799. Allahın rəhməti

2528. Allahın Peyğəmbəri (s):«Allah-taala göyləri və yeri yaratdığı gün, hər biri yerlə göy arasındakı məsafə qədər olan yüz rəhmət yaratdı. Sonra rəhmətlərdən birini yer üzünə endirdi və həmin rəhmətin səbəbinə yaradılmışlar bir-birinə rəhm edir, ana öz balasına məhəbbət bəsləyir, quşlar və heyvanlar su içir, insanlar bir yerdə yaşayırlar.»[1]

2529. Allahın Peyğəmbəri (s):«İnsanlar Cənnətə yalnız Allahın rəhməti ilə daxil olacaqlar.» Ərz etdilər:«Hətta siz də?» Buyurdu:«Hətta, mən də. Yalnız, Allah-taalanın məni öz rəhmətinə şamil etdiyi haldan başqa.»[2]

2530. Allahın Peyğəmbəri (s):«Əgər Allahın rəhmətinin ölçüsünü bilsəydiniz, mütləq ona arxalanardınız.»[3]

2531. İmam Səccad (ə):«Nicat tapan o qədər də təəccüb doğurmur. Əksinə, məhv olan kimsə təəccüb doğurur ki, Allahın bu qədər geniş rəhməti olduğu halda məhv olmuşdur.»[4]

 

800. Rəhmətin səbəbləri

2532. Allahın Peyğəmbəri (s):«Allahın əmrlərinə itaət etməklə özünüzü Onun rəhmətinə qovuşdurun.»[5]

2533. İmam Əli (ə) :«Allahın rəhməti Onu yad etməklə nazil olar.»[6]

2534. İmam Əli (ə) :«Mehribanlıq göstərməklə Allahın rəhməti nazil olar.»[7]

Mizanul-hikmətin xülasəsi 1-ci cild



[1] Kənzul-Ummal,hədis 464

[2] Kənzul-Ummal,hədis 10407

[3] Kənzul-Ummal,hədis 10387

[4] Biharul-Ənvar, c.78,səh. 153 , hədis 17

[5] Tənbihul-Xəvatir, c.2, hədis 120

[6] Ğurərul-Hikəm, hədis 4209

[7] Ğurərul-Hikəm, hədis 4343


more post like this