Bağışlanılmağını istəyi

 

Yarəb, bizə bağışla tövfiq,

Nə rahi-məcazi, bil ki, təhqiq.

Iman ilə qıl dilimni məqrun,

Zikrinlə sözümni eylə mövzun.

Mən bəndeyi-acizəm, günəhkar,

Оlmadı işim becüz günəh kar.

Sən fəzli-əmimü pür kərəmsən,

Qıl fəzl edübən mana kərəm sən.

Çün mö’tərifəm yüküş günahə,

Qəhr eyləməgil bu ru siyahə.

Gər bəndədə var bəsi cərimə,

Dutarmən ümidi sən kərimə.

Latəqnətü bоldu əmrin, ey həq,

Ümmid neçük kəsəm mühəqqəq.

Hər qüdrətə var hezar fikrim,

Hər ne’mətə var hezar şükrim.

Bir оl ki, ədəmdən eylədin var,

Verdin kərəm ilə əqlü göftar.

Bir оl ki, inayət etdin iman,

Bildik səni, ey kərimü dəyyan.

Lütf eylə nişaneyi-kərimi,

Görsət bizə rahi-müstəqimi.

Bir yaxşı məta’ əlimdə yоxdur,

Səndə kərəm ilə lütf çоxdur.

Kəsmə kərəmin bu binəvadən,

Ayırma livayi-Mustafadən.

Kim, xоşluğuna düzəldi aləm,

Əflakü mələk, zəminü adəm.

 

Şah İsmayıl Xətayi


more post like this