835. Ruh

Quran:

«Səndən ruh haqda soruşarlar de ki, ruh mənim Rəbbimin əmrindəndir və elmdən sizə az bir miqdardan başqa bir şey verilməmişdir.»[1]

Hədis

2674. İmam Sadiq (ə):«Ruhlar bədənlə qarışmışlar. Bədənə söykənikli deyillər, əksinə bədəni araya alıb əhatə edirlər.»[2]

2675. İmam Sadiq (ə) :«Ruh, üzərinə qalın bədən geyindirilmiş zərif, incə bir cisimdir.»[3]

 

836. Ruhlar hazırlıqlı əsgərlərdir

2676. Allahın Peyğəmbəri (s):«Ruhlar hazırlıqlı əsgərlərdir. Tanış ruhlar qarşılıqlı ünsiyyətə girir, tanış olmayan ruhlar isə bir-birindən ayrılırlar.»[4]

2677. İmam Əli (ə):«Dostluq, ruhların ünsiyyəti sayəsində qəlblərin bir-birinə olan meylidir.»[5]

2678. Şəqiq ibn Səlmə:«Bir kişi Həzrət Əmirəl-mömininin (ə) yanına gəlib Onunla söhbət edir və söhbət əsnasında deyir:«Mən sizi sevirəm.» Əli (ə) buyurur:«Yalan deyirsən» Ərz edir:«Niyə, ey möminlərin ağası?» Buyurur:«Öz qəlbimdə sənin məhəbbətini tapmıram.»  Allahın Peyğəmbəri (s) buyurmuşdur:«Ruhlar fəzada bir-biri ilə görüşür və bir-birilərini qoxuyurdular. Bir-birini tanıyanlar bir yerə yığılır və tanış olmayanlar isə ayrılırdılar.»[6]

 

837. Ruhun halları

2679. İmam Əli (ə):«Bədənin altı halı var:  sağlamlıq, xəstəlik, ölüm, həyat, yuxu və oyaqlıq. Ruh da belədir:  həyatı onun elmi, ölümü onun nadanlığı, xəstəliyi isə onun şəkkidir.  Sağlamlığı onun əminliyidir, yuxusu onun qəfləti və oyaqlığı onun dərrakəsidir.»[7]

2680. İmam Sadiq (ə) (Əbu Bəsirin «Yuxu vaxtı ruh bədəndən çıxırmı?» – sualının cavabında): «Xeyr, ey Əbu Bəsir! Çünki ruh bədəndən ayrılsa bir daha ona qayıtmaz. Ancaq ruh səmanın ortasında günəş kimidir: onun şüası hər yerə saçar.»[8]

2681. İmam Kazim (ə):«İnsan yatanda onun heyvani ruhu bədəndə qalır.  Ondan çıxan isə əql ruhudur.»[9]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 



[1] İsra, ayə 85

[2] Biharul-Ənvar, c.61,səh. 40 , hədis11

[3] Biharul-Ənvar, c. 61,səh. 34 , hədis  7

[4] Kənzul-Ummal, hədis 24660

[5] Ğurərul-Hikəm,hədis 2057

[6] Kənzul-Ummal, hədis 25560

[7] Biharul-Ənvar,c. 61, səh.40 , hədis 10

[8] Camiul-Əxbar,səh. 488, hədis 1360

[9] Biharul-Ənvar, c.61, səh. 43 , hədis 19


more post like this