Allah Sübhənahu və Təala Qurani-Kərimdə buyurur:
إنَّ اللَّـهَ وَمَلَائِكَتَهُ يُصَلُّونَ عَلَى النَّبِيِّ ۚ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا صَلُّوا عَلَيْهِ وَسَلِّمُوا تَسْلِيمًا
“Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey iman gətirənlər! Siz də Ona salavat göndərib, layiqincə salamlayın!”
Əhzab surəsi, 56-cı ayə

حدثنا أبو داود سليمان بن سلم المصاحفي البلخي ، أخبرنا : النضر بن شميل ، عن أبي قرة الأسدي ، عن سعيد بن المسيب ، عن عمر بن الخطاب ، قال : إن الدعاء موقوف بين السماء والأرض ، لا يصعد منه شيء، حتى تصلي على نبيك ص
Əbu Davud Süleyman b. Sələmə əl-Məsahifi əl-Bəlci bizə rəvayət etdi: Nəzr b. Şuməyl bizə Əbi Qurrə əl-Əsədidən, o da Səid b. Müsəyyibdən, o da Ömər ibn Xəttabdan onun belə dediyini xəbər verdi: “Dua göy ilə yer arasında dayanar, Peyğəmbərə (s.ə.a.s) salavat göndərməyənə qədər o duadan heç bir şey Allah qatına yüksəlməz.”
Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, c.2, s.356, №486; Dar İhya ət-Turas əl-Ərəbi, Beyrut; təhqiq: Əhməd Şakir və digərləri.
Onlayn mənbə 1: islamport, 2/356, №486 (əl-Albaninin təhqiqi ilə)
Onlayn mənbə 2: islamweb, 2/356, №486
Onlayn mənbə 3: hadith.al-islam.com
Onlayn mənbə 4: islamport, 1/486, №486; Səhih və zəif Sünən ət-Tirmiz (əl-Albani)
Şeyx Nasiruddin əl-Albani bu hədisi həsən hesab etmişdir.
Əbu İsa ət-Tirmizi, əl-Cami əs-Səhih, s.129, №486; Məktəbə əl-Maarif lil-Nəşr vət-Təuzi, ər-Riyad; təhqiq: Muhəmməd Nasiruddin əl-Albani və Məşhur b. Həsən Ali Salman
Şeyx Nasiruddin əl-Albani, Səhih Sünən ət-Tirmizi, c.1, s.275, №486; Məktəbə əl-Maarif lil-Nəşr vət-Təvzi – ər-Riyad, 1420/2000
Kitabı yükləmək üçün: ÜNVAN

Materiallardan istifadə edərkən sayta aktiv link yerləşdirmək zəruridir!

http://313news.net/‎


more post like this