Ömər ibn Cüməyrdən nəql olunur: «İmam Baqirdən (ə) divarları rəsm və şəkillərlə bəzədilmiş məsciddə namaz qılmaq barəsində soruşdum. Buyurdu: «Bu işi bəyənmirəm. Lakin hələ ki‚ sizə heç bir ziyanı yoxdur. Amma ədalət bərpa olduqda‚ bu haqda veriləcək hökmü anlayacaqsınız.»

3.6 MƏSCID ƏRAZISI

58. Rəvayət olunur ki‚ məscidin hər bir tərəfindən 40 gəz qədər məsafə məscid ərazisidir.

59. İmam Əli (ə): « Məscidin hər bir tərəfindən 40 gəz qədər məsafə məscid ərazisidir (müqəddəsliyini daşıyır). Evinin hər bir tərəfində yerləşən 40 ev isə sənin qonşundur.

Şərh: Əllamə Məclisi deyir: «Adətən, fəqihlər məscidin ərazisi haqqında bəhs etmirlər. Lakin (Şəhid) «Əd-Durus» kitabında yazır: «Şeyx Səduqun rəvayətinə əsasən, məscidin ərazisi hər tərəfdən 40 gəzdir və əkinçiliyə yararsız sahələrdə (məscidin haqqının‚ torpağı əkinə yararlı hala gətirən şəxsə nisbətən daha üstün olduğu üçün) olmalıdır. Həmçinin, bu hədis məscidin 40 ev məsafəliyində yerləşən qonşularının‚ daha yaxınlıqda yerləşən başqa bir məscid olmadığı halda‚ Allahın evində ibadətlə məşğul olmasının müstəhəb olduğuna təkid edir.»

 

 

 

 

Məscid kitabından….

 

 

 

 


more post like this