Cavab: 1. Quranı kərim, müxtəlif ayələrdə insanın uca cə ali məqam sahibi olduğunu bəyan edir. Digər tərəfdən isə onu, bəzi ayələrində, zəif. Zalim, cahil kimi bəyan edərək danlayaraq qınayır.
2. İnsan iki qövdən hərəkət etməklə öz məqamın təyin edir. Birinci qövs, onun gözəl əməllərlə Allaha tərəf addımlamasından və ikinci qövs isə pis əməllərlə cəhənnəmə tərəf getməsindən ibarətdir. Həmçinin insanda olan bu iki istedad olduqca nəhayətsiz və sonsuzdur.
3. İnsan, ruhani istəklərə malikdir.
4. İnsan başqa yaranmışların əksinə olaraq, bütün işlərini öz iradəsi ilə yerinə yetirir. Yəni insanın əməlləri, onun ixtiyarından bəhrələnərək həqiqətə çevrilir.
5. Öz nəfsani istəklərini cilovlayan və bütün işlərini Allahın razılğı üçün tənzimləyən kəslər “xəlifətullah” məqamına nail olurlar.
Daha geniş cavab
Qurani kərimə ümumi bir nəzər saldıqda, onun insan barəsində olan ayələrinin iki dəstədən ibarət olduğunu bilərik. Birinci dəstədən müşahidə etdiyimiz ayələr, insanın uca məqam və əzəmət sahibi olduğunu bəyan edir. Məsələn:
1). “Biz Adəm övladını şərəfli qərar verdik. Onlara suda və quruda (minik sahibi) etdik və onlar üçün pak ruzilər nazil etdik. Həmçinin onları digər yaranmışlardan üstün qərar verdik.” [4052]
2). O zaman ki, mələklər insanın yaradılışından xəbərdar oldular, Allah Taalaya insanın xətakar və fəsad əhli olduğunu söylədilər. Allah Taala isə onlara: “Mən bildiyim həqiqətlərdən siz xəbərsizsiniz”. [4053]
3). “Biz əmanəti (Allaha itaət və ibadəti) göylərə, yerə və dağlara təklif etdik.
Onlar fikirləşib ona dözməkdən qorxub çəkindilər. insan isə onu qəbul etdi”. [4054]
Amma bəzi ayələrdə isə insanı qınayaraq ona: “Qabiliyyətsiz” [4055] , “zülmkar”, (itaət etməyən), [4056] “çoxlu küfr və zülm dən, [4057] “cahil və zalim”, [4058] “Allaha düşmən kəsilən”, [4059] “ziyanda və zülmətdə olan, [4060] və sair kimi ayələr zikr edir.
Yuxarıda qeyd etdiyimiz ayələrdən belə bir sual nəzərə çarpır ki, görəsən Quran ayələrinin insan barəsində olan ayələri bir- birinin əksinədir, yoxsa bunun başqa bir hikməti vardır?
Yaxşı olar ki, bu sualın cavabı üçündə Qurani kərimin ayələrinə müraciət edək. Mübarək “Bəyyinə” surəsində oxuyuruq:
Müşriklər və kitab əhlindən olan kafirlər (xrristian və yəhudi) əbədi cəhənnəmdə qalacaqlar. Onlar, ən pis yaranmışlardır. Amma Allaha iman gətirib əməli saleh olanlar isə Allahın ən gözəl yaranmışlarıdırlar”. [4061]
Bu mübarək ayədə insanın ən gözəl və ən pis məxluq olması bəyan olunur. Bundan belə nəticə çıxara bilərik ki, deməli insan bir üfüqdə həm ali və həm də ən alçaq mərtəbədə özünə yer tuta bilər. belə ki, əgər Allahın bütün əmirlərini yerinə yetirəkək onun xəlifəsinə və onun əmirlərindən çıxaraq əbədi cəhənnəmə nail ola bilər.
Həzrət Əli (ə) buyurub: “Allah taala yaradılışı üç dəstəyə bölmüşdür. Birinci dəstədə mələklər, ikincidə heyvanlar və üçüncü dəstədə isə insanlardır. Allah taala mələklərə əql vermiş və qəzəb və şəhvət verməmişdir. Heyvanlara isə şəhvət və qəzəb vermişdir. Insanlara isə bunun üçünü də vermişdir. (Əql, qəzəb, və şəhvət”) Əgər insanın ağlı, onun şəhvətinə və qəzəbinə qalib gələrsə və onları öz nəzarətində saxlayarsa, o zaman insan mələklərdən üstün məqama sahib olar. Amma əgər şəhvət və qəzəb onun ağlına qalib gələrsə, onda insan, heyvandan da aşağı mərtəbədə olar.” [4062]
Deməli insan özündə olan istedadlardan istifadə edərək həm Allahın razılığını qazanıb onun “xəlifəsi” ola bilər. həmdə onun razılığını qazandıqdan sonra əbədi səadətə nail ola bilər.
Amma bu dediklərimizin əksinə olarsa insan ən zalım və ən cahil məxluq obrazını yaşayacaqdır. Çünki, başqa yaranmışlarla insanı müqayisə etdikdə onda olan istedadları başqalarında müşahidə etmirik. Məsələn: İradə, ixtiyar, əql, qəzəb, şəhvət və sair. kimi istedadları başqa yaranmışlarda müşahidə olunmur.
Daha çox məlumat əldə etmək üçün:
Əl- mizan təfsiri, cild 16, səhifə 524- 527
Nümunə təfsiri, cild 8, səhifə 242 və cild 17, səhifə 451- 457.
[4052] İsra surəsi, ayə 70
[4053] Bəqərə surəsi, ayə 30
[4054] Əhzab surəsi, ayə 72
[4055] Fussilət surəsi, ayə 49- 51
[4056] Şura surəsi, ayə 27
[4057] İbrahim surəsi, ayə 34
[4058] Əhzab surəsi, ayə 72
[4059] Yasin surəsi, ayə 77
[4060] Əsir Surəsi, ayə 2
[4061] Ayə 67
[4062] Təfsir nurus- səqəleyn, cild 3, səh 188

NUR-AZ.COM


more post like this