Küveyt Əhli-beyt (ə) davamçılarının rəhbəri Seyid Muhəmmədbaqir Əl-Məhdi Peyğəmbərimizin (s) mövludunun qeyd edilməsini “haram əməl” (nəuzubillah!) adlandıran təkfirçi “alimə” cavab olaraq, demişdir: “Həzrət Muhəmmədin (s) mövlud bayramını qətiyyən Allaha şərik qoşmaq olmaz. Cahil insanlar ibadətlə ehtiram göstərməyin arasındakı fərqi dərk edə bilməz. Onlar belə fikirləşirlər ki, ibadətlə İlahi Övliyalara ehtiram göstərmək bir şeydir. Ona görə də Rəbiüul-əvvəl bayramlarını haram hesab edirlər. Allah Rəsulunun (s) adını yüksəltmək – onu yada salmaq, o Həzrətin fəzilətlərini, böyük xidmətlərini və cihadlarını yada salaraq, olur. Müslimin “Səhih” kitabında 2-ci cild 819-cu səhifədə deyilir: “Həzrəti Rəsuldan (s) oruc haqqında soruşurlar və Həzrət buyurur: “Bu o gündür ki, mən dünyaya gəlmişəm və həmin gün (Quran) mənə nazil olmuşdur”.

Peyğəmbəri-Əkrəmin (ə) mövlud gününü bayram etmək – İslam dünyasındakı qədim sünnətdir.

 

 

 

sualcavab.ge


more post like this