onları müvəffəqiyyətə çevirə bilər. Hər cür səbirsizlik bizi süqut etdirər.
İmam Əli (ə) səbir haqda buyurur: “Hər bir işdə səbir edin ki, səbir imana nisbəti – başın bədənə olan nisbəti kimidir”.
Şübhəsiz ki, insan həyatı boyu çox sayda çətinliklərlə üzləşir. Əgər bu çətinliklərə qarşı hövsəlsiz olarsa, öz diqqətini əldən verərsə, çox asan məğlub olar. Həzrət Yusif (ə) quyuda olan zaman Allah ona səbrinə görə nicat verir.
İmam Əli (ə) buyurur: “O kəs ki, kiçik hadisəni böyük hesab edər, daha böyük müsibətlərə düçar olar”.
Çətinliklərə səbir etmək nəinki axirət savabı gətirər, əslində insanı nigarançılıqdan da xilas edər. “Sizi mütləq (boynunuza dini vəzifələr qoymaqla) sınayacağıq ki, mücahidlərinizi və səbirlilərinizi bilək (Bizim əzəli elmimiz xarici gerçəkliklə üst-üstə düşsün) və sizin xəbərlərinizi (əməlləriniz barəsindəki məlumatları) araşdıraq”. (“Muhəmməd (s)” surəsi, 31).
Allah bəzən biz insanların səbirini sınayır.
İmam Əli (ə) buyurur: “Səbir iki cürdür: biri xoşagəlməz hadisələr qarşısında səbir etmək və biri isə meyli olan şeylər qarşısında səbir etməkdir”.

Beləliklə deyə bilərik ki, İmam Əli (ə) həyatımızın daha rahat olması üçün bizlərə bu üç yolu tövsiyə edir. Bu üç yolla irəliləyək və çətinliklər qarşısında qalib olaq.

http://sualcavab.ge/


more post like this