بسم الله الرحمن الرحيم
لِإِيلَافِ قُرَيْشٍ إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاء وَالصَّيْفِ فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍ

“Qureyş” surəsinin kəlmələri

لِ – ona xatir – ona görə
إِيلَافِ- ülfət – munis olmaq – məhəbbət yaratmaq – dostluq və gəl-get yaratmaq – bağlılıq
قُرَيْشٍ – “Qureyş” Məkkədə bir qəbilənin adıdır, Peyğəmbər (s) də o, qəbilədəndir. Bu mənaları da daşıyır: nəsb edənlər – təftiş edənlər – toplayanlar
هِمْ- onlar – özləri (kişilər)
رِحْلَةَ – kor etmək – səfərə getmək – bir yerdən başqa yerə getmək
الشِّتَاء – qış
الصَّيْفِ- yay
فَلْيَعْبُدُوا – gərək ibadət etsinlər
رَبَّ – pərvərdigar – sahib – malik
هَذَا – bu
الْبَيْتِ – ev
الَّذِي – o kəs ki – o adam ki – elə bir adam ki,
أَطْعَمَهُم – yemək verdi – yedizdirdi
جُوعٍ – aclıq
آمَنَهُم – iman gətirdi – arxayın etdi – əmniyyətdə qərar verdi
خَوْفٍ – qorxu

“Qureyş” surəsinin hərfi tərcüməsi

“(Allah-Təala “Əbrəhə”-nin qüdrətli qoşununu məhv etdi) Buna görə ki, “Qureyşin” birliyi möhkəm qalsın, onların bir-birinə olan məhəbbətləri, birlikləri çoxalsın, onların qişda və yayda etdikləri səfərlər tətil olmasın, “Qureyş” gərək bu neymətə görə Kəbənin Allahına sitayiş etsinlər. Çünki o, Allah onlara aclıqdan nicat verdi və onlara qorxudan pənah verdi”.

“Qüreyş” surəsinin təfsiri

Bundan əvvəl nazil olmuş “Fil” surəsində danışılan “Əbrəhə”-nin qoşunu göydən gələn bir bəla ilə məhv edildi. Onlar məkkəyə “Qüreyş” qəbiləsinin axırına çıxıb, onları yer üzündən silməyə gəlmişdilər. Allah-Təala onları cəzalandırdı. Buna xatir də “Qüreyş” qəbiləsinə xitab olaraq buyurur:
لِإِيلَافِ قُرَيْشٍ
“onlara göndərdiyimiz bəla “Qüreyş” qəbiləsinin vəhdət və birliyinin qoruması üçün oldu. Onlar bir-birindən ayrılmasınlar, öz vətənlərini və Allahı evini daha artıq sevsinlər”.
Bu hadisələrin başqa faydaları da vardır. Onlara sonradakı ayələrdə işarə olunur:
إِيلَافِهِمْ رِحْلَةَ الشِّتَاء وَالصَّيْفِ
“onların yayda və qışda etdikləri səfərlər tətil olmasın, yaşayış tərzləri olduğu kimi davam etsin.” Qureyş yayda “Şama” qışda isə “Yəmənə” səfər edirdilər. Onların səfərlərinin iki cəhətdən faydası var idı.
Birinci siyasi cəhətdən idi. “Qureyş” bu səfərlərdə tanınırdı, şərafətləri çoxalır və getdikləri şəhərləri özlərinə mövqe tuturdular.
Rəsmi olan bu səfərlərin ikinci faydası iqtisadi cəhətdən idi. Onlar bu səfərlərin vasitəsi ilə illik dolanışıqlarını təmin edir və asudə həyat keçirirdilər.
Amma “Əbrəhə”-nin qoşunu bu iki cəhətin ikisini də kökündən qoparmaq fikrində idilər. Ona görə də Allah-Təala ikinci ayədə ona işarə edərək buyurur: “Biz onları məhv etdik ki, “Qureyşin” yay və qış səfərlərinə ziyan toxunmasın”.
Sayılan bu nemətlərə körə bu tayfanın boynunda böyük bir haqq vardır. Gərək ona əməl etsinlər və borclarından çıxsınlar. Üçüncü ayə elə həmin məsələyə işarə edir:
فَلْيَعْبُدُوا رَبَّ هَذَا الْبَيْتِ
“indi sizdə öz vəzifəsinə əməl edin, bu evin Allahına ibadət edin. O evə çox bağlı olun, bu evin Allahını yaxşı tanıyın, onun qarşısında həmişə şükr edin”.
“Kəbə”-nin “Qureyş” tayfası üçün çoxlu əhəmiytəti var idi. Onlardan bəzilərinə işarə edirik.
1. O evə xatir Allah-Təala “Əbrəhə”-nin qoşununu məhv etdi.
2. “Kəbə” onların şərəfətinə səbəb olmuşdu. Bu gün də elədir.
3. “Kəbə” Məkkəlilərin böyük iqdisadi mənbələri idi. Ziyarətə gələn milyonlarla insanın orada pul xərcləməsi Məkkəlilərin xeyrinədir.
Bu surənin axırıncı ayəsində başqa nemətlərə işarə edərək buyurur:
الَّذِي أَطْعَمَهُم مِّن جُوعٍ وَآمَنَهُم مِّنْ خَوْفٍ
“Sizə bu nemətlərin hamısını verən Allah elə bir Allahdır ki, sizə aclıqdan nicat verib və qorxudan amanda saxlayıb”. Hətta Məkkədə olan heyvanların da qismən əmniyyətləri vardır. Hacılar ehramda olan vaxt nə kiçik nə də böyük heyvanlardan ovlayıb əziyyət edə bilməzlər.

“Qureyş” surəsinin hədəfi

Bu qəbilə ərəb qəbilələrindən biri idi. Peyğəmbər (s) də bu qəbilədən idi. Onlar tuğyan edərək Peyğəmbər (s)-in dəvətini qəbul etmir və onun qarşısını alır, insanların Peyğəmbər (s)-ə iman gətirməsinə mane olurdular. Buna görə də Allah- Təala bu ayələr ilə onları xəbərdar edir ki, bəlkə fikirləşib, düşünüb Allahın böyük nemətlərinin müqabilində baş əyələr.

Bu surənin xüsusiyyəti

1. Bu surənin adı “Qureyş” ona görə olub ki bu surədə onlardan danışılır və bu kəlmə surədə işlənilib.
2. Bu surə Məkkədə nazil olub.
3. Bu surə “Fil” surəsini tamamlayır və bir surə hesab olunurlar.
4. Bu surəni namazda “İxlas” surəsinin yerinə oxuyanda gərək hər ikisi oxunsun.
5. Bu surəni oxumağın səvabı barədə Həzrət Peyğəmbər (s)-dən olan hədisdə belə buyurulub: “Kim bu surəni oxusa Kəbənin ətrafında olan hər adamın sayına on yaxşılıq qazanar”.

Ceferlier.com


more post like this