980. Rəhbər

3148. Allahın Peyğəmbəri (s):«Xalqın rəhbəri onun xidmətçisidir.»[1]

3149. İmam Hüseyn (ə) (Alicənab atası rəhbərliyin mənası barədə soruşduqda): «Ailəyə kömək etmək və onların üzləşdiyi zərər və ziyanları öz üzərinə götürməkdir.»[2]

 

981. Rəhbərliyin amilləri

3150. İmam Əli (ə):«Xalqın zəhmətlərinin və xərclərinin yükünü üzərinə  götürmək başçılığa səbəb olar.»[3]

3151. İmam Əli (ə):«Həqiqi alicənab odur ki, elmi və biliyi ona böyüklük bəxş etsin. Həqiqi rəhbər öz Allahından və Rəbbindən qorxandır.»[4]

3152. İmam Əli (ə):«Rəhbərlərin dəyəri və fəziləti ibadətin gözəlliyindədir.»[5]

3153. İmam Əli (ə):«İnsan dörd xislətlə rəhbər olar: İffət (mə‘nəvi paklıq), ədəb, səxavət və müdriklik.»[6]

3154. İmam Həsən (ə):«Xahişdən qabaq bəxş etmək ən böyük rəhbərin xislətindəndir.»[7]

 

982. Rəhbərliyə mane olanlar

3155. İmam Əli(ə):«Alçaqlarla çəkişmək rəhbərliyə ləkə gətirər.»[8]

3156. İmam Sadiq (ə):«Az günaha görə cəza verən şəxs rəhbərlik etməyə tamah gözünü dikməməlidir. Az təcrübəli, özündən razı və inadkar şəxs başçılıq tamahında olmamalıdır.»[9]

3157. İmam Sadiq (ə):«Heç bir səfeh rəhbərlik kürsüsünə çatmaz.»[10]

Mizanul-hikmətin xülasəsi 1-ci cild

 

 

 

 



[1] Kənzul-Ummal, hədis 17517

[2] Biharul-Ənvar, c.72,səh. 194 , hədis 14

[3] Nəhcül-Bəlağə, hikmət 224

[4] Biharul-Ənvar, c.78,səh.72 , hədis 72

[5] Ğurərul-hikəm, hədis 6559

[6] Biharul-Ənvar, c.1,səh. 94 , hədis 23

[7] Biharul-Ənvar, c.78, səh. 113 , hədis 7

[8] Ğurərul-Hikəm, hədis 9813

[9] əl-Xisal,səh. 434 , hədis 20

[10] əl-Xisal,səh. 434 , hədis 10


more post like this