• Tənhalıqdan çəkinmək;
• Gəzinti, idman və ümumi oyunlarda iştirak etmək;
• Tez nəticə verən işlərlə məşğul olmaq;
• Millət və qövmlərin tarixi və onların yaşayış tərzləri barədə mütaliə etmək;
• Düzgün proqramlar qurmaq;
• Mütaliə etməyi çoxaltmaq;
• Bekarçılıqdan (işsizlikdən) çəkinmək;
• Seçimlərdə diqqətli olmaq;
• Yaşamağın hədəfini (mənasını) bilmək;
• Öz istedadına uyğun olan incəsənətlə (xəttatlıq, rəssamlıq və s.) məşğul olmaq;
• Əxlaqi pozğunluq və günaha sürükləyən mühitlərdən uzaq durmaq;
• Dəstəmazlı olmaq və gün boyu dəstəmazı təzələmək;
• Günün sonunda etdiyi əməlləri hesaba çəkmək və onu digər günlərlə müqayisə etmək;
• «Bacarmayacağam» fikrini zehndən silmək;
• Öz elmi və əməli bacarıqlarını başqalarına bildirmək və o işlərindən camaata xidmət üçün istifadə etmək;
• Gələcəyə ümidli olmaq;
• Məğlubiyyətdən qorxmamaq və onun bütün insanlar üçün təbii olduğunu nəzərə almaq;
• Tarixi şəxsiyyətlərin həyatını mütaliə etməklə onların məğlubiyyətlərinə diqqət yetirmək;
• Cismi və ruhi qüvvələrin nöqtələrini, zahiri gözəllikləri və batini bacarıqları tanımaq;
• İnsanlar arasında olan ixtilaflara diqqət etmək və özünü başqaları ilə müqayisə etməmək;
• Müəyyən bir sahədə və ya bir sənətdə məğlub olduqda, başqa bir işə başlamaq;
• Müvəffəqiyyət qazanmış şəxslərlə birlikdə olmaq;
• Tez qərar verməkdən çəkinmək;
• Qələbə və ya məğlubluq haqqında düşünməkdənsə, öz vəzifəsinə (işinə) diqqət və əhəmiyyət vermək;
• Axirət əməllərinin əcr və savabına diqqət yetirmək;
• Hər bir işdə kamal nöqtəsinə yetişmək üçün müxtəlif mərhələlərdən keçmək;
• Allah-Taala və Məsumlarla (ə) mənəvi əlaqəni möhkəmləndirmək;
• Başqalarının məzəmmətlərindən qorxmamaq və o məzəmmətlərdən çatışmamazlıqları aradan qaldırmaq üçün istifadə etmək;
• Çətinliklərin qarşısında səbirli və möhkəm olmaq;
• Özünü hədsiz dərəcədə danlamaqdan çəkinmək;
• Şəri hökmləri, halal və haram sərhədlərini tanımaq və bu barədə mütaliə etmək;
• Günahları tərk etmək;
• Keçmiş günahların təsirlərini aradan qaldırmaq;
• Başqalarının hüquqlarına hörmət etmək;
• Qəza olmuş ibadətlərin yerinə yetirilməsində səy etmək;
• Günahdan tövbə etmək;
• Günahdan çəkinməyin yollarını tanımaq və onlardan istifadə etmək;
• Başqalarından heç bir şey ummadan Allah rizası üçün işlər görmək;
• Mənəvi işlərdə ifratdan çəkinmək;
• Əsəbləşməkdən və əsəbləşməyə səbəb olan işlərdən çəkinmək;
• Ruh düşkünlüyü müşahidə olunduğu zaman psixoloqlara müraciət etmək;
• Öz bacarıqlarından istifadə etmək;
• «Bacarmıram» kəlməsini kənara qoymaq;
• Hətta hədəf olmasa belə, müəyyən bir işlə məşğul olmaq; (məşğul olmağa başlayandan sonra hədəf meydana çıxacaq)
• İşin mənfəət və nəticəsinə diqqət yetirmək və onun yerinə yetirilməsinə əhəmiyyət vermək;
• Ümidsizlik zamanı günahları böyük saymaqdan çəkinmək; (Həmçinin, onları kiçik saymaq da bəyənilmir)
• Başqalarının xəta etməyini normal qarşılamaq;
• Ətrafdakıların üzrünü qəbul edib onları bağışlamaq;
• Kifayət qədər və ədəblərə riayət etməklə yatmaq və s.
Ruh düşkünlüyünün qarşısının alınma yolları
• Davamlı olaraq Allahla rabitə yaratmaq;
• Davamlı olaraq Məsumlarla (ə) rabitə yaratmaq;
• Günahları tərk etmək;
• Halal və haramı tanımaq;
• Proqramlı və nizamlı olmaq;
• Hədəfli olmaq;
• Bekarçılıqdan (işsizlikdən) çəkinmək;
• İdman vasitəsilə cismi möhkəmləndirmək;
• Ölümü, Qiyaməti həmişə xatırlamaqla əməllərdə diqqətli olmaq;
• Mütaliə etmək;
• İstedadları tanımaq və onlardan düzgün istifadə etmək;
• Kifayət qədər yatmaq;
• Əsəbləşməkdən çəkinmək.

Materialdan istifadə etdikdə WWW.KOVSER.AZ saytına istinad zəruridir.


more post like this