839. Rahatlığın səbəbləri

2682. İmam Əli (ə):«Hər kim Allahın onunçün təqdir etdiyinin onun əlinə yetişəcəyinə əmin olarsa, qəlbi rahatlıq tapar.»[1]

2683. İmam Əli (ə):«Xasiyyətcə uyğun olan zövcə iki rahatlıqdan biridir.»[2]

2684. İmam Əli (ə):«Kifayət edənə qane olan kimsə rahatlıq tapıb dinclik mənzilində məskən salar.»[3]

2685. İmam Əli (ə) :«Zahidlik və dünyaya e‘tinasızlıq ən böyük rahatlıqdır.»[4]

2686. İmam Sadiq (ə):«Xoşluq və rahatlıq razılıq və əminlikdədir. Qəm-qüssə isə şəkkdə və narazılıqda.»[5]

2687. İmam Sadiq (ə):«Ən gözəl rahatlıq insanlardan ehtiyacsız olmaqdır.»[6]

 

840. Dünyada rahatlıq axtarmaq

2688. İmam Sadiq (ə) (öz səhabələrinə xitab edərək buyurur): «Mümkün olmayan şeyi arzulamayın!» Ərz etdilər:«Məgər kim mümkün olmayan şeyi arzu edir ki?» Buyurdu:«Siz. Məgər dünyada rahatlıq axtarmırsınızmı?» Dedilər:«Niyə də yox? Bəli (axtarırıq).» Buyurdu:«Möminin dünyada rahatlığı qeyri- mümkündür.»[7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Ğurərul-Hikəm,hədis 8763

[2] Ğurərul-Hikəm,hədis 1633

[3] Nəhcül-Bəlağə, hikmət 371

[4] Ğurərul-Hikəm,hədis 1316

[5] Mişkətul-Ənvar,səh. 34

[6] Mişkətul-Ənvar,səh. 184

[7] Biharul-Ənvar, c. 81,səh. 195, hədis 52


more post like this