Cavab: 

Allahın adı ilə. HaqqYolu portalının “Dini suallarınıza Qumdan cavab alın” bölməsinə müraciətinizə görə təşəkkür edirik. Sualınızın cavabını portaldan oxumağa çalışın. E-mail ünvanınıza göndərilən cavabın oxunuşu font problemi səbəbindən çətin ola bilər.

* * *
Qurandan sübut: Hicr,9: “Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!”
Məntiqi sübut: Allah-taala ona görə yeni kitab göndərir ki, öncəki kitab təhrif edilmiş olsun. Quran təhrif edilsəydi Allah başqa bir kitab göndərərdi.

* * *
Əlavə məlumat almaq üçün HaqqYolu.org portalının Kitabxana bölməsinə müraciət edin.

Sual:
(2 Salam. Tovrat ve Incil kitablarinin tehrif olunmasina dair subut varmi? Ve ‘enkabut”suresinin 46-ci ayesinde Allah bu kitablara iman edib emrini verib. eger bu kitablar tehrif olunubsa ,o zaman Allah bu kitablara iman getirmeyimizi emr edir?(xaish edirem etrafli cavab yazasiz,onceden teshekkurler.)
Cavab:
Allahın adı ilə. HaqqYolu portalının “Dini suallarınıza Qumdan cavab alın” bölməsinə müraciətinizə görə təşəkkür edirik. Sualınızın cavabını portaldan oxumağa çalışın. E-mail ünvanınıza göndərilən cavabın oxunuşu font problemi səbəbindən çətin ola bilər.

* * *
Təhriflə bağlı ayələr:
Nisa,46: Yəhudilərin bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif edir və dillərini əyərək dinə (islama) tənə vurmaq məqsədilə (sənə qarşı): “Eşitdik və qəbul etmədik; eşit, eşitməz olasan (kar olasan) və raina”, – deyirlər. Əgər onlar: “Eşitdik və itaət etdik; eşit və bizə tərəf bax!”,- desəydilər, əlbəttə, onlar üçün daha xeyirli və daha doğru olardı. Lakin Allah onları öz küfrləri ucundan lənətə düçar etmişdi. Onların yalnız az bir hissəsi iman gətirmişdir.
Maidə,13: Sonra əhdlərini pozduqları üçün onları lənətlədik və ürəklərini sərtləşdirdik. Onlar sözlərin (Tövratda peyğəmbərin vəsfinə dair kəlmələrin və bəzi başqa ayələrin) yerlərini dəyişib təhrif edir və xəbərdar edildikləri şeylərin bir hissəsini (Muhəmməd peyğəmbərə iman gətirməyi) unudurlar. Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!
Bəqərə,75: (Ey möminlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirlər.
Maidə, 41: Ya Peyğəmbər (Ya Rəsulum!) ürəklərində inanmadıqları halda, dildə (ağızları ilə): “İnandıq”, deyənlərin (münafiqlərin), yəhudilərdən yalana qulaq asanların, sənin hüzuruna gəlməyən başqa bir camaata qulaq asanların (onlara casusluq edənlərin) küfr içində vurnuxanları səni kədərləndirməsin. Onlar (Tövratdakı) sözlərin yerini sonradan dəyişib təhrif edir və deyirlər: “Əgər sizə bu (təhrif olunmuş dini hökm) verilsə, onu qəbul edin. Əgər verilməsə, ondan qaçının”. Allahın fitnəyə (azğınlığa) düşməsini istədiyi şəxs üçün Allaha qarşı sənin əlindən heç bir şey gəlməz. Onlar elə kəslərdir ki, Allah onların ürəklərini təmizləmək istəməmişdir. Onları dünyada rüsvayçılıq, axirətdə isə böyük (dəhşətli) bir əzab gözləyir!
Tövrat və İncilə imana çağırışda əsil, ilkin səmavi kitablar nəzərdə tutulur. Məsələn, Quran Allaha imana çağıranda batil məbudlara imanı nəzərdə tutmur.

* * *
Əlavə məlumat almaq üçün HaqqYolu.org portalının Kitabxana bölməsinə müraciət edin.

Sual:
(3 salam. islamda renkarnasiya qebul olunmayan ve batil bir inanc sayilir. amma bilmek isterdim,ele bir mesheb varmi bunu qebul ede? umumiyyetle renkarnasiyanin islamda redd edildiyine bir nece subut zehmet olmasa deyerdiz.
Cavab:
Allahın adı ilə. HaqqYolu portalının “Dini suallarınıza Qumdan cavab alın” bölməsinə müraciətinizə görə təşəkkür edirik. Sualınızın cavabını portaldan oxumağa çalışın. E-mail ünvanınıza göndərilən cavabın oxunuşu font problemi səbəbindən çətin ola bilər.

* * *
Reinkarnasiya (İslamda “tənasüx”) ölən canlının ruhunun başqa formada dünyaya qayıtmasına inancdır. Səmavi dinlərdə belə bir inanc yoxdur. Reinkarnasiya əsasən Hindistanda, şərq xalqları arasında yayılmışdır.
Tənasüxün 4 növü qeyd edilir:
1.Nəsx – ruhun başqa insana hülulu, keçməsi;
2.Məsx – ruhun heyvana keçməsi;
3.Rəsx – ruhun cansız cisimlərə keçməsi;
4. Fəsx – runun bitkilərə keçməsi.
Tənasüx – Reinkarnasiya əqidəsinin əsassız (batil) olmasına 4 sübut göstərilir:
1. Təkamüldə geri dönüş mümkün deyil;
2. Ruh yalnız öz qabında – cismində yaşaya bilər;
3. Ruh nəyisə tam unutmur (Allaha pərəstişin fitriliyi buradandır);
4.Keçid üçün yeni nütfəyə ehtiyac var, hansı ki hər nütfə bir ruh üçün nəzərdə tutulub.
Mominun surəsinin 100,101-ci ayələrində oxuyuruq: “Nəhayət, (müşriklərdən) birinin ölümü gəlib çatdığı zaman o belə deyər: “Ey Rəbbim! Məni geri (dünyaya) qaytar! Bəlkə, tərk etdiyim yaxşı əməlləri (indi) edəm”. Xeyr! Onun bu dedikləri ancaq (boş) bir sözdür. Onların arxasında diriləcəkləri günə qədər bərzəx vardır.”
Mövzu ilə bağlı Ayətullah Məkarim Şirazinin “Ruhlarla rabitə” kitabında ətraflı məlumat verilir.

* * *
Əlavə məlumat almaq üçün HaqqYolu.org portalının Kitabxana bölməsinə müraciət edin.

Sual:
(4 Salamaleykum. Sualim budur ki, Islam dininde toyu ilin hansi ayinda ve gununde edilmesi daha yaxshidir? Cavabiniza gore qabaqcadan minnetdaram Allah razi olsun
Cavab:
Həzrət Əli (ə) cümə gününü elçilik və nikah üçün bərəkətli sayır. Günlərin münasibəti ilə bağlı rəvayətlər çoxdur. Amma əsas məsələ toyda günaha yol verməməkdir. Günha yol verilmədiyi gün mömün üçün bayramdır.

Sual:
(5 Bismillahir-rahmanir-rahim.Assalamu alaykum va rahmatullahi va barakatuh.Allahdan size ve ozumuze cennet dileyib suallarima kecirem. 1)Zehmet olmasa beyan edin,mehşur “Şiqşiqiyyə” hedisi c”Nehcul-belagedeki” necenci xutbedir? Ve ehli-sunnet bu hedisi qebul edirmi? 2)Saytinizin kitabxana bolmesinde yerleshdirilen “Pishevar geceleri” kitabin tam variantidir,yeni butun cildleri var? Allah razi olsun!
Cavab:
Allahın adı ilə. HaqqYolu portalının “Dini suallarınıza Qumdan cavab alın” bölməsinə müraciətinizə görə təşəkkür edirik. Sualınızın cavabını portaldan oxumağa çalışın. E-mail ünvanınıza göndərilən cavabın oxunuşu font problemi səbəbindən çətin ola bilər.

* * *
1.Şiqşiqiyyə “Nəhcül-bəlağənin” üçüncü xütbəsidir. Əhli sünnə böyük toplumdur və bu xütbəyə münasibətlər fərqlidir.
2. Kitabxana qeydiyyatında “Pişəvər gecələri”nin tam olmadığı yazılıb.

* * *
Əlavə məlumat almaq üçün HaqqYolu.org portalının Kitabxana bölməsinə müraciət edin.

haqyolu.com


more post like this