Birinci günün duası -İlahi, bugünkü orucumu həqiqi oruc tutanların oruclarından et! Məni qəflətdə olanların qəflət yuxusundan oyat və bağışla!

 

İkinci günün duası – İlahi, bu gündə məni Öz qəzəbindən uzaq et! Quranı oxumağa, dərk etməyə və buyruqlarını yerinə yetirməyə müvəffəq et!

 

Üçüncü günün duası – İlahi, bu gündə mənə aydınlıq ver, boş danışıqlardan qoru. Hər bir xeyirdən mənə də nəsib et, ey ehsan edənlərin ən yaxşısı!

 

Dördüncü günün duası – İlahi, bu gündə göstərişlərini icra etmək üçün mənə güc ver! Sənə şükür etməyi mənə ilham et və eyiblərimi aradan götür!

 

Beşinci günün duası – İlahi, bu gündə məni bağışlanmaq istəyənlərdən və saleh şəxslərdən et!Ey rəhm edənlərin ən rəhimlisi!

 

Altıncı günün duası – İlahi, bu gündə məni günah etdiyimə görə rüsvay etmə, cəzalandırma. Mənə qəzəbinə səbəb olan şeylərdən uzaq et!

 

Yeddinci günün duası – İlahi, bu günün orucunu tutub, ibadətlərimi yerinə yetirməkdə mənə kömək et. Bol ruzi nəsib et və yolumu azmağa qoyma!

 

Səkkizinci günün duası – İlahi, bu gün yetimlərə rəhm, ehtiyaclılara yardım etməyi, salam verməyi, yaxşı insanlara yoldaş olmağı mənə nəsib et!

 

Doqquzuncu günün duası – İlahi, bu gündə etdiyim səhvlərə görə məni bağışla və rəhmətini məndən əsirgəmə. Məni gözəl işlər görməyə sövq et!

 

Onuncu günün duası – İlahi, bu gündə məni sənə təvəkkül edənlərdən, Səndən heç vaxt ümidini kəsməyənlərdən et. Qəlbimi rahat et!

 

On birinci günün duası – İlahi, bu gündə yaxşılıq etməyi mənə sevdir, pis işlərə qarşı nifrət yarat. Qəzəbini məndən uzaq et!

 

On ikinci günün duası – İlahi, bu gündə məni şükür edənlərdən, ədalətli və insaflı et və qorxduğum hər şeydən qoru! Ey gözəl Allahım!

 

On üçüncü günün duası – İlahi, bu gün məni bütün çirkinliklərdən təmizlə. İnsanlara olan qorxumu yox et. Sənə olan qorxumu isə gücləndir!

 

On dördüncü günün duası – İlahi, bu gün xətalarıma görə məni cəzalandırma. Valideynlərimə qarşı mərhəmətli et, bəlalara düçar etmə!

 

On beşinci günün duası – İlahi, bu gün məni kinli olmaqdan, kiminsə qeybətini etməkdən çəkindir! Ey böyük kərəm sahibi!

 

On altıncı günün duası – İlahi, bu gün məni yaxşı insanlarla əhatə et, pislərdən isə qoru! Mərhəmətini əsirgəmə, Cənnəti mənə nəsib et!

 

On yeddinci günün duası – İlahi, bu gün məni söyüş söyməkdən, qəlb qırmaqdan, yalandan uzaq et. Bütün günümü xeyir işlərlə bəzə!

 

On səkkizinci günün duası – İlahi, məni bu gündə səhərin bərəkəti üçün oyat. Bütün bədən üzvlərimə, əzalarıma Sənə itaət etməyi əmr et!

 

On doqquzuncu günün duası – İlahi, bu gün mənə bərəkət yetir, oruc tutmaq üçün güc, səbir, sağlamlıq bəxş et. Məni haqq yoluna yönəlt!

 

İyirminci günün duası – İlahi, bu gün Cənnət qapılarını üzümə aç. Məni qonşularıma, qohumlarıma qarşı mehriban, güzəştə gedən et!

 

İyirmi birinci günün duası – İlahi, bu gün məni düz yola yönəlt. Şeytanın mənə hakim olmasını qoyma! Məni Cəhənnəm odundan qoru!

 

İyirmi ikinci günün duası – İlahi, bu gün üzümə xeyirli qapıları aç! Evimi, işimi bərəkətli et! Xəstəlikləri, əzablı ölümü qismətimə yazma!

 

İyirmi üçüncü günün duası – İlahi, bu gün məni günahdan təmizlə, qəlbimi Allah qorxusu ilə saflaşdır. Ey Qadir Allah, məni günahdan uzaq et!

 

İyirmi dördüncü günün duası – İlahi, bu gün canımı sağ et. Elə et ki, nəfsimə tabe olmayıb güclü olub Sənin dediklərinlə oturub-durum!

 

İyirmi beşinci günün duası – İlahi, bu gün məni Həzrət Məhəmmədin sünnətinə əməl edənlərdən et. Buyruqlarını sevgilə etməyi nəsib et!

 

İyirmi altıncı günün duası – İlahi, bu gün savab əməllərimi mükafatlandır, günahlarımı bağışla və bütün eyiblərimi pərdələ!

 

İyirmi yeddinci günün duası – İlahi, bu gün bilərək və bilmədən etdiyim günahlarımı bağışla, çətinliklərimi asanlaşdır. Mənə uzun ömür ver!

 

İyirmi səkkizinci günün duası – İlahi, bu gün xeyir işlərimi artır, bütün dualarımı eşit. Ailəmi, sevdiklərimi qoru, məni onlardan ayırma!

 

İyirmi doqquzuncu günün duası – İlahi, bu gün şəxsi həyatımı, işimi uğurlu et. Elə et ki, ən kiçik günah gözümdə böyük görsənsin və günah etdikdə dərhal tövbə edib Sənə qayıdım!

 

Otuzuncu günün duası – İlahi, tutduğum oruclarımı qəbul et. Dilimdən, əlimdən pislik gəlibsə, məni bağışla. Ramazan boyu dilədiyim arzularımı çin et! Həmd olsun Allaha!

islam.az


more post like this