“Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir (İbrahim və İsmailin gətirdikləri dinin doğru hesabı və hökmüdür). Ona görə də həmin aylarda özünüzə zülm etməyin. Müşriklərin hamısı sizinlə vuruşduqları kimi, siz də onlarla vuruşun və bilin ki, Allah müttəqilərlədir!”
birlik
Rəcəb ayının əməlləri və mühüm hadisələr İmam Sadiq (ə) bu ayənin təfsirində buyurur:

“Bu on iki ay aşağıdakılardır:

1- Məhərrəm 2- Səfər 3- Rəbiul-əvvəl 4- Rəbius-sani 5- Cəmadiul-əvvəl 6- Cəmadius-sani 7- Rəcəb8- Şəban9- Ramazan10- Şəvval11- Zil-Qə`də12- Zil-Həccə”Bu aylara “Qəməri” ayları deyilir. Bu aylar təqribən arabir 29 və 30 gün olurlar. Qəməri aylarla hesablanan il 354 gün, 8 saat və 48 dəqiqədir. Biz bu yazıda Rəcəb ayının mühüm əməlləri və bu ayda baş vermiş tarixi hadisələr haqqında xülasə məlumat verəcəyik. Amma bu ayın hadisə və əməlləri barədə danışmazdan öncə hər ayın əvvəlində oxunan və əməl olunan bəzi savab dua və əməlləri sizlərə xatırladacağıq.

Ayı görən zaman oxunan dua:

Möminlərin ağası həzrət Əli (ə) buyurur: “(Qəməri) aylarının əvvəlinci gecəsinin ayını gördüyünüz zaman bu duanı oxuyun: “Əllahummə inni əsəlukə xəyrə hazəş-şəhri və nurəhu və nəzrəhu və bərkətəhu və təhurəhuvə rizqəhu. Və əsəlukə xəyrə ma fihi və xəyrə ma bə`dəhu və əuzu bikə min şərri ma fihi və şərri ma bə`dəhu. Əllahummə ədxilhu ələyna bil-əmni vəl-imani vəs-səlaməti vəl islami vəl-bərəkəti vət-təqva, vət-təvfiqi lima tuhibbu və tərza”.

Birinci gecənin namazı:

Hər ayın birinci gecəsinin namazı iki rəkətdir. Hər rəkətdə “Fatihə (Həmd)” surəsi və (fiziki və mənəvi yorğunluq olmazsa) “Həmd”dən sonra “Ənam” surəsini oxumaq savabdır.(Bəharul-ənvar, 97/133). Birinci günün namazı:

Bu namazda iki rəkətdir. Birinci rəkətdə Fatihə və İxlas (Həmd və surə), ikinci rəkətdə Fatihə və Qədr (Həmd və İnna ənzəlnah)surələri oxunmalıdır.

Qəməri ayların müştərək müstəhəb orucları:

Qəməri aylarının hər birində aşağıdakı günləri oruc tutmaq savab və bəyənilmişdir.1- Hər ayın birinci adına axşamı (cümə gecəsi) 2- Hər ayın ikinci on günlüyünün birinci çaharşənbəsi (həftənin üçüncü günü)3-Hər ayın axırıncı adına axşamı (cümə gecəsi)4- Hər ayın 13, 14 və 15 ki, bu günlərə dini termində “Əyyamul-beyz” deyilir.

Rəcəb ayının əməlləri

Rəcəb ay hicri-qəməri aylarının yeddincisi və haram ayların dördüncüsüdür. Bu ay İlahi rəhmətin yağan ayı və həzrət Əlinin (ə) ayıdır. Bu ay bərəkətli və müqəddəs aydır. Hətta cahiliyyət dövrünün ərəbləri də bu aya ehtiram edib, bu ayda müharibə etməz və qan tökməzmişlər. Bu ayda oruc tutmaq savabdır. Bu ayda Allah-taala bəndələrini öz rəhmətinə qərq edir.Möminlərin ağası həzrət İmam Əli (ə) bu ayı oruc tutardı. O həzrət bu ayın barəsində buyurur: “Rəcəb mənim ayım, Şəban Peyğəmbərin (s) ayı və Ramazan Allah-taalanın ayıdır”.İbn Əbbas deyir: “Hər il Rəcəb ayı çatdığı zaman Peyğəmbər (s) müsəlmanları bir yerə toplayır və bu ayın əzəmət və fəzilətindən danışırdı”.

Bu ayın hər gününün müştərək əməlləri:

1- Oruc tutmaq:

Səmaə bin Mehran İmam Sadiqdən (s) və O həzrət də atalarından rəvayət edərək buyurur: “Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Rəcəb ayında üç gün oruc tutarsa, Allah-taala onun tutduğu hər gün üçün bir il oruc tutmaqın savabın yazar. Və hər kəs bu ayda yeddi gün oruc tutarsa cəhənnəmin yeddi qapısı onun üzünə bağlanar. Hər kəs bu ayda səkkiz gün oruc tutarsa, səkkiz cənnətin qapısı onun üzünə açılar. Hər kəs bu ayda onbeş gün oruc tutarsa Allah-taala qiyamət günü onun hesab verməyini asan edər. Və hər kəs bu ayın hamsını oruc tutarsa, Allah-taala onun əməl kitabına özünün ondan razı olduğunu yazdırar və hər kəsin əməl kitabına Allah-taalanın razılığı yazılarsa, Allah-taala h onu əzab etməz”.İmam Cəfər Sadiqdən (ə) rəvayətdir ki, Həzrət Nuh (ə) Rəcəb ayının birinci günü gəmiyə minmiş və öz qövminə bu günü oruc tutmağı əmr etmişdir. Bəs hər kəs bu günü oruc tutarsa od ondan bir illik yol məsafəsində uzaqlaşacaqdır…..”

2- Ömrə həccinə getmək:

Bu ayda həcci-ömrəyə getmək savabdır. İmam Baqir (s) və Sadiqdən (ə) rəvayətdir ki, bu ayın ömrəsi savabda Həccin savabı ilə bərabərdir.

3- Hər gün aşagıdakı duaları oxumaq:

İmam Səccad (ə) (bu ay hər gün) Kəbənin kənarında səcdəyə gedər və bu duanı oxuyardı: “Əzuməz-zənbu min əbdikə, fəl-yəhsunul əffə min indik””(İlahi) bəndənin günahları çox və böyükdür, əfvini (mənim üçün) yaxşı et”b) – İmam Sadiq (ə) Müəlla bin Xənisə buyurdu ki, bu ay hər gün bu duanı oxu: “Əllahummə inni əsəlukə səbrəş-şakirin ləkə və əmələl xaifinə minkə və yəqinəl abidinə ləkə.Əllahummə əntəl-əliyyul-əzim və ənə əbdukəl-baisul-fəqir, əntəl ğəniyyul-həmid və ənə əl-əbduz-zəlil.Əllahummə səlli əla Muhəmmədin və alihi.Vəmnun bi-ğinakə əla fəqri və bi-helmukə əla cəhli, və bi quvvətikə əla zə`fi, ya qəviyyu ya əziz! Əllahummə səlli əla Muhəmmədin və alihil əvsiyail-mərziyyin.Vəkfini ma əhəmməni min əmrid-dünya vəl-axirəti ya ərhəmər-rahimin!” c) Hər vacib namazdan sonra bu duanı oxumaq:”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərrin, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yu`ti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəti, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəti, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya kərimu, ya zəl-cəlali vəl ikram, ya zənnəəmai vəl cudi ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar” d) Hər namazdan sonra bu duanı oxumaq:”La ilahə illəllah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmdu, yuhyi və yumit və huvə həyyun la yəmut, bi-yədihil xəyru və huvə əla kulli şəyin qədir və iləyhil məsir və la həvla və la qüvvətə illa billahil əliyyil əzim. Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi” (Məfatihul cinan, s.138)

4- İmam Rzanın (ə) ziyarətnaməsini oxumaq.

5- Aşağıdakı zikirləri hər gün demək:

a) “La ilahə illəllah” (min dəfə)

b) “Əstəğfirullahəlləzi la ilahə illa huvə vəhdəhu la şərikə ləhu və ətubu iləyhi” (yüz dəfə)

c) “Əstəğfirullahə zəl-cəlali vəl ikram min cəmiiz-zunubi vəl-asam” (min dəfə)

6) “Ləylətur-rağib” gecəsinin əməlləri:

Bu ayın birinci cümə gecəsinə (adına axşamı) “Ləytur-rağib” deyilir. Bu gün oruc tutmaqın misilsiz savabı vardır. Bu günün savabını qazanmaq üçün müsəlman şəxs həftənin dördüncü günü oruc tumalı, cümə gecəsi Şam və Xüftən namazlarının arasında on iki rəkər iki rəkətli namaz qılmalıdır. Hər rəkətdə “Fatihə (həmd)” surəsindən sonra üç dəfə “Qədr” və on iki dəfə “İxlas” surəsini (Qul hu vəllahu əhəd) oxumalıdır. Hər namazdan sonra bu zikri oxumalıdır:” Əllahummə səlli əla Muhəmmədin ən-nəbiyyil ummiyyi və alihi” Sonra səcdə etməli və səcdədə yetmiş dəfə bu zikri deməlidir:”Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh”Sonra başını səcdədən qaldırmalı və yenidən səcdəyə gedərək bu zikri deməlidir:”Rəbbi iğfir vərhəm və təcavəz əmma tə`ləm (minni), innəkə əntəl əliyyul əzim” Bu dəfə də başını səcdədən götürməli və yenidən səcdəyə gedərək bu zikri deməlidir:”Subbuhun Quddus rəbbul məlaikəti vər-ruh”

Mirməhəmməd Bəşirov

http://www.islamtimes.org


more post like this