islamic mənbələri

    1. home

    2. article

    3. RUH NƏ ZAMAN BƏDƏNƏ AİD OLMAĞA BAŞLAYIR?

    RUH NƏ ZAMAN BƏDƏNƏ AİD OLMAĞA BAŞLAYIR?

    RUH NƏ ZAMAN BƏDƏNƏ AİD OLMAĞA BAŞLAYIR?
    Rate this post

     

     

    “Şübhəsiz, Biz insanı (ulu baba və nənəsini) gilin cövhərindən (ruh üfürməklə və ona möcüzəvi şəkildə can verməklə) yaratdıq. Sonra onu(nəslini) nütfə (torpağın maddələrinin cövhəri) şəklində möhkəm bir yerə (ana bətninə) qoyduq. Sonra nütfəni ələqə etdik (laxta qana çevirdik), sonra ələqəni muzğə etdik (çeynənmiş ət şəklinə saldıq). Ondan sonra muzğəni (yumşaq) sümüklər etdik. Beləliklə sümüklərə ət (libası) geyindirdik. Sonra onu (inkişaf etmək qabiliyyəti olan həmin cismi ruh üfürməklə ağıl və elmə layiq) başqa bir (canlı) məxluq (şəklində) vücuda gətirdik. Buna görə də afərin Allaha! Yaradanların ən yaxşısı olan Allah, çox xeyir-bərəkətlidir!” (“Muminun” 12-14).

    Allah Təala heç bir yerdə Özünə afərin deməmişdir, fəqət insanın yaradılışında Özünü tərifləyir və afərin deyir. Çünki yaradılışın bütün qəribələrikləri onun varlığında cəm olmuşdur. İngilis bəstəkarının sözü ilə desək, xilqət musiqisi insanın vücudunda kamala çatır ki, bütün gözəlliklərin və kamalın meyarına çevrilir.

    Bəli, bu Allahdır ki, insanı xəlq etmiş və ona Öz ruhundan üfürmüşdür. Ancaq Özü bütün bunlardan uzaqdır. O, vahiddir və hər iki aləmin Malikidir.

    Fəlsəfə elmi buna görə bir neçə nəzəriyyə irəli sürür. Platon bu fikirdədir ki, ruh qədimi bir cövhərdir. Bədəndən əvvəl mövcud olmuşdur. Nə zaman ki, bədən hazır olar, ruh öz mərtəbəsindən düşüb bədənə aid olar. Bu nəzəriyyəyə görə ruhla bədən ayrı-ayrı şeylərdir. Onların arasında olan rabitəni isə toyuqla yuvasının rabitəsinə bənzətmək olar.

    Bəzi filosflar isə bu fikirdədir ki, ruh bədəndən əvvəl mövcud olmaz. Bəlkə təkamülün məhsuludur. Nəfs və ruh – cismani maddədir. Maddədə bu istedad vardır ki, öz tərəqqi və təkamül yolunda elə mərhələyə çatsın ki, ruha aid olmağa layiq olsun. Yeni cəhətə malik olsun.

    Quranın nəzərinə görə, yuxarıdakı ayələrdə deyildiyi kimi, insanın formalaşması zamanı ki, son həddə çatır, yəni bədəni ətlə örtülür, bu zaman ondan başqa bir varlıq xəlq olunur. Yəni, ona maddi olmayan və təbiət aləminə aid olmayan bir şey üfürülür. Mücərrəd aləmə aid olan bu şey – ruhdur. Adətən ruh bədənə dörd ayından sonra qoşulur. Bundan sonra həmin nütfə insan cildinə düşür və böyüməyə başlayır. O, hərəkət etməyə başlayar.

    Beləliklə, Qurana istinad edərək, deyə bilərik ki, ruh insan bədəninə dörd ayından sonra aid olmağa başlayar.

     

     

     

     

     

    http://sualcavab.ge