782. Doğru fikrin amilləri

2489. İmam Əli (ə):«Doğru fikir sakitliklə, təmkinlə əldə olunur. Xam və düşünülməmiş fikir necə də pis dayaqdır.» [1]

2490. İmam Əli (ə):«Məşvərət edin ki, doğru fikir meydana gəlsin» [2]

2491. İmam Əli (ə):«Müxtəlif rə‘ylərlə qarşılaşan kəs, səhv məqamları (və yanlış fikri) görər.» [3]

2492. İmam Əli (ə):«Məsləhətçinin rəyinə ehtiyac duyan şəxsin rə‘yi daha üstündür.»[4]

 

783. İnadkarlığın nəticələri

2493. İmam Əli (ə):«Öz rəyində inadkarlıq edən məhv olar, böyüklərdən məsləhət alansa onların ağıllarına şərik olar.» [5]

2494. İmam Əli (ə):«Yalnız nadan öz rəyinə vurğun olar.» [6]

2495. İmam Sadiq (ə):«Öz bildiyini edən inadkar uçurumun kənarında dayanmışdır.» [7]

 

784. Rəyi korlayan amillər

2496. İmam Əli (ə):«İnadkarlıq düşüncəni yox edər.» [8]

2497. İmam Sadiq (ə):«Öz sidiyini saxlayan şəxsin şəxsi rə‘yi olmaz.» [9]

 

785. Dövlət (bəxt) və doğru fikir

2498. İmam Əli (ə):«Doğru fikir dövlətlə yoldaşdır, onunla gələr və onun getməyi ilə də gedər.» [10]

 

786. Dində rəyin tətbiqi

2499. Allahın Peyğəmbəri (s):«Bu ümmət bir müddət Allahın kitabına, sonra isə bir müddət Peyğəmbərin (s) sünnəsinə əməl edər. Daha sonra isə, bir müddət öz rəyinin ardınca gedər. Öz rəyinə uyğun əməl edən zaman yolların azar və başqalarını da azdırarlar.» [11]

2500. İmam Əli (ə):«Üç şey mövcud olarsa heç bir əməl qəbul olunmaz:«Şirk, küfr və rə‘y.» Ərz etdilər:«Ey Əmirəl-möminin! Rə‘y dedikdə məqsəd nədir?» Buyurdu:«Allahın kitabını və peyğəmbərin sünnəsini kənara qoyub öz rəyinə əməl etmək.» [12]

 

787. Düşüncədə ictihad etmək

2501. Allahın Peyğəmbəri (s):«Əgər hakim sə‘y və zəhmət nəticəsində haqqa çatarsa onun iki mükafatı (əcri) olar. Əgər sə‘yləri sayəsində haqqa çatmazsa, bir mükafatı olar.» [13]

2502. İmam Əli (ə):«Kim insanlara xeyir vermək üçün öz fikrini sə‘y və zəhmətə salsa, öz niyyətinin mükafatını alar və vəzifəsini yerinə yetirmiş olar.» [14]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 



[1] Biharul-Ənvar, c.87,səh.81, hədis 76

[2] Ğurərul-Hikəm, hədis 2567

[3] Nəhcül-Bəlağə, hikmət 173

[4] Ğurərul-Hikəm, hədis 3152

[5] Nəhcül-Bəlağə,hikmət 161

[6] Ğurərul-Hikəm, hədis 9471

[7] Biharul-Ənvar, c.75,səh.105 , hədis41

[8] Nəhcül-Bəlağə,, hikmət 179

[9] Əmali-Tusi,səh.301, hədis595

[10] Nəhcül-Bəlağə, hikmət 339

[11] Kənzul-Ummal,hədis 915

[12] Kənzul-Ummal,hədis 1640

[13] Kənzul-Ummal,hədis 14110

[14] Nəhcus-Səadə c.2,səh. 97


more post like this