Allahın qəzvüqədərinə razılıq

820. Razılıq

2611. İmam Əli (ə):«Razılıq necə də gözəl yoldaşdır.»[1]

2612. İmam Həsən (ə):«Allahın gözəl seçiminə arxalanan, Allahın onun üçün seçdiyi vəziyyətdən başqa bir vəziyyət arzulamaz.»[2]

2613. İmam Həsən (ə):«Mömin öz qismətindən narazı olduğu və öz məqamını, vəziyyətini dəyərsiz saydığı halda necə mömin ola bilər? Halbuki, onun hakimi (və taleyini təyin edən) Allahdır.»[3]

2614. İmam Səccad (ə):«Zahidliyin ən ali dərəcəsi, «vərə»nin (günahlardan çəkinməyin) ən aşağı dərəcəsidir, «vərə»nin ən yüksək dərəcəsi yəqinin ən aşağı dərəcəsidir. Yəqinliyin ən yüksək dərəcəsi (Allahdan) razılığın ən aşağı dərəcəsidir.»[4]

2615İmam Səccad (ə):«(Allahın) Acı qəza və qədərinə razı olmaq əminliyin ən ali dərəcəsidir.»[5]

2616. İmam Sadiq (ə):«Allahın Rəsulu (s) heç bir hadisə və əhvalatla əlaqədar «kaş, bu baş verməyəydi» deməzdi.»[6]

2617. İmam Sadiq (ə):«Allaha itaətin tacı, bəndənin xoşuna gəlsə də, gəlməsə də Allahın işinə razı olmaqdır.»[7]

 

821. Razılıq gətirən şey

2618. İmam Əli (ə):«Razılığın kökü, Allaha könül şadlığı ilə e‘timad etməkdədir.»[8]

2619. İmam Sadiq (ə):«Allahı ən yaxşı tanıyan insan, Allahın qəzavü-qədərinə hamıdan çox razı olandır.»[9]

 

 

 

822. Razılığın səmərələri

2620. Allahın Peyğəmbəri (s):«Allah bir bəndəni sevəndə ona bəla göndərər. Səbr etsə onu seçər, əgər razı olsa, onu Özü üçün seçər.»[10]

2621. Allahın Peyğəmbəri (s):«Allahın qismətinə razı ol, ən ehtiyacsız insan olarsan.»[11]

2622. İmam Əli (ə):«Razılıq qəmi aparar.»[12]

2623. İmam Əli (ə):«Ən ləzzətli həyatı Allahın qismətinə razı olan kəs yaşayır.»[13]

2624. İmam Həsən (ə):«Mən, qəlbindən (Allahından) razılıqdan başqa bir şey keçməyən kəsə zəmanət verirəm ki, Allahı çağırsın, duası qəbul olunacaq.»[14]

2625. İmam Sadiq (ə):«Xoşluq və rahatlıq razılıqda və əminlikdədir. Qəm-qüssə isə şəkkdə və narazılıqda.»[15]

 

823. Narazılığın nəticəsi

2627. İmam Sadiq (ə):«Kim Allahın qismət etdiyinə razı olmasa (əslində) Allahı öz müqəddəratına görə ittiham etmişdir.»[16]

2627. İmam Sadiq (ə):«Allahın müqəddəratı (qəzası) hər bir halda icra olunacaq. Buna əsasən, belə müqəddərata razı olan şəxs savab qazanar və ondan narazı qalanın Allah-taala savabını aradan aparar.»[17]

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] Nəhcül-Bəlağə, hikmət 4

[2] Biharul-Ənvar, c.78,səh. 106 , hədis6

[3] Biharul-Ənvar, c.43,səh. 351 , hədis25

[4] əl-Kafi, c.2,səh. 351 , hədis4

[5] ət-Təmhis,səh. 60 , hədis131

[6] Biharul-Ənvar, c.71,səh. 157 , hədis75

[7] Biharul-Ənvar, c.71,səh. 139 , hədis28

[8] Ğurərul-Hikəm , hədis3805

[9] Biharul-Ənvar, c.71,səh. 158 , hədis75

[10] Biharul-Ənvar, c.82,səh. 142 , hədis26

[11] Biharul-Ənvar, c.69,səh. 368, hədis4

[12] Ğurərul-Hikəm,hədis 410

[13] Ğurərul-Hikəm,hədis 3397

[14] Biharul-Ənvar, c.71,səh. 159 , hədis75

[15] Biharul-Ənvar, c.71,səh. 159 , hədis 75

[16] Biharul-Ənvar, c.78, səh. 202, hədis 33

[17] Biharul-Ənvar, c.71,səh. 139, hədis26


more post like this