Sual: 57. İş qazancından əldə edilmiş və rəhn kimi ev sahibinə ödənən pula xüms düşürmü? (Rəhn ev sahibinə ev müqabilində müvəqqəti olaraq verilən puldur.)

Cavab: İmam (r) və Sistani: Xüms düşür. Əldə edilən kimi və ya əldə edilməsi mümkün olan zaman dərhal xümsü ödənməlidir.

Məkarim və Safi: “Rəhn” pulu “məunə” xərclərindəndir və xümsü yoxdur. Lakin onu sonradan geri alsa və pula ehtiyacı olmasa ehtiyata əsasən xümsü ödənməlidir.

Behcət, Təbrizi, Fazil və Vəhid: Əgər rəhn pulu olmadan ev ehtiyacını təmin edə bilmirsə, xüms düşmür. Həmin pul geri alınan zaman ona ehtiyac olmazsa və ilin sonunda artıq qalarsa xümsü var.

Nuri: Əgər başqa yolla icarəyə ev götürə bilmirsə xatırlanmış məbləğə xüms düşmür.

Xamenei: Uyğun məqsədə çatmaq üçün bu pula ehtiyacı olan zaman onun xümsünü vermək vacib deyil. Lakin onu geri alan zaman (başqa bir yeri icarəyə götürməyə ehtiyacı olmazsa) xümsünü verməlidir.

Qeyd: Məsələnin fərzi o hala aiddir ki, evin rəhni şəri müamilə şəklində həyata keçmiş olsun.

Xüms barədə bir neçə məşhur mərcəi-təqlidin nəzəri kitabı


more post like this