Ələm müctəhidə təqlid mövzusu fəqihlər arasında məşhur mövzulardandır. Bu hökmlə bağlı bir sıra dəlillər göstərilmişdir. Onlardan birini nəzərdən keçirək:
Təqlidin, cahilin alimə müraciətinin əsasını dünyada mövcud olan bir prinsip təşkil edir: İstisnasız olaraq, bütün cəmiyyətlərdə insanlar ehtiyac duyduqları məsələdə mütəxəssisə müraciət edirlər. Xəstələr həkimə, ev tikmək istəyənlər mühəndisə üz tuturlar. İki müxtəlif həkim eyni bir xəstəyə fərqli diaqnoz qoyursa, xəstə təbii olaraq daha təcrübəli və mahir həkimin diaqnozunu əsas götürəcəkdir. Hər hansı bir sahədə həmkarlarından təcrübəli, mahir, elmli olan mütəxəssis ələm hesab olunur. Mütəxəssisin ələminə müraciət edilməsi dünyada qəbul olunmuş məntiqi bir üsuldur.
Biz ələmə təqlidin bir dəlilini göstərdik. Başqa dəlillər də var. Sadəcə, biz bir dəlillə kifayətlənirik.
NUR-AZ.COM


more post like this