Onlar Peyğəmbər (s)-in pak ailəsindən olan on iki nəfərdirlər:

1. Əmirəl-möminin, təqvalıların və üzü ağ olanların rəhbəri, Allahın şiri, meydanlar qalibi Əli ibni Əbi Talibdir. Elm şəhərinin qapısı, ağılları mat qoyub qəlb və canları özünə vurğun etmiş, ürəkləri sevindirmişdir. Əgər o, Allah rəsulundan sonra olmasaydı, din yer üzündə qalmazdı

2. İmam Əbu Mühəmməd Həsən ibni Əlidir. Behişt cavanlarının ağası, bu ümmət arasında Peyğəmbər bostanının gülü, təqvalı, xeyirxah və əmindir

3. İmam Əbu Əbdillah Hüseyn, Həzrət Əli (ə)-ın oğlu, behişt cavanlarının ağası, Peyğəmbər bostanının gülü, şəhidlər sərvəri, Kərbəla səhrasının şəhidi, canını ümmətin islahı yolunda fəda edənæ

4. İmam Əli ibni Hüseyn Zeynəl-abidin (ə) (səcdə edənlərin sərvəri)

5. İmam Mühəmməd ibni Əli “Baqir” ((keçmiş və gələcək elmləri yaran)

6. İmam Cəfər ibni Mühəmməd “Sadiq” (düz danışan)

7. İmam Musa ibni Cəfər “Kazim” (Peyğəmbər ailəsinin elm xəzinəsi)

8. İmam Əli ibni Musa “Rza” (uşaqlıqdan hikmət və elmlə olmuşdur)

9. İmam Mühəmməd ibni Əli “Cavad” (səxavət və gözəl əxlaq sahibi)

10. İmam Əli ibni Mühəmməd “Hadi” (fəzilət və hidayət sahibi)

11. İmam Həsən ibni Əli “Əskəri” (təqva və zöhd rəhbəri)

12. İmam Mühəmməd ibni Həsən “Məhdi (ə)” (zülm ərşə çıxandan sonra yer üzünü ədalətlə dolduracaq. O kəsdir ki, İsa ibni Məryəm ona iqtida edərək namaz qılacaq. Allah onun vasitəsilə öz nurunu kamil edib möminləri seindirəcək)

Bu on iki nəfər şiələrin İmamlarıdır. İmamiyyə şiələr, on iki İmamlı şiələr, “Cəfəri” şiələri dedikdə, həmin bu on iki İmam nəzərdə tutulur.

Ümmətin içində şiə məzhəbindən başqa heç kəs onların İmamlığını qəbul etmir.

Onların haqqında nazil olmuş Quran ayələri bu insanların fəzilət, şərəf, məqam və paklıqlarını bildirir. O cümlədən, “məvəddət”, “təthir”, “mübahilə”, “əbrar”, “salavat” və bir çox ayələri göstərmək olar.

Əgər onların fəzilətləri və ümmətə rəhbər olanları haqda Peyğəmbər (s)-in, hədislərini nəzərə alsaq, sözsüz onların İmamətini qəbul edərik. Başa düşərik ki, onlar ümməti hər cür azğınlıqdan qurtaranlardır.

Təkcə şiənin həqiqi olub, nicat tapacağını qəbul edirik. Çünki onlar Allahın möhkəm ipindən tutmuşlar. Bu ip onları sevməkdir. Beləliklə, şiə nicat gəmisinə minmiş, boğulmaq təhlükəsindən uzaqlaşmışdır.

Biz bütün inamımızla deyə bilərik ki, şiə Mühəmməd (s) ümmətinin ardıcılıdır.

لَقَدْ كُنتَ فِي غَفْلَةٍ مِّنْ هَذَا فَكَشَفْنَا عَنكَ غِطَاءكَ فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ

“Sən bunu bilmirdin. Biz pərdəni götürdük və bəsirət gözün daha yaxşı gördü.”

 

 

http://sualcavab.ge

 

 

 


more post like this